“Boy artıran” dərmanlarla bağlı XƏBƏRDARLIQ – “Özbaşına istifadə etsəniz...”

Bakıda çəki almaq, arıqlamaq üçün dərmanlar satıldığı kimi boyun uzanmasına da kömək etdiyi bildirilən dərmanlar təklif olunur. Şəhərdəki reklam lövhələrində reklam olunan dərmanlardan övladının ucaboy olmasını istəyən valideynlər alıb istifadə edirlər.

Bəs bu dərmanların boy artımına köməyi təsdiqini tapıbmı? Hansı yaşda uşaqlar bundan istifadə edə bilərlər?

Bu barədə Bizim.Media-ya açıqlamasında pediatr Vaqif Qarayev deyib ki, əvvəlcə boy artımına mane olan səbəblər araşdırılmalı, bu haqda həkimin qərarı olmalıdır:

“Valideyn nə qədər özünü gözəlləşdirsə də, onun uşağı özünün əvvəlki vəziyyətinə oxşayacaq. Yəni təbiəti məcbur etmək olmaz. Azərbaycanlı düşüncəsi var, biz istəyirik ki, uşaqlarımız boylu-buxunlu, alyanaqlı, toppuş olsun. Olmursa, nə edək?! Bunun ciddi tibbi səbəbi yoxdursa, təbiətin ixtiyarına buraxaq. Əvvəl uşaqların yaşına görə boy və çəkinin həddi olan cədvəllər var idi. İndi başqa forma yaranıb, yəni ananın və atanın boyunu müəyyən əmsallara vurub, bölərək normativ çıxarırlar. 

Uşağın boyu normaya uyğun deyilsə, onda gərək artıma mane olan səbəblər araşdırılsın. Biləklərdəki sümükdə boy zonaları var, rentgen onu bizə göstərir. O zonalar bağlanmayıbsa, boy artacaq, bağlanıbsa, başqa tədbirlər görmək lazımdır. Əvvəlcə bağlanma səbəbini öyrənməliyik. Bunlar hamısı normaldırsa, səbəbi irsiyyətdə axtarmalıyıq. 

Beş anadan 7-si deyir ki, uşağın boyu balacadır. Axı ananın da boyu balacadır, təbiət bunu belə yaradıb. İrsiyyəti heç kim qəbul eləmir. Valideynlərin istək və arzusuna qatılıram, amma bu, zorakılıqla olmur. Yəni irsidirsə, heç nə edə bilməyəcəyik”.

Həkim, valideynləri belə dərmanları həkim göstərişi olmadan almamağa çağırıb:

“Apteklərdə çəki artıran dərmanlar da var. Qətiyyən istifadə etmək, orqanizmi məcbur olmaz. İndi xanımlar arıqlamaq həvəsinə düşüblər, bu da olmaz. Arıqlamaq üçün dərman qəbul edənlərdə bunun nə qədər fəsadlarını görürük. Zorla arıqlamaq, kökəlmək, boy artırmaq düzgün deyil. 

Bunlara mane olan tibbi səbəblər yoxdursa, həyat tərzini dəyişmək lazımdır. Yemək-içmək, istirahət edərək yaşamaq lazımdır. Altından qırmızı xətt çəkərək deyirəm ki, heç bir valideyn özbaşına boy artıran dərman almasın. Hələ o dərmanların faydasının olması da sual altındadır. Sadəcə sahə həkiminə, pediatr və ya endokrinoloqa müraciət edirək yuxarıda sadalananları müayinə etmək və qərar vermək lazımdır”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Araz Nəsirov vəzifəsindən AZAD OLUNDU

Araz Nəsirov vəzifəsindən AZAD OLUNDU

Pezeşkian Trampa: İran hər cür təhdid qarşısında qətiyyətlə dayanacaq

Pezeşkian Trampa: İran hər cür təhdid qarşısında qətiyyətlə dayanacaq

Dünya Çempionatı sabah başlayır - TƏQVİM

Dünya Çempionatı sabah başlayır - TƏQVİM

Azərbaycan və Avstriya arasında ilk konsulluq məsləhətləşmələri keçirildi

Azərbaycan və Avstriya arasında ilk konsulluq məsləhətləşmələri keçirildi

Azərbaycan BMT-də 19 dövlətin adından ÇAĞIRIŞ ETDİ

Azərbaycan BMT-də 19 dövlətin adından ÇAĞIRIŞ ETDİ

Müğənni işsizlikdən gileyləndi: “Müraciət etdim, xeyri yoxdur”

Müğənni işsizlikdən gileyləndi: “Müraciət etdim, xeyri yoxdur”

DÇ-2026-nın rəsmi himni təqdim edildi – VİDEO

DÇ-2026-nın rəsmi himni təqdim edildi – VİDEO

Tramp: Pakistanın xahişi ilə İrana "nəfəs almaq üçün vaxt" verdim

Tramp: Pakistanın xahişi ilə İrana "nəfəs almaq üçün vaxt" verdim

ABŞ İranda su anbarlarını VURDU – 10 kənd susuz qaldı

ABŞ İranda su anbarlarını VURDU – 10 kənd susuz qaldı

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb - VİDEO

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb - VİDEO

Tramp Türkiyə və İsrail arasındakı gərginlikdən DANIŞDI

Tramp Türkiyə və İsrail arasındakı gərginlikdən DANIŞDI

Nazir onu işdən ÇIXARDI

Nazir onu işdən ÇIXARDI

Eldar "Avroviziya"dakı uğursuzluqların səbəbini açıqladı

Eldar "Avroviziya"dakı uğursuzluqların səbəbini açıqladı

CENTCOM: ABŞ Oman körfəzində tankeri vurub - FOTO

CENTCOM: ABŞ Oman körfəzində tankeri vurub - FOTO

Tramp Paşinyanı təbrik etdi: “Onu dəstəklədiyim üçün qürur duyuram” - FOTO

Tramp Paşinyanı təbrik etdi: “Onu dəstəklədiyim üçün qürur duyuram” - FOTO

“Galendewagen”lə insident törədən sürücü həbs olundu

“Galendewagen”lə insident törədən sürücü həbs olundu

Tacirin oğlu: "Qayınatamdan hərtərəfli yarımışam"

Tacirin oğlu: "Qayınatamdan hərtərəfli yarımışam"

Bakıda orqan alveri: Tanınmış həkim HƏBS OLUNDU

Bakıda orqan alveri: Tanınmış həkim HƏBS OLUNDU

PUA hücumu zamanı ölən azərbaycanlıların cənazələri Vətənə gətirildi - RƏSMİ

PUA hücumu zamanı ölən azərbaycanlıların cənazələri Vətənə gətirildi - RƏSMİ

İrandan Trampın hədəlməsinə CAVAB

İrandan Trampın hədəlməsinə CAVAB

Bakıda sürücü sükan arxasında dünyasını dəyişdi

Bakıda sürücü sükan arxasında dünyasını dəyişdi

BŞİH-in tərkibində ÜÇ QURUM yaradıldı

BŞİH-in tərkibində ÜÇ QURUM yaradıldı

Özü edam etsə də, ölənədək onu unuda bilmədi... – I Pyotrun gizli sevgilisinin FACİƏVİ TALEYİ

Özü edam etsə də, ölənədək onu unuda bilmədi... – I Pyotrun gizli sevgilisinin FACİƏVİ TALEYİ

Tehranda pravoslav kilsəsi qarət edildi

Tehranda pravoslav kilsəsi qarət edildi

End of content

No more pages to load

RADİO