Anklavda 2025-ci ilin oktyabr ayından etibarən qüvvədə olan atəşkəs rejiminə baxmayaraq, Qəzza zolağında son sutka ərzində İsrail Silahlı Qüvvələrinin zərbələri nəticəsində azı 8 fələstinli həlak olub, daha 26-sı isə yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatları Qəzza sektorunun Səhiyyə Nazirliyi özünün “Telegram” kanalında dərc edib.
Qurumun məlumatına görə, atəşkəs elan olunandan bəri İsrail hərbçilərinin hücumu nəticəsində Qəzzada ümumilikdə 1053 yerli sakin həlak olub, 3,4 mindən çox insan isə xəsarət alıb.
Ötən gün anklav rəhbərliyinin mətbuat xidməti öz Telegram kanalında məlumat yayıb ki, atəşkəs rejiminin qüvvəyə mindiyi andan etibarən Fələstin tərəfi İsrail tərəfindən əldə olunmuş razılaşmaların 3465 dəfə pozulması halını qeydə alıb.
Bundan əlavə, Qəzza rəhbərliyinin iddiasına görə, bu dövr ərzində sektor ərazisinə yerli əhalinin fundamental ehtiyaclarını qarşılamaq üçün zəruri olan humanitar yardım həcminin yalnız 36%-i daxil olub.
Bizim.Media