Heydər Əliyev prospektində tıxac azalacaq

Bu gündən “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən (NMM) hərəkət edən müntəzəm marşrut avtobusları birbaşa Xəlil Rza Ulutürk küçəsindən Ziya Bünyadov prospekti ilə kəsişmədə yerləşən yolötürücünün üstündən geriyə dönərək, Heydər Əliyev prospekti, Qara Qarayev və Zabrat yoluna istiqamətlənir. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
 

Bildirilib ki, nəticədə Mərkəzdən Heydər Əliyev prospekti, Qara Qarayev prospekti və Zabrat yoluna doğru hərəkət edən marşrut avtobuslarının dairəvi yol qovşağına kimi yürüş məsafəsi 900 m-ə kimi azalıb. Bir gedişə sərf olunan vaxt 7-8 dəqiqədən 3 dəqiqəyə düşüb. Sözügedən istiqamət üzrə 31 marşrut üzrə 300-dən çox avtobus sərnişinlərə xidmət göstərir. 


“Həyata keçirilən dəyişikliklər müntəzəm marşrut avtobuslarının hərəkət trayektoriyasının və səyahət müddətinin qısalmasına, sərnişindaşıma xidmətlərinin səmərəliliyi və keyfiyyətinin artırılmasına, atmosferə atılan karbon qazının səviyyəsi ilə yanaşı, yanacaq sərfiyyatının azalmasına şərait yaradır.

Əvvəllər avtobuslar Heydər Əliyev prospektindən “Atletlər kəndi” boyunca dövrə vuraraq Ziya Bünyadov prospektinə istiqamətlənirdi.

Avtobuslar “Koroğlu” NMM-dən Xəlil Rza Ulutürk küçəsində yerləşən dairəvi yol qovşağına kimi 1 800 metrdən çox məsafə qət edirdi.

Layihənin icrası nəticəsində 300-dən çox avtobusun Heydər Əliyev prospektinə daxil olmasının qarşısı alınacaq. Bu da öz növbəsində ərazidə sıxlığın azalmasına öz töhfəsini verəcək”, - qurumdan bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nazir onu işdən ÇIXARDI

Nazir onu işdən ÇIXARDI

Eldar "Avroviziya"dakı uğursuzluqların səbəbini açıqladı

Eldar "Avroviziya"dakı uğursuzluqların səbəbini açıqladı

CENTCOM: ABŞ Oman körfəzində tankeri vurub - FOTO

CENTCOM: ABŞ Oman körfəzində tankeri vurub - FOTO

Tramp Paşinyanı təbrik etdi: “Onu dəstəklədiyim üçün qürur duyuram” - FOTO

Tramp Paşinyanı təbrik etdi: “Onu dəstəklədiyim üçün qürur duyuram” - FOTO

“Galendewagen”lə insident törədən sürücü həbs olundu

“Galendewagen”lə insident törədən sürücü həbs olundu

Tacirin oğlu: "Qayınatamdan hərtərəfli yarımışam"

Tacirin oğlu: "Qayınatamdan hərtərəfli yarımışam"

Bakıda orqan alveri: Tanınmış həkim HƏBS OLUNDU

Bakıda orqan alveri: Tanınmış həkim HƏBS OLUNDU

PUA hücumu zamanı ölən azərbaycanlıların cənazələri Vətənə gətirildi - RƏSMİ

PUA hücumu zamanı ölən azərbaycanlıların cənazələri Vətənə gətirildi - RƏSMİ

İrandan Trampın hədəlməsinə CAVAB

İrandan Trampın hədəlməsinə CAVAB

Bakıda sürücü sükan arxasında dünyasını dəyişdi

Bakıda sürücü sükan arxasında dünyasını dəyişdi

BŞİH-in tərkibində ÜÇ QURUM yaradıldı

BŞİH-in tərkibində ÜÇ QURUM yaradıldı

Özü edam etsə də, ölənədək onu unuda bilmədi... – I Pyotrun gizli sevgilisinin FACİƏVİ TALEYİ

Özü edam etsə də, ölənədək onu unuda bilmədi... – I Pyotrun gizli sevgilisinin FACİƏVİ TALEYİ

Tehranda pravoslav kilsəsi qarət edildi

Tehranda pravoslav kilsəsi qarət edildi

İki teatr Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

İki teatr Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

“Qarabağ” yeni mövsümün hazırlıqlarına start verdi

“Qarabağ” yeni mövsümün hazırlıqlarına start verdi

"Bakımənzilkommunlayihə" Layihə İnstitutu ləğv edilir

"Bakımənzilkommunlayihə" Layihə İnstitutu ləğv edilir

DİM bu şəxslərin anoloji vəzifələrə təyinatı üçün tədbirlər görəcək - FƏRMAN

DİM bu şəxslərin anoloji vəzifələrə təyinatı üçün tədbirlər görəcək - FƏRMAN

Yasamalda obyektdəki yanğın söndürüldü - VİDEO

Yasamalda obyektdəki yanğın söndürüldü - VİDEO

Tramp: İrana çox güclü hücum etməyə hazırlaşırıq!

Tramp: İrana çox güclü hücum etməyə hazırlaşırıq!

Eldar Əzizovun tabeliyində Heydər Məscidi İdarəsi yaradılacaq

Eldar Əzizovun tabeliyində Heydər Məscidi İdarəsi yaradılacaq

Bakı Şəhər İcra Hakimiyyətinin strukturu təkmilləşdirilir - FƏRMAN

Bakı Şəhər İcra Hakimiyyətinin strukturu təkmilləşdirilir - FƏRMAN

Almaniyalı futbolçu “Karvan-Yevlax”dan ayrıldı

Almaniyalı futbolçu “Karvan-Yevlax”dan ayrıldı

Vətəndaşların qəbula yazılması və müraciətlərinə cavab qaydası DƏYİŞDİ

Vətəndaşların qəbula yazılması və müraciətlərinə cavab qaydası DƏYİŞDİ

Elektron müraciətlərlə bağlı dəyişikliklər qüvvəyə minir - FƏRMAN

Elektron müraciətlərlə bağlı dəyişikliklər qüvvəyə minir - FƏRMAN

End of content

No more pages to load

RADİO