Azərbaycanlılar ən çox bu ölkəyə üz tutdu - STATİSTİKA

2025-ci ildə turagent və turoperatorların vasitəçiliyi ilə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı rekord göstəriciyə çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin "Azərbaycanda turizm" məcmuəsində yer alıb.

Məlumata görə, ötən il turizm şirkətləri vasitəsilə xaricə 75 min 746 Azərbaycan vətəndaşı səfər edib.

Bu, 2024-cü illə müqayisədə 951 nəfər və ya 1,3 faiz çoxdur. Azərbaycanlı turistlərin xaricdə keçirdiyi ümumi səyahət müddəti isə 505 min 652 tur-gün təşkil edib. Bu göstərici bir il əvvəl 470 min 796 tur-gün olub.
 

Ən çox səfər edilən ölkə yenə də Türkiyə olub. Belə ki, 2025-ci ildə 56 min 911 Azərbaycan vətəndaşı turizm şirkətlərinin vasitəçiliyi ilə Türkiyəyə gedib. Onların ümumi səyahət müddəti 413 min 932 tur-gün təşkil edib.


Türkiyədən sonra ən çox səfər edilən istiqamətlər arasında Misir xüsusi yer tutur. Ötən il bu ölkəyə 5 min 991 nəfər səfər edib və onların səyahət müddəti 45 min 729 tur-gün olub. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə Misirə 2 min 658 nəfər səfər etmişdi. Beləliklə, bir il ərzində bu istiqamət üzrə turist sayı 2,3 dəfə artıb.

Ötən il digər ölkələrə 5 min 844, Birləşmiş Ərəb Əmirliklərinə 1 144, İtaliyaya 619, Rusiyaya 592, Özbəkistana 554 və Hindistana 481 Azərbaycan vətəndaşı səfər edib.

Bununla yanaşı, Türkiyəyə səfərlərin sayında cüzi azalma qeydə alınıb. Belə ki, 2024-cü ildə bu ölkəyə 57 min 238 nəfər getdiyi halda, 2025-ci ildə bu rəqəm 56 min 911 nəfər olub.

Statistika göstərir ki, son illər Azərbaycan vətəndaşlarının turizm şirkətləri vasitəsilə xaricə səfərlərinin sayı sürətlə artır. Belə ki, 2022-ci ildə bu göstərici 15 min 659 nəfər, 2023-cü ildə 28 min 229 nəfər, 2024-cü ildə isə 74 min 795 nəfər təşkil edib. 2025-ci ildə isə ilk dəfə olaraq təşkil olunmuş xarici səfərlərin sayı 75 min nəfəri keçib. (modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Payız axşamlarında izlənməli 5 film

Payız axşamlarında izlənməli 5 film

Paytaxt küçələri yağış sularından belə təmizlənir – FOTO

Paytaxt küçələri yağış sularından belə təmizlənir – FOTO

“Son 33 ildə dövlət büdcəsi 50 dəfəyə yaxın böyüyüb”

“Son 33 ildə dövlət büdcəsi 50 dəfəyə yaxın böyüyüb”

Bahalı saatı gündəm oldu - Foto

Bahalı saatı gündəm oldu - Foto

Süni intellektdən TARİXİ NAİLİYYƏT: Napoleonun 200 illik şifrəli məktubunu 6 saata ÇÖZDÜ

Süni intellektdən TARİXİ NAİLİYYƏT: Napoleonun 200 illik şifrəli məktubunu 6 saata ÇÖZDÜ

Bakıda bir neçə yolda sürət həddi ENDİRİLDİ

Bakıda bir neçə yolda sürət həddi ENDİRİLDİ

Azərbaycanın taleyində DÖNÜŞ NÖQTƏSİ - Dövlətçiliyimizin gələcəyini müəyyən edən tarixi seçim

Azərbaycanın taleyində DÖNÜŞ NÖQTƏSİ - Dövlətçiliyimizin gələcəyini müəyyən edən tarixi seçim

Yağışlı havada evdə səmərəli vaxt keçirmək üçün TÖVSİYƏLƏR

Yağışlı havada evdə səmərəli vaxt keçirmək üçün TÖVSİYƏLƏR

Kaşpirovski vəfat etdi

Kaşpirovski vəfat etdi

Aparıcı Çinarə həkim ərinin yeni bahalı maşınını nümayiş etdirdi - (Video)

Aparıcı Çinarə həkim ərinin yeni bahalı maşınını nümayiş etdirdi - (Video)

Saçları fensiz düz saxlamağın ən rahat üsulu – yumamışdan qabaq bunları edin

Saçları fensiz düz saxlamağın ən rahat üsulu – yumamışdan qabaq bunları edin

Bakıda bu avtomobil yolu birdəfəlik bağlanır - Tarix açıqlandı

Bakıda bu avtomobil yolu birdəfəlik bağlanır - Tarix açıqlandı

Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir? – FOTO

Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir? – FOTO

“O, həmişə əfsanə olaraq qalacaq” - Foto

“O, həmişə əfsanə olaraq qalacaq” - Foto

"Estetika memuarları" - Azərbaycan estetikasının yaddaşına yazılan kitab (FOTO)

"Estetika memuarları" - Azərbaycan estetikasının yaddaşına yazılan kitab (FOTO)

Göyçayda güclü yağışın törətdiyi fəsadlar – FOTO/VİDEO

Göyçayda güclü yağışın törətdiyi fəsadlar – FOTO/VİDEO

Hansı hallarda dini kəbinə icazə verilir? – Şərtlər AÇIQLANDI

Hansı hallarda dini kəbinə icazə verilir? – Şərtlər AÇIQLANDI

Sərxoş vəziyyətdə tramvayı qaçırdı – VİDEO

Sərxoş vəziyyətdə tramvayı qaçırdı – VİDEO

Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirildi – FOTO

Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirildi – FOTO

Sabah da yağış YAĞACAQ

Sabah da yağış YAĞACAQ

Onu görəndə almanlar gizlənməyə yer axtarırdı – “Uçan tank”ın inanılmaz tarixçəsi

Onu görəndə almanlar gizlənməyə yer axtarırdı – “Uçan tank”ın inanılmaz tarixçəsi

Gecə yatarkən işığı söndürməyənlərə XƏBƏRDARLIQ

Gecə yatarkən işığı söndürməyənlərə XƏBƏRDARLIQ

2026-cı ilin ən yaxşı Çin avtomobilləri bəlli oldu

2026-cı ilin ən yaxşı Çin avtomobilləri bəlli oldu

Yeni sistemə keçid: Kassirlərin dövrü başa çatır?

Yeni sistemə keçid: Kassirlərin dövrü başa çatır?

End of content

No more pages to load

RADİO