FİFA 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının rəsmi himnini açıqlayıb.
Bizim.Media xəbər verir ki, “DNT” adlı kompozisiya turnir ərəfəsində FIFA Dünya Kuboku platformalarında yayımlanıb.
Dünya Kubokunun rəsmi himni tanınmış italyan tenor Andrea Boçellinin iştirakı ilə yazılmış mahnı olub. Fransız DJ David Quetta, amerikalı reper “Meqan Thee Stallion” və EJAE də bəstəyə öz töhfələrini veriblər.
Mahnının premyerası 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatına hazırlıq çərçivəsində baş tutub.
Bizim.Media