Belaruslu deputatdan XƏBƏRDARLIQ – “Nüvə silahımız var, bizə hücum olarsa...” – ÖZƏL

“Biz başa düşürük ki, Qərbdə müəyyən qüvvələr Belarusu münaqişəyə sürükləmək istəyir. Bunun səbəbi sadədir. Ukrayna heç vaxt Rusiyaya qalib gəlməyəcək, bu mümkün deyil. NATO isə heç vaxt Rusiyanı məğlub etməyəcək, çünki hərbi yolla buna nail olmaq mümkün deyil.”. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Belarus parlamentinin Beynəlxalq məsələlər üzrə komissiyasının sədrinin müavini, Prezident Palatasının deputatı Oleq Qaydukeviç deyib. 

Belarus Müdafiə nazirliyinin Ukrayna ilə sərhəddə hərbi texnikaları cəlb etməsi Belarusun Rusiya-Ukrayna müharibəsinə aktiv olaraq qoşulacağı barədə suallar yaradır. 
 

MÖVZU İLƏ BAĞLI:

Belarus Rusiyaya kömək üçün Ukrayna ilə sərhədə qoşun YIĞIR


Belaruslu deputat isə Belarusun müharibə iştirakçısı olmasına ehtiyac olmadığını dilə gətirib.

“Məqsəd başqadır, Rusiya üzərində qələbə heç vaxt əsas məqsəd olmayıb. Məqsəd müharibədə pul qazanmaqdır. ABŞ milyonlarla pul qazanır. Onlar Avropanı daha da zəiflətmək üçün münaqişəni uzadırlar. Ukrayna sadəcə bir alətdir. Buna görə də, Kurska hücum hərbi strategiya baxımından eyni seriyadandır, heç bir mənası yoxdur. Biz bu terroru, Ukrayna Silahlı Qüvvələri tərəfindən ekstremizm hesab edirik. Həftə sonu isə Ukrayna tərəfindən beynəlxalq hüququn pozulması baş verdi. Belarus ərazisində sərhədi pozan Ukrayna uçuş aparatları vuruldu”, - deyə belaruslu deputat bildirib. 

Ukrayna Belarus sərhədini niyə pozdu?

Ukrayna tərəfindən Belarus ərazisinə “yanlış hücum”u dəyərləndirən Oleq Qaydukeviç, əsas məqsədin Belarusu müharibə iştirakçısına çevirmək olduğunu bildirib:

“Hesab edirik ki, bu təxribatın bir neçə məqsədi var. Birinci məqsəd bizim vasitəmizlə Rusiyanı vurmaqdır, ona görə də, bu dronları göndərdilər. İkincisi, hava hücumundan müdafiə sistemimizi sınaqdan keçirmək və, necə reaksiya verəcəyimizi görmək üçün təxribatdır. 

Üçüncü məqam ondan ibarətdir ki, bu, həqiqətən də, Belarusu bu münaqişəyə cəlb etmək cəhdidir. Biz bunu mükəmməl başa düşürük və bu ssenariyə uyğun hərəkət etməyəcəyik. Biz münaqişəyə daxil olmayacağıq, sülhün olması üçün hər şeyi edəcəyik. Lakin eyni zamanda xəbərdarlıq edirik ki, əgər kimsə Belarus ərazisinə hücum etmək istəsə, onda sülh olmayacaq”. 

“Sülh çoxdan təmin oluna bilərdi, amma...”

Belarusun Rusiya ilə Ukrayna arasında vasitəçilik səylərinin Qərb tərəfindən əngəlləndiyinə diqqət çəkən deputat, Qərbin müharibəni hələ də davam etdirmək istədiyini qeyd edib:

“Qərbin təxribatları ilə Belarusu müharibəyə sürükləmək planlarının arxasında kimin dayandığını və bu müharibənin baş verməməsi üçün hər şeyi etdiyimizi çox gözəl anlayırıq. Müharibənin qarşısını almağın yeganə yolu çox güclü olmaqdır. Bunun üçün biz taktiki nüvə silahlarını ərazimizdə yerləşdirdik, sərhədimizi, hərbi potensialımızı gücləndirdik.

Bütün bunlar ona görədir ki, Rusiya ilə Ukrayna arasında potensial sülh çoxdan bağlana bilərdi, çünki əslində nə Ukrayna vətəndaşları, nə də Rusiya müharibə istəmir. Biz çox yaxşı başa düşürük ki, Rusiya həmişə danışıqlara hazır idi, Belarus bu danışıqların baş tutması üçün hər şeyi etdi. Minskdə artıq razılaşmalar var idi, sonra bu razılaşmalar Türkiyədə davam etdi, lakin sonra Qərb Ukraynaya danışıqlarla bağlı qadağa qoydu”.

Deputat hesab edir ki, hazırda sülhün təmin olunması üçün Ukrayna müstəqil olmalıdır:

“Ukrayna müstəqil olan kimi dərhal sülh bağlanacaq. Amma onu da başa düşməliyik ki, istənilən müharibə həmişə sülhlə başa çatır. İstərdim ki, bu, tez baş versin, daha az insan ölsün. Həm belaruslular, həm də prezidentimiz həmişə sülhün tərəfdarı olub. Biz hər zaman istənilən sülhsevər təşəbbüsləri dəstəkləmişik. Amma təbii ki, danışıqlar yalnız Rusiyanın maraqları nəzərə alınmaqla mümkündür. İsveçrə Rusiyasız bir növ sülh təşəbbüsləri təklif edəndə bu, təbii ki mümkün olmayacaq”, - deyə deputat əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

HDQ-nin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak etdi - FOTO

HDQ-nin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak etdi - FOTO

Millimiz “Antalyaspor”a QALİB GƏLDİ

Millimiz “Antalyaspor”a QALİB GƏLDİ

Roma Papasının ağciyərində bədxassəli şiş aşkarlandı - Əməliyyat olundu

Roma Papasının ağciyərində bədxassəli şiş aşkarlandı - Əməliyyat olundu

Azarkeşlər son anda qadağa ilə üzləşdi

Azarkeşlər son anda qadağa ilə üzləşdi

Bakının bu rayonlarında işıq olmayacaq

Bakının bu rayonlarında işıq olmayacaq

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU - FOTO

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU - FOTO

“Sabah”a uduzduqdan sonra komandasını TƏNQİD ETDİ

“Sabah”a uduzduqdan sonra komandasını TƏNQİD ETDİ

Bu BÜRCLƏRİ bir neçə xoşbəxt həftə gözləyir

Bu BÜRCLƏRİ bir neçə xoşbəxt həftə gözləyir

Paytaxtda ağır qəza olub, xəsarət alan var - VİDEO

Paytaxtda ağır qəza olub, xəsarət alan var - VİDEO

Britaniyanın Tehrandakı səfiri XİN-ə ÇAĞIRILDI

Britaniyanın Tehrandakı səfiri XİN-ə ÇAĞIRILDI

“Qarabağ” “Sabah”ı TƏBRİK ETDİ

“Qarabağ” “Sabah”ı TƏBRİK ETDİ

Plastik cərrahı qətlə yetirən əri mirasdan məhrum edildi

Plastik cərrahı qətlə yetirən əri mirasdan məhrum edildi

Aİ Ukrayna üçün daha iki danışıqlar klasterini AÇDI

Aİ Ukrayna üçün daha iki danışıqlar klasterini AÇDI

İnsan neçə dil öyrənə bilər? - Alimlərdən maraqlı ARAŞDIRMA

İnsan neçə dil öyrənə bilər? - Alimlərdən maraqlı ARAŞDIRMA

Moskvanın üç aeroportunda uçuşlara məhdudiyyət QOYULDU

Moskvanın üç aeroportunda uçuşlara məhdudiyyət QOYULDU

Kahim Perris Azərbaycan futbol tarixinə düşdü

Kahim Perris Azərbaycan futbol tarixinə düşdü

Alena Əliyeva "44" filminin premyerasından paylaşım etdi - FOTO

Alena Əliyeva "44" filminin premyerasından paylaşım etdi - FOTO

Azərbaycan-Laos əlaqələrinin inkişafı müzakirə olundu - FOTO

Azərbaycan-Laos əlaqələrinin inkişafı müzakirə olundu - FOTO

İlon Mask yenə trilyonçu statusunu İTİRDİ

İlon Mask yenə trilyonçu statusunu İTİRDİ

Ağ Evin yeni mətbuat katibi ilk brifinqindən sonra vəzifəsini İTİRƏ BİLƏR

Ağ Evin yeni mətbuat katibi ilk brifinqindən sonra vəzifəsini İTİRƏ BİLƏR

“Sabah” doğma meydanda tarix yazdı - VİDEO

“Sabah” doğma meydanda tarix yazdı - VİDEO

Hüseyn izləyicisinə bir "paçka" dollar verdi - VİDEO

Hüseyn izləyicisinə bir "paçka" dollar verdi - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakının 2 rayonunda yol bağlanacaq

Sürücülərin NƏZƏRİNƏ: Bakının 2 rayonunda yol bağlanacaq

Ukraynada səfərbərlikdən möhlət qaydaları SƏRTLƏŞDİRİLİR

Ukraynada səfərbərlikdən möhlət qaydaları SƏRTLƏŞDİRİLİR

End of content

No more pages to load

RADİO