İsrailin Baş naziri Benyamin Netanyahu Livanın cənubundakı təhlükəsizlik zonasında İsrail qoşunlarına baş çəkərkən hərbçiləri əlavə sərəncam gözləmədən istənilən təhlükəyə dərhal reaksiya verməyə çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti məlumat yayıb.
"Öz təhlükəsizliyinizə, həyatınıza və ya yoldaşlarınızın həyatına qarşı bir təhlükə hiss etsəniz, hərəkətə keçin. Gözləməyin. Addım atın. Bu, qəti və şərtsiz əmrdir", - deyə Netanyahu bildirib.
Səfər zamanı onu müdafiə naziri İsrael Kats və SAXAL-ın (İsrail Müdafiə Ordusu) Baş Qərargah rəisinin müavini Tamir Yadai müşayiət ediblər.
Bu səfər İsrail və Livanın ABŞ-nin vasitəçiliyi ilə çərçivə sazişi imzalamasından bir neçə gün sonraya təsadüf edib.
O, həmçinin qeyd edib ki, təhlükə tamamilə aradan qaldırılmayana qədər İsrail Livanın cənubunu tərk etməyəcək.
"Nə qədər ki "Hizbullah" burada silahlı şəkildə qalır və bizim üçün təhdid yaradır, biz də burada qalmağa davam edəcəyik", — deyə Netanyahu bəyan edib.
Bizim.Media