İşə qəbul qaydalarında mühüm dəyişiklik

Azərbaycanda narkoloji xəstəni məhdudiyyət nəzərdə tutulan işlərə götürənlər 3 min manatadək cərimələnəcək. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddənin əlavə edilməsi nəzərdə tutulub.

Təklif olunan maddəyə əsasən, narkoloji xəstələrin işləməsinə məhdudiyyət nəzərdə tutulan sahələrdə onlarla əmək müqaviləsinin bağlanmasına və ya mövcud əmək müqaviləsinin müddətinin uzadılmasına görə vəzifəli şəxslər 3 000 manat məbləğində cərimə ediləcəklər. Bundan başqa, narkoloji xəstələr üçün məhdudiyyət nəzərdə tutulan sahələrdə tibbi müayinə arayışı olmadan işə qəbula görə vəzifəli şəxslər 1 000 manat məbləğində cərimə ediləcəklər.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, bu qərarın əmək bazarında ciddi dəyişiklik yaradacağı gözlənilmir:
 

"Çünki bəzi peşələr və vəzifələr var ki, müəyyən şəxslərin həmin sahələrdə çalışması mümkün hesab olunmur. Xüsusən də narkoloji xəstəliyi olan şəxslərlə bağlı müəyyən məhdudiyyətlər mövcuddur.


Bu da birbaşa həmin işlərin spesifik xüsusiyyətlərindən irəli gəlir. Çünki bəzi peşələr xüsusi diqqət, məsuliyyət, psixoloji sabitlik və operativ qərarvermə bacarığı tələb edir və müəyyən hallarda bu keyfiyyətlər həmin şəxslərdə kifayət qədər olmaya bilər. Əlbəttə, burada əsas məsələ nəzarət mexanizmləridir. Əgər hər hansı müəssisədə yoxlamalar lazımi səviyyədə aparılmırsa və ya qaydalar pozulursa, bu zaman cərimələrin artırılması gündəmə gəlir. Bu isə o deməkdir ki, müəyyən pozuntular mövcuddur və onların qarşısını almaq üçün inzibati tədbirlər gücləndirilir”.

O bildirib ki, belə halların geniş yayıldığını demək düzgün olmaz:

"Bu kateqoriyaya aid şəxslərin sayı çox deyil və ümumilikdə əmək bazarına ciddi təsir göstərmir. Digər tərəfdən, hazırda işsizlik səviyyəsinin artdığı dövrdə işəgötürənlərin seçim imkanları daha genişdir. Yəni işəgötürənin məqsədi məhz bu kateqoriyadan olan şəxsləri işə cəlb etmək deyil. Əgər namizəd qanunvericiliyin tələblərinə uyğun gəlməzsə, onun əvəzinə başqa namizədə üstünlük verilir.” (Azxeber.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Payız axşamlarında izlənməli 5 film

Payız axşamlarında izlənməli 5 film

Paytaxt küçələri yağış sularından belə təmizlənir – FOTO

Paytaxt küçələri yağış sularından belə təmizlənir – FOTO

“Son 33 ildə dövlət büdcəsi 50 dəfəyə yaxın böyüyüb”

“Son 33 ildə dövlət büdcəsi 50 dəfəyə yaxın böyüyüb”

Bahalı saatı gündəm oldu - Foto

Bahalı saatı gündəm oldu - Foto

Süni intellektdən TARİXİ NAİLİYYƏT: Napoleonun 200 illik şifrəli məktubunu 6 saata ÇÖZDÜ

Süni intellektdən TARİXİ NAİLİYYƏT: Napoleonun 200 illik şifrəli məktubunu 6 saata ÇÖZDÜ

Bakıda bir neçə yolda sürət həddi ENDİRİLDİ

Bakıda bir neçə yolda sürət həddi ENDİRİLDİ

Azərbaycanın taleyində DÖNÜŞ NÖQTƏSİ - Dövlətçiliyimizin gələcəyini müəyyən edən tarixi seçim

Azərbaycanın taleyində DÖNÜŞ NÖQTƏSİ - Dövlətçiliyimizin gələcəyini müəyyən edən tarixi seçim

Yağışlı havada evdə səmərəli vaxt keçirmək üçün TÖVSİYƏLƏR

Yağışlı havada evdə səmərəli vaxt keçirmək üçün TÖVSİYƏLƏR

Kaşpirovski vəfat etdi

Kaşpirovski vəfat etdi

Aparıcı Çinarə həkim ərinin yeni bahalı maşınını nümayiş etdirdi - (Video)

Aparıcı Çinarə həkim ərinin yeni bahalı maşınını nümayiş etdirdi - (Video)

Saçları fensiz düz saxlamağın ən rahat üsulu – yumamışdan qabaq bunları edin

Saçları fensiz düz saxlamağın ən rahat üsulu – yumamışdan qabaq bunları edin

Bakıda bu avtomobil yolu birdəfəlik bağlanır - Tarix açıqlandı

Bakıda bu avtomobil yolu birdəfəlik bağlanır - Tarix açıqlandı

Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir? – FOTO

Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir? – FOTO

“O, həmişə əfsanə olaraq qalacaq” - Foto

“O, həmişə əfsanə olaraq qalacaq” - Foto

"Estetika memuarları" - Azərbaycan estetikasının yaddaşına yazılan kitab (FOTO)

"Estetika memuarları" - Azərbaycan estetikasının yaddaşına yazılan kitab (FOTO)

Göyçayda güclü yağışın törətdiyi fəsadlar – FOTO/VİDEO

Göyçayda güclü yağışın törətdiyi fəsadlar – FOTO/VİDEO

Hansı hallarda dini kəbinə icazə verilir? – Şərtlər AÇIQLANDI

Hansı hallarda dini kəbinə icazə verilir? – Şərtlər AÇIQLANDI

Sərxoş vəziyyətdə tramvayı qaçırdı – VİDEO

Sərxoş vəziyyətdə tramvayı qaçırdı – VİDEO

Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirildi – FOTO

Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirildi – FOTO

Sabah da yağış YAĞACAQ

Sabah da yağış YAĞACAQ

Onu görəndə almanlar gizlənməyə yer axtarırdı – “Uçan tank”ın inanılmaz tarixçəsi

Onu görəndə almanlar gizlənməyə yer axtarırdı – “Uçan tank”ın inanılmaz tarixçəsi

Gecə yatarkən işığı söndürməyənlərə XƏBƏRDARLIQ

Gecə yatarkən işığı söndürməyənlərə XƏBƏRDARLIQ

2026-cı ilin ən yaxşı Çin avtomobilləri bəlli oldu

2026-cı ilin ən yaxşı Çin avtomobilləri bəlli oldu

Yeni sistemə keçid: Kassirlərin dövrü başa çatır?

Yeni sistemə keçid: Kassirlərin dövrü başa çatır?

End of content

No more pages to load

RADİO