Bir neçə gün öncə Masazırda qırmızı işıqda keçib insident törədən sürücü Ş.Həmzəyev 15 sutka inzibati qaydada həbs edilib.
Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, iyunun 7-də Abşeron rayonu Masazır qəsəbəsində “Mercedes Galendewagen” və “Kia” markalı avtomobillərin sürücüləri arasında baş vermiş insidentlə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb.
Araşdırmalarla “Mercedes” markalı, 77-UE-011 dövlət qeydiyyat nişanlı avtomobil nəqliyyat vasitəsi cərimə meydançasına yerləşdirilib.
Bizim.Media