Lukaşenkodan İrəvana SON XƏBƏRDARLIQ – Ermənistanı gözləyən acı sonluğun İLK SİQNALLARI

Son günlər İrəvanla Minsk arasında münasibətlərdə yenidən gərginlik müşahidə edilir. Dünən Ermənistanın Belarusdakı müvəqqəti işlər vəkili Narek Tiraturyan Belarusun Xarici İşlər Nazirliyinə çağırılıb. Buna səbəb Ermənistanın “Respublika uğrunda” partiyasının nümayəndələrinin Belarusun İrəvandakı səfirliyinə kartof, yumurta və pomidor atması olub.

Qeyd edək ki, daha əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanın kimsəyə lazım olmadığını deyib. Buna etiraz əlaməti olaraq Ermənistan müxalifəti Belarus səfirliyinin qarşısında aksiya keçirib.

Xatırladaq ki, bu ilin iyununda da iki ölkə arasında diplomatik gərginlik yaşanmışdı. Belə ki, Ermənistan Belarusdakı səfirini geri çağırmışdı. Belarus Xarici İşlər Nazirliyi isə buna cavab olaraq, ölkənin Ermənistandakı səfiri Aleksandr Konyuku məsləhətləşmələr üçün geri çağırmışdı. 
 

Görünən odur ki, iki ölkə arasında gərgin atmosfer qalmaqda davam edir. İrəvanla Moskva arasında münasibətlərdə də ciddi soyuma var. Paşinyan hakimiyyətinin üzünü Qərbə çevirməsinin nəticəsi olaraq Moskva ilə İrəvan arasında gərginlik də artır. Bu fonda Rusiyanın fürsət düşən kimi Ermənistanı cəzalandıracağı gözlənilir. 


Belə olan halda, Belarus-Ermənistan gərginliyi İrəvanı gözləyən cəzanın ilk siqnalları hesab edilə bilərmi? 
 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, Belarus rəhbərliyi belə yanaşma ilə dolayısı və birbaşa şəkildə İrəvana qırmızı xətti keçməməyi tövsiyə edir. 

“Çünki qırmızı xətti keçəcəkləri təqdirdə, Ermənistan yeni fəsadlarla üz-üzə qalacaq. Ermənistan demək olar ki, bütün dünyadan küsüb. Onların tarixinə baxdıqda görərik ki, ermənilər onlara guya düzgün qiymət verilmədiyini, daha üstün mövqeyə malik olduqlarını iddia etməklə Bizansdan, Osmanlı imperiyasından, İran, Turan, Rusiyadan, hamıdan küsürlər. İndi də onların ürəklərində bu kimi yararsızlıq kompleksi mövcuddur. 

Belarus Prezidenti praqmatik cəhətdən onları başa salır ki, heç də hamıdan inciyə bilməzsiniz. Belə olmur ki, bütün dünya günahkar olsun, bircə yalnız ermənilər günahsız və düzgün mövqedə olsunlar. Erməni alimləri də artıq Qarabağda Azərbaycan torpaqlarını dağıtdıqlarını, Ağdamı yerlə-yeksan etdiklərini açıq şəkildə etiraf edirlər. Erməni alimləri deyir ki, etdikləri bu əmələ görə, həm xəcalət çəkməli, həm də üzr istəməlidirlər”. 

Ekspert qeyd edir ki, Belarusla yaşanan gərginlik İrəvanın yanlış siyasətinin növbəti göstəricisidir: 

“Belarus Ermənistanla da müttəfiqdir. KTMT-də, iqtisadi məkanda bir yerdədirlər. Ancaq Paşinyan başda olmaqla erməni hakimiyyəti Lukaşenko Prezident olacağı dövrdə Minskə səfər etməyəcəklərini bəyan edirlər. Bu da İrəvanın yanlış mövqedə olmasının göstəricisidir. Lukaşenko vaxtilə çox səy göstərdi ki, müharibə olmasın. Ona görə də Serj Sarkisyana heç olmasa 5 rayonu Azərbaycana qaytarmağı təklif etdi. Bu səbəbdən ermənilərin Belarusun yanında dilləri gödəkdir. 

Çox da atılıb düşməsinlər. Çünki günahkar özləridir. Ermənilər acınacaqlı vəziyyətdə yaşayır. Əhali ölkəni tərk edir. Ermənistan dövlət kmi özünü doğrultmayıb. Nə qədər ki, ermənilər qarşıdurma, nifrət siyasətini saxlayacaq, heç nə əldə etməyəcəklər. Belarus da dolayısı və birbaşa şəkildə ermənilərə bildirir ki, qırmızı xətti keçməsinlər. Çünki bu baş versə, yeni fəsadlarla üz-üzə qalacaqlar”.

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gəncədə zəhərlənən şagirdlərin sayı yeddiyə ÇATDI

Gəncədə zəhərlənən şagirdlərin sayı yeddiyə ÇATDI

Sentyabrda maksimal temperatur BU TARİXDƏ qeydə alınıb

Sentyabrda maksimal temperatur BU TARİXDƏ qeydə alınıb

“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq

“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirdi – FOTO

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirdi – FOTO

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlandı – FOTO

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlandı – FOTO

Qatarla Tbilisiyə getmək istəyənlərin NƏZƏRİNƏ – Noyabrın 1-dən...

Qatarla Tbilisiyə getmək istəyənlərin NƏZƏRİNƏ – Noyabrın 1-dən...

Niyə mikrofon qarşısında özümüzü itiririk? – Şüurumuza yeridilmiş “olmaz”ların dilimizdə yaratdığı QÜSURLAR

Niyə mikrofon qarşısında özümüzü itiririk? – Şüurumuza yeridilmiş “olmaz”ların dilimizdə yaratdığı QÜSURLAR

Gəncədə 5 şagirdin zəhərlənməsi ilə bağlı Baş Prokurorluqdan AÇIQLAMA

Gəncədə 5 şagirdin zəhərlənməsi ilə bağlı Baş Prokurorluqdan AÇIQLAMA

Hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu – Ən bahalı ünvanlar

Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu – Ən bahalı ünvanlar

Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olundu – FOTO

Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olundu – FOTO

Hava kəskin DƏYİŞİR – Temperatur 10 dərəcə enəcək, leysan yağacaq

Hava kəskin DƏYİŞİR – Temperatur 10 dərəcə enəcək, leysan yağacaq

Sosial yardım, pensiya, müavinətlərlə bağlı açıqlama

Sosial yardım, pensiya, müavinətlərlə bağlı açıqlama

Oktyabr bürclərə necə təsir edəcək? - Astroloqdan PROQNOZ

Oktyabr bürclərə necə təsir edəcək? - Astroloqdan PROQNOZ

Tələbələrin gözü təqaüddə - Sentyabrın ödənişləri nə vaxt veriləcək?

Tələbələrin gözü təqaüddə - Sentyabrın ödənişləri nə vaxt veriləcək?

Özbəkistanın müdafiə nazirindən Xocavənddə önəmli AÇIQLAMA: “Hərbi qulluqçularımız peşəkarlıqlarını nümayiş etdirdilər”

Özbəkistanın müdafiə nazirindən Xocavənddə önəmli AÇIQLAMA: “Hərbi qulluqçularımız peşəkarlıqlarını nümayiş etdirdilər”

Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var

Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var

Pul köçürərkən diqqətli olun: Bir səhv yüzlərlə manata başa gələ bilər

Pul köçürərkən diqqətli olun: Bir səhv yüzlərlə manata başa gələ bilər

Azərbaycanda daha 26 nəqliyyat vasitəsi özəlləşdirildi

Azərbaycanda daha 26 nəqliyyat vasitəsi özəlləşdirildi

Döyüş robotlarından dron ovçusuna: Azərbaycanın yeni silahları "ADEX 2026"da

Döyüş robotlarından dron ovçusuna: Azərbaycanın yeni silahları "ADEX 2026"da

Zakir Həsənov birgə hərbi təlimdə iştirak edib

Zakir Həsənov birgə hərbi təlimdə iştirak edib

Məktəblərdə “fond pulu” yığılması qanunidirmi?

Məktəblərdə “fond pulu” yığılması qanunidirmi?

Yaşar Gülər Azərbaycandan dünyaya VACİB MESAJ VERDİ: Müharibəyə hazır olmaq lazımdır

Yaşar Gülər Azərbaycandan dünyaya VACİB MESAJ VERDİ: Müharibəyə hazır olmaq lazımdır

Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi

Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi

End of content

No more pages to load

RADİO