Suriya nə xarici sui-qəsdlərin poliqonu, nə də başqalarının ambisiyalarını reallaşdıracağı bir meydandır.
Bizim.Media xəbər verir ki, bu fikirləri Suriya Prezidenti Əhməd əş-Şəraa "Al Mayadeen" telekanalına müsahibəsində səsləndirib.
O, həmçinin Suriyanın cənub bölgələrində davam edən İsrail əməliyyatları fonunda bu ölkənin endirdiyi zərbələri pisləyib.
Əhməd əş-Şəraa vurğulayıb ki, Suriya hakimiyyəti ölkənin ərazi bütövlüyünün və sabitliyinin qorunmasına sadiq qalır.
Bizim.Media