İlham Əliyev Leonid Slutskini qəbul edib - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Rusiya Federasiyasının Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Leonid Slutskini qəbul edib.

Bizim.Media xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:

-Hörmətli Leonid Eduardoviç. Sizi salamlamağa çox şadam. Xoş gəlmisiniz. Sizin səfəriniz böyük əhəmiyyətə malikdir. Əminəm ki, bu səfər ölkələrimiz arasında dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə mühüm töhfə verəcək.

Bildiyiniz kimi, ötən ay Rusiya Federasiyası Prezidentinin ikitərəfli münasibətlərimizin bütün sahələrdə inkişafına çox böyük təkan verən dövlət səfəri oldu. Sizə də məlumdur ki, qanunvericilərimiz arasında fəal parlamentlərarası əlaqələr mövcuddur. Hökumətlərarası Komissiya uğurla fəaliyyət göstərir, humanitar əməkdaşlıq fəal inkişaf edir. Rusiya Prezidentinin səfəri çərçivəsində bütün bunlar və bir çox digər məsələlər müzakirə olunub. Biz münasibətlərimizin ardıcıl, dinamik xarakterini bir daha məmnunluqla qeyd etdik. Əlbəttə, ölkələrimizin siyasi qüvvələrinin partiyalararası əlaqələri də qarşılıqlı fəaliyyətin mühüm amilidir.

Siz Rusiya Federasiyasının bütün regionlarında böyük nüfuza malik olan Rusiya Federasiyasının aparıcı siyasi partiyalarından birinə rəhbərlik edirsiniz. Partiyanızın nümayəndələrinin nümayiş etdirdiyi seçki kampaniyalarının uğurlu nəticələri siyasi qüvvənizin Rusiya Federasiyasının siyasi sistemində mühüm amil kimi böyük nüfuzundan xəbər verir.

Əlbəttə, biz bütün bunları böyük maraq və sevinclə müşahidə edirik. Sizə və rəhbərlik etdiyiniz partiyaya yeni-yeni uğurlar arzulayıram. Təbii ki, Dövlət Dumasının xarici siyasət istiqamətinin rəhbəri kimi siz, əlbəttə, gündəlik fəaliyyətinizdə Rusiya-Azərbaycan münasibətlərində əldə edilən uğurlarla tanış olursunuz. Düşünürəm ki, bu gün isə biz bu və digər məsələləri ətraflı müzakirə edəcəyik və gələcək qarşılıqlı fəaliyyətin yollarını müəyyənləşdirəcəyik.

Son olaraq, istərdim ki, gərgin iş cədvəlinizə baxmayaraq, vaxt tapıb Azərbaycanın Qarabağ bölgəsinə səfər etdiyinizə görə sizə təşəkkürümü bildirim. Sizin ziyarət etdiyiniz yaşayış məntəqələri arasında Şuşa şəhəri də olub. Bu, əlbəttə, səfərinizə xüsusi əhəmiyyət verir. Əminəm ki, Azərbaycan ictimaiyyəti də, ilk növbədə, keçmiş məcburi köçkünlər də Qarabağ bölgəsinə səfər etməklə bağlı qərarınızı layiqincə qiymətləndirəcəklər.

Bir daha xoş gəlmisiniz.

Sonra Leonid Slutski çıxış edərək deyib:

-Möhtərəm, əziz İlham Heydər oğlu. Bizə qardaş olan Azərbaycana hər dəfə səfər etmək, Sizinlə görüşmək və Azərbaycanın milli iqtisadiyyatın inkişafı üzrə uğurlarını böyük məmnuniyyətlə vurğulamaq mənim üçün həm şərəf, həm də mühüm hadisədir. Heydər Əlirza oğlunun bütün vəsiyyətləri uğurla həyata keçirilir. Sosial siyasətə gəldikdə, o, hər bir ailəni əhatə edir, bütün insanlara aiddir. Ölkənizdə hər il çox ciddi humanitar layihələr reallaşdırılır.

Azərbaycanın mədəniyyət mərkəzi Şuşada olmaq mənim çoxdankı arzumun həyata keçməsi baxımından əlamətdar oldu. Deyə bilərəm ki, Qarabağ bölgəsi inanılmaz templərlə bərpa olunur.

Artıq Füzulidə və Zəngilanda çox gözəl beynəlxalq aeroportlar var, üçüncü hava limanı sürətlə tikilir. Bu gün Şuşa möhtəşəm tikinti meydançasını xatırladır, tarixi obyektlər bərpa olunur. Mən Şuşada olduğum üçün xoşbəxtəm. Bütün bunlar mənim üçün çox əlamətdar oldu. Ona görə də səfərə xüsusi olaraq bir gün əvvəl gəldim. Qarabağın Azərbaycanın tərkibinə qayıtması ilə nəticələnən antiterror əməliyyatının uğurlarının ən azından bir hissəsini öz adına çıxan bəzi region ölkələrinə münasibətdə xüsusi bir məqamı da qeyd etmək istəyirəm, - bununla yanaşı, milli miqyasda yoxsulluqla mübarizə üzrə strategiya uğurla hazırlanandan sonra Azərbaycan enerji cəhətdən müstəqil ölkə oldu, Sizin dahi atanızın, müasir Azərbaycan dövlətinin banisi, bizim də Rusiyada xatirəsini əziz tutduğumuz Heydər Əlirza oğlu Əliyevin bəlkə də ən böyük vəsiyyəti həyata keçdi. Ənənəyə uyğun olaraq, bu gün Moskvaya uçmazdan əvvəl mütləq onun məzarını ziyarət edəcəyəm, - burada mən Qarabağın qaytarılmasını nəzərdə tuturam. Bu məsələdə Azərbaycandan, Azərbaycan rəhbərliyindən, Azərbaycan xalqından, Azərbaycan Silahlı Qüvvələrindən başqa heç bir ölkənin hər hansı bir xidməti yoxdur. Bu, mühüm milli məsələ olmaqla yanaşı, Cənubi Qafqazda sabitlik, uğurla həll edilən tarixi vəzifədir.

Bu gün Azərbaycanın Qarabağ bölgəsində sürətli templərlə yeni iş yerlərinin yaradılması, o cümlədən elmi əsaslı klasterlərin həyata keçirilməsi prosesi gedir. Bəzilərinin Qarabağın tezliklə azad ediləcəyinə inanmadığı kimi, bu gün də kimsə bir neçə ildən sonra Qarabağda nələrin yaradılacağını təsəvvür etmir. Amma mən öz gözlərimlə gördüm ki, bu bölgə yenidən çiçəklənəcək, bərəkətli torpaqlara çevriləcək və Rusiya ilə Azərbaycanın mühüm infrastruktur şirkətləri də daxil olmaqla, əziz İlham Heydər oğlu, Sizin də müasir Azərbaycanın rəhbəri vəzifəsində çoxillik fəaliyyətinizi həsr etdiyiniz insanların rifahı naminə Qarabağda yeni infrastruktur layihələri həyata keçiriləcək.

Dünən hamımızın dərindən hörmət etdiyi, sevimli Polad Bülbüloğlunun mənimlə birlikdə olması da əlamətdar idi. O, 18 il Azərbaycanın mədəniyyət naziri olub. Həmçinin o, Azərbaycanın xarici siyasət xəttinin Rusiya istiqamətini səfir qismində layiqincə təmsil edərək Moskvada diplomatik korpusun duayeni qismində çalışıb. İndi isə Milli Məclisdə onun atasının da dünyaya gəldiyi Qarabağ bölgəsini layiqincə təmsil edir. Dünən biz Bülbülün tarixi ev-muzeyində olduq, bu vaxta qədər Özbəkistan, Qazaxıstan, Belarus prezidentləri, həmçinin digər müasir siyasi və ictimai xadimlər də burada olublar. Beləliklə, dünən mənim üçün ikiqat əlamətdar səfər oldu. Ona görə də indi aktual, ikitərəfli gündəliyimizdə olan, o cümlədən, əlbəttə ki, Milli Məclislə ən uğurlu şəkildə inkişaf edən parlament diplomatiyası müstəvisində məsələləri müzakirə edəcəyik.

Möhtərəm əziz İlham Heydər oğlu, dünən Şuşada olandan sonra bir daha Sizin qonağınız olaraq qəlbi Azərbaycanla döyünən, o cümlədən Azərbaycanın hüdudlarından kənarda olanları Qarabağın qaytarılması münasibətilə təbrik etmək istəyirəm. Qarabağ Azərbaycandır!

Prezident İlham Əliyev: Çox sağ olun.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanlılar ən çox bu ölkəyə üz tutdu - STATİSTİKA

Azərbaycanlılar ən çox bu ölkəyə üz tutdu - STATİSTİKA

Əyləncəsiz yaşaya bilməyən BÜRCLƏR

Əyləncəsiz yaşaya bilməyən BÜRCLƏR

Sumqayıtda teplovoz yük maşını ilə toqquşdu - VİDEO

Sumqayıtda teplovoz yük maşını ilə toqquşdu - VİDEO

İşə qəbul qaydalarında mühüm dəyişiklik

İşə qəbul qaydalarında mühüm dəyişiklik

Pakistanla Əfqanıstan arasında gərginlik ALOVLANDI: Bölgədə döyüşlər gedir - VİDEO

Pakistanla Əfqanıstan arasında gərginlik ALOVLANDI: Bölgədə döyüşlər gedir - VİDEO

Paytaxtdakı bazarlar bağlanacaq? - VİDEO

Paytaxtdakı bazarlar bağlanacaq? - VİDEO

Pul və uğur bu 3 bürcün tərəfində olacaq

Pul və uğur bu 3 bürcün tərəfində olacaq

9 tondan çox uşaq qidası ixracatçı ölkələrə geri qaytarılıb - Qoşqar Təhməzli

9 tondan çox uşaq qidası ixracatçı ölkələrə geri qaytarılıb - Qoşqar Təhməzli

Suriya Prezidentindən SƏRT SÖZLƏR: "Ölkəmiz xarici sui-qəsdlərin meydanı deyil"

Suriya Prezidentindən SƏRT SÖZLƏR: "Ölkəmiz xarici sui-qəsdlərin meydanı deyil"

Leyla Əliyevadan pianoda “Söz olmasaydı” - Video

Leyla Əliyevadan pianoda “Söz olmasaydı” - Video

Haluk Leventin qardaşı həbs edildi

Haluk Leventin qardaşı həbs edildi

Bakıda qeyri-adi hadisə - VİDEO

Bakıda qeyri-adi hadisə - VİDEO

Ağ Ev İrana qarşı əməliyyatların dəyərini açıqladı

Ağ Ev İrana qarşı əməliyyatların dəyərini açıqladı

Ərdoğandan İsrailin “erməni soyqırımı”nı tanımaq qərarı ilə bağlı İLK AÇIQLAMA

Ərdoğandan İsrailin “erməni soyqırımı”nı tanımaq qərarı ilə bağlı İLK AÇIQLAMA

Venesuelada zəlzələ qurbanlarının sayı 1900 nəfəri keçdi

Venesuelada zəlzələ qurbanlarının sayı 1900 nəfəri keçdi

Sertifikasiya imtahanında bəzi suallar səhv olub – Müəllimlərdən İDDİA - VİDEO

Sertifikasiya imtahanında bəzi suallar səhv olub – Müəllimlərdən İDDİA - VİDEO

Zaqatalada güclü leysan və külək: İrigövdəli ağac yola aşdı - FOTO

Zaqatalada güclü leysan və külək: İrigövdəli ağac yola aşdı - FOTO

Noyer millidəki karyerasını başa vurdu

Noyer millidəki karyerasını başa vurdu

Netanyahu Katsla Livanın cənubuna GETDİ – Ordan İrana mesaj göndərdi

Netanyahu Katsla Livanın cənubuna GETDİ – Ordan İrana mesaj göndərdi

ABŞ və 6 ərəb ölkəsi “Hizbullah”a qarşı BİRLƏŞDİ

ABŞ və 6 ərəb ölkəsi “Hizbullah”a qarşı BİRLƏŞDİ

“Milan”dan 74 milyonluq transfer

“Milan”dan 74 milyonluq transfer

Xəzər dənizi sürətlə kiçilir: Azərbaycan rəsmisi narahatedici rəqəmləri açıqladı

Xəzər dənizi sürətlə kiçilir: Azərbaycan rəsmisi narahatedici rəqəmləri açıqladı

İsrailin hücumları daha 8 fələstinlini öldürdü

İsrailin hücumları daha 8 fələstinlini öldürdü

Röyadan sevənlərinə ŞAD XƏBƏR

Röyadan sevənlərinə ŞAD XƏBƏR

End of content

No more pages to load

RADİO