“Məşədi Dadaş”ın imamına sui-qəsd hazırladı - Son anda qarşısı alındı

İctimai xadimin həyatına sui-qəsddə və qəsdən adam öldürməyə cəhd etməkdə ittiham olunan Elşən Hüseynovun məhkəməsi başlayıb.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ilk iclasda təqsirləndirilən şəxsin şəxsi məlumatları dəqiqləşdirilib, hüquq və vəzifələri izah edilib.

Hazırki mərhələdə tərəflərin heç biri vəsatətlə çıxış etməyib. Ümumi razılaşmaya əsasən, cinayət işi baxışa verilib. Birinci baxış iclası avqustun 2-nə təyin edilib.

Prosesdə təqsirləndirilən şəxsin səhhəti ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasından Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsi ilə bağlı müraciət olunub.

Cinayət işinin mahiyyəti ilə bağlı bəzi məlumatları əldə etmişik.

Belə ki, 41 yaşlı Elşən Hüseynov dini ədavət niyyəti ilə iki nəfəri öldürməyə cəhd edib, eləcə də ictimai xadimin xidməti fəaliyyətinə son qoymaq məqsədilə onun həyatına sui-qəsd edib.

Elşənin qisas niyyəti ilə öldürmək istədiyi əsas adam “Məşədi Dadaş” məscidinin imamı Əli Şərbətov olub.
 

Elşən 30 dekabr 2023-cü il tarixdə “Məşədi Dadaş” məscidinin imamına sui-qəsd etmək niyyəti ilə onun otağına zorla girmək istəyib.


Bu vaxt məscidin xidmətçisi Rəsul Həsənli onu saxlamağa çalışıb. Təqsirləndirilən şəxs bu vaxt cibindəki bıçağı çıxararaq xidmətçinin qulaq, qarın və digər nahiyələrinə xəsarət yetirib. Elşən öz iradəsindən asılı olmayan səbəbdən planını tam reallaşdıra bilməyib. Xidmətçi yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb, Elşən isə polis əməkdaşları tərəfindən saxlanılıb.

Elşən Hüseynov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 29.120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun özünü öldürməyə cəhd), 29, 120.2.6 (başqa cinayəti gizlətmə məqsədilə adam öldürməyə cəhd) 29.120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29.120.2.11 (terrorçuluqla əlaqədar adam öldürməyə cəhd), 29.120.2.12 (dini ədavət niyyəti ilə adam öldürməyə cəhd) və 277-ci (Dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə) maddələri ilə ittiham elan edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nazir onu işdən ÇIXARDI

Nazir onu işdən ÇIXARDI

Eldar "Avroviziya"dakı uğursuzluqların səbəbini açıqladı

Eldar "Avroviziya"dakı uğursuzluqların səbəbini açıqladı

CENTCOM: ABŞ Oman körfəzində tankeri vurub - FOTO

CENTCOM: ABŞ Oman körfəzində tankeri vurub - FOTO

Tramp Paşinyanı təbrik etdi: “Onu dəstəklədiyim üçün qürur duyuram” - FOTO

Tramp Paşinyanı təbrik etdi: “Onu dəstəklədiyim üçün qürur duyuram” - FOTO

“Galendewagen”lə insident törədən sürücü həbs olundu

“Galendewagen”lə insident törədən sürücü həbs olundu

Tacirin oğlu: "Qayınatamdan hərtərəfli yarımışam"

Tacirin oğlu: "Qayınatamdan hərtərəfli yarımışam"

Bakıda orqan alveri: Tanınmış həkim HƏBS OLUNDU

Bakıda orqan alveri: Tanınmış həkim HƏBS OLUNDU

PUA hücumu zamanı ölən azərbaycanlıların cənazələri Vətənə gətirildi - RƏSMİ

PUA hücumu zamanı ölən azərbaycanlıların cənazələri Vətənə gətirildi - RƏSMİ

İrandan Trampın hədəlməsinə CAVAB

İrandan Trampın hədəlməsinə CAVAB

Bakıda sürücü sükan arxasında dünyasını dəyişdi

Bakıda sürücü sükan arxasında dünyasını dəyişdi

BŞİH-in tərkibində ÜÇ QURUM yaradıldı

BŞİH-in tərkibində ÜÇ QURUM yaradıldı

Özü edam etsə də, ölənədək onu unuda bilmədi... – I Pyotrun gizli sevgilisinin FACİƏVİ TALEYİ

Özü edam etsə də, ölənədək onu unuda bilmədi... – I Pyotrun gizli sevgilisinin FACİƏVİ TALEYİ

Tehranda pravoslav kilsəsi qarət edildi

Tehranda pravoslav kilsəsi qarət edildi

İki teatr Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

İki teatr Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

“Qarabağ” yeni mövsümün hazırlıqlarına start verdi

“Qarabağ” yeni mövsümün hazırlıqlarına start verdi

"Bakımənzilkommunlayihə" Layihə İnstitutu ləğv edilir

"Bakımənzilkommunlayihə" Layihə İnstitutu ləğv edilir

DİM bu şəxslərin anoloji vəzifələrə təyinatı üçün tədbirlər görəcək - FƏRMAN

DİM bu şəxslərin anoloji vəzifələrə təyinatı üçün tədbirlər görəcək - FƏRMAN

Yasamalda obyektdəki yanğın söndürüldü - VİDEO

Yasamalda obyektdəki yanğın söndürüldü - VİDEO

Tramp: İrana çox güclü hücum etməyə hazırlaşırıq!

Tramp: İrana çox güclü hücum etməyə hazırlaşırıq!

Eldar Əzizovun tabeliyində Heydər Məscidi İdarəsi yaradılacaq

Eldar Əzizovun tabeliyində Heydər Məscidi İdarəsi yaradılacaq

Bakı Şəhər İcra Hakimiyyətinin strukturu təkmilləşdirilir - FƏRMAN

Bakı Şəhər İcra Hakimiyyətinin strukturu təkmilləşdirilir - FƏRMAN

Almaniyalı futbolçu “Karvan-Yevlax”dan ayrıldı

Almaniyalı futbolçu “Karvan-Yevlax”dan ayrıldı

Vətəndaşların qəbula yazılması və müraciətlərinə cavab qaydası DƏYİŞDİ

Vətəndaşların qəbula yazılması və müraciətlərinə cavab qaydası DƏYİŞDİ

Elektron müraciətlərlə bağlı dəyişikliklər qüvvəyə minir - FƏRMAN

Elektron müraciətlərlə bağlı dəyişikliklər qüvvəyə minir - FƏRMAN

End of content

No more pages to load

RADİO