Avqust ayında hava NECƏ OLACAQ?

Avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
 

Bildirilib ki, avqust ayında da digər aylarda olduğu kimi, uzunmüddətli proqnoz təhlillərinə əsasən qeyd edə bilərik ki, yağıntının miqdarı iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.


Ayın ilk günlərində əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, lakin gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Ərazimizin mürəkkəbliyini nəzərə alaraq hər bir bölgə üçün avqust ayında gözlənilən meteoroloji şərait xüsusi təhlil edilib.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 24-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 22-27 dərəcə isti, gündüzlər 29-34 dərəcə isti, bəzi günlərdə 36-39 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 6-8 mm).

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 25-27 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 19-24 dərəcə isti, gündüzlər 29-34 dərəcə isti, bəzi günlərdə 36-39 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 6-10 mm).

Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 16-19 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 13-18 dərəcə isti, gündüzlər 20-25 dərəcə isti, bəzi günlərdə 30-35 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (26-55 mm).

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 20-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 11-16 dərəcə isti, gündüzlər 18-23 dərəcə isti, bəzi günlərdə 25-30 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının da iqlim normasına yaxın olacağı gözlənilir (norma 15-37 mm).

Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 24-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 17-22 dərəcə isti, gündüzlər 27-32 dərəcə isti, bəzi günlərdə 35-38 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (19-27 mm).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 22-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 16-21 dərəcə isti, bəzi günlərdə 9-14 dərəcə isti, gündüzlər 23-28 dərəcə isti, bəzi günlərdə 31-36 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 13-116 mm).
 

Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 25-27 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu gecə 20-25 dərəcə isti, gündüzlər 29-34 dərəcə isti, bəzi günlərdə 37-39 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 6-22 mm).


Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 22-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 18-23 dərəcə isti, gündüzlər 27-32 dərəcə isti, bəzi günlərdə 35 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 13-83 mm).

Qeyd edək ki, aylıq hava proqnozlarının hazırlanması zamanı əsas təhlil olunan meteoroloji faktorlar temperatur və yağıntı rejimidir. Hava temperaturunun paylanması və rejimi əhatə olunan rayonun relyef xüsusiyyətlərindən asılıdır. Belə ki, ərazi üzrə hava temperaturunun dəyişkənliyi yerli atmosfer dövranı və sinoptik şəraitdən asılı olub, onun illik gedişinə təsir edən amillərdən biri hesab olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nazir onu işdən ÇIXARDI

Nazir onu işdən ÇIXARDI

Eldar "Avroviziya"dakı uğursuzluqların səbəbini açıqladı

Eldar "Avroviziya"dakı uğursuzluqların səbəbini açıqladı

CENTCOM: ABŞ Oman körfəzində tankeri vurub - FOTO

CENTCOM: ABŞ Oman körfəzində tankeri vurub - FOTO

Tramp Paşinyanı təbrik etdi: “Onu dəstəklədiyim üçün qürur duyuram” - FOTO

Tramp Paşinyanı təbrik etdi: “Onu dəstəklədiyim üçün qürur duyuram” - FOTO

“Galendewagen”lə insident törədən sürücü həbs olundu

“Galendewagen”lə insident törədən sürücü həbs olundu

Tacirin oğlu: "Qayınatamdan hərtərəfli yarımışam"

Tacirin oğlu: "Qayınatamdan hərtərəfli yarımışam"

Bakıda orqan alveri: Tanınmış həkim HƏBS OLUNDU

Bakıda orqan alveri: Tanınmış həkim HƏBS OLUNDU

PUA hücumu zamanı ölən azərbaycanlıların cənazələri Vətənə gətirildi - RƏSMİ

PUA hücumu zamanı ölən azərbaycanlıların cənazələri Vətənə gətirildi - RƏSMİ

İrandan Trampın hədəlməsinə CAVAB

İrandan Trampın hədəlməsinə CAVAB

Bakıda sürücü sükan arxasında dünyasını dəyişdi

Bakıda sürücü sükan arxasında dünyasını dəyişdi

BŞİH-in tərkibində ÜÇ QURUM yaradıldı

BŞİH-in tərkibində ÜÇ QURUM yaradıldı

Özü edam etsə də, ölənədək onu unuda bilmədi... – I Pyotrun gizli sevgilisinin FACİƏVİ TALEYİ

Özü edam etsə də, ölənədək onu unuda bilmədi... – I Pyotrun gizli sevgilisinin FACİƏVİ TALEYİ

Tehranda pravoslav kilsəsi qarət edildi

Tehranda pravoslav kilsəsi qarət edildi

İki teatr Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

İki teatr Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

“Qarabağ” yeni mövsümün hazırlıqlarına start verdi

“Qarabağ” yeni mövsümün hazırlıqlarına start verdi

"Bakımənzilkommunlayihə" Layihə İnstitutu ləğv edilir

"Bakımənzilkommunlayihə" Layihə İnstitutu ləğv edilir

DİM bu şəxslərin anoloji vəzifələrə təyinatı üçün tədbirlər görəcək - FƏRMAN

DİM bu şəxslərin anoloji vəzifələrə təyinatı üçün tədbirlər görəcək - FƏRMAN

Yasamalda obyektdəki yanğın söndürüldü - VİDEO

Yasamalda obyektdəki yanğın söndürüldü - VİDEO

Tramp: İrana çox güclü hücum etməyə hazırlaşırıq!

Tramp: İrana çox güclü hücum etməyə hazırlaşırıq!

Eldar Əzizovun tabeliyində Heydər Məscidi İdarəsi yaradılacaq

Eldar Əzizovun tabeliyində Heydər Məscidi İdarəsi yaradılacaq

Bakı Şəhər İcra Hakimiyyətinin strukturu təkmilləşdirilir - FƏRMAN

Bakı Şəhər İcra Hakimiyyətinin strukturu təkmilləşdirilir - FƏRMAN

Almaniyalı futbolçu “Karvan-Yevlax”dan ayrıldı

Almaniyalı futbolçu “Karvan-Yevlax”dan ayrıldı

Vətəndaşların qəbula yazılması və müraciətlərinə cavab qaydası DƏYİŞDİ

Vətəndaşların qəbula yazılması və müraciətlərinə cavab qaydası DƏYİŞDİ

Elektron müraciətlərlə bağlı dəyişikliklər qüvvəyə minir - FƏRMAN

Elektron müraciətlərlə bağlı dəyişikliklər qüvvəyə minir - FƏRMAN

End of content

No more pages to load

RADİO