Bakının Yasamal rayonunda, Həsən bəy Zərdabi küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasındakı obyektdə baş vermiş yanğın söndürülüb.
Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
FHN-dən bildirilib ki, qurumun qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb və alov qısa müddətdə söndürülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri FHN əməkdaşları tərəfindən təxliyə olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb.





Bizim.Media