Bakıda orqan alveri: Tanınmış həkim HƏBS OLUNDU

ATU Tədris Cərrahiyə Klinikasının həkim-uroloqu Əmrah Əliyev həbs olunub.

Bizim.Media “xitab24.az”a istinadən xəbər verir ki, o, insan orqanlarının alqı-satqısına cəhddə ittiham edilib.
 

Belə ki, Əmrah Əliyev 2024-cü ilin yanvar ayının sonlarında çalışdığı ATU Tədris Cərrahiyə Klinikasının kəskin qaraciyər sirrozu diaqnozu ilə müalicə alan Xalidə Qurbanəliyevaya 15.000 manat müqabilində könüllü donor tapacağını vəd verib.


Bundan sonra o, bu işdə digər təqsirləndirilən, iş yoldaşı, kiçik tibb qardaşı Murad Əliyevlə birlikdə klinikanın yaxınlığında yerləşən “Şor-Qoğal” adlı mağazada satıcı işləyən tanışının Xalidə Qurbanəliyeva ilə eyni qan qrupuna sahib olduğunu dəqiqləşdirib və ona 10.000 manat pul müqabilində qaraciyərinin bir hissəsini resipiyentə transplantasiya edilməsinə razı salıb.

Bundan sonra Əmrah Əliyev qadının transplantasiyaya uyğunluğunun mümkün olub-olmamasını dəqiqləşdirmək üçün sənədləri Səhiyyə Nazirliyinin Orqan donorluğu və transplantasiyası üzrə Koordinasiya Mərkəzinə təqdim edib.

Bu zaman o, komissiya üzvlərinə guya Xalidə Qurbanəliyevanı əvvəllər tanıdığı barədə həqiqətə uyğun olmayan məlumatların verilməsi ilə bağlı həmin qadını təlimatlandırıb.

Cinayət əməlinin üstü isə Səhiyyə Nazirliyinin Orqan donorluğu və transplantasiyası üzrə Etika Komissiyasının iclasında açılıb. Belə ki, könüllü donor kimi təqdim olunan qadının mobil telefonuna baxış zamanı həkim və onun arasında pul qarşılığında donor olması ilə bağlı yazışmalar üzə çıxıb, buna görə də transplantasiya qeyri-mümkün hesab edilib.
 

Bundan sonra həkim-uroloq bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib və insan orqanlarının alqı-satqısına cəhddə ittiham olunub.


Məhkəmənin hökmünə əsasən, Əmrah Əliyev və Murad Əliyev üç il müddətinə azadlıqdan məhrum edilib. Hər iki şəxs məhkəmə zalında həbs olunub.

Bu işdə təqsirləndirilən İradə Məmmədova və Gülmira Şirinova da üç il müddətinə azadlıqdan məhrum edilsə də, onları cəzası şərti hesab olunub. Təqsirləndirilən qadınlardan biri ana, digəri isə onu qızıdır. Ananın qızını qanunsuz əmələ görə sövq etməkdə təqsirli bilinib.

Onu da əlavə edək ki, Xalidə Qurbanəliyeva daha sonra Dövlət Gömrük Komitəsinin Hospitalında müayinə və müalicə edilib, buna baxmayaraq, həyatını itirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Medvedevdən Ermənistana XƏBƏRDARLIQ: “Yeni Ukrayna”ya çevriləcək

Medvedevdən Ermənistana XƏBƏRDARLIQ: “Yeni Ukrayna”ya çevriləcək

Xırdalanda gecə saatlarında BƏDBƏXT HADİSƏ - Ölən var

Xırdalanda gecə saatlarında BƏDBƏXT HADİSƏ - Ölən var

Millətlər Liqasında 4-cü tur start götürür: Günün oyun cədvəli

Millətlər Liqasında 4-cü tur start götürür: Günün oyun cədvəli

Radarlardan itən təyyarənin qalıqları tapıldı: Sərnişinlərin axtarışı davam edir

Radarlardan itən təyyarənin qalıqları tapıldı: Sərnişinlərin axtarışı davam edir

Şimali Koreyanın hipersəs raketi 1000 kilometr məsafədəki HƏDƏFİ VURDU

Şimali Koreyanın hipersəs raketi 1000 kilometr məsafədəki HƏDƏFİ VURDU

Bu ölkədə 5,9 bal gücündə ZƏLZƏLƏ oldu

Bu ölkədə 5,9 bal gücündə ZƏLZƏLƏ oldu

Bakıda dünya çempionatına start verilir - 4 cüdoçumuz mübarizəyə başlayır

Bakıda dünya çempionatına start verilir - 4 cüdoçumuz mübarizəyə başlayır

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Dollarla bağlı kritik PROQNOZ

Dollarla bağlı kritik PROQNOZ

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

ABŞ iki İran diplomatını ölkədən çıxardı

ABŞ iki İran diplomatını ölkədən çıxardı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Dünya birjalarında neft ucuzlaşdı

Dünya birjalarında neft ucuzlaşdı

Fransada polis lisey şagirdini güllələdi

Fransada polis lisey şagirdini güllələdi

Medvedevdən İranla bağlı AÇIQLAMA

Medvedevdən İranla bağlı AÇIQLAMA

Bakı–Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürdü

Bakı–Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürdü

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Keyn 78 illik rekordu TƏKRARLADI

Keyn 78 illik rekordu TƏKRARLADI

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

End of content

No more pages to load

RADİO