Ən böyük gənclər festivalı “Yay Fest”in 2-ci düşərgəsi başlayıb - FOTO

Azərbaycanın ən böyük və gözlənilən gənclər festivalı "Yay Fest" uğurla davam edir. Bu il də daha fərqli və daha əyləncəli formatda yenidən başlayan festivalın 2-ci düşərgəsi artıq öz işinə başlayıb. Çadır tipli düşərgə formatında keçirilən möhtəşəm tədbir Gənclər Fondunun dəstəyi, "IDEA" İctimai Birliyi, COP29 Sədrliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, "CAVAN" Gənclər Hərəkatı İctimai Birliyi və "Gənc Könüllülər" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Şamaxıda keçirilir.

Gənclər Fondundan Bizim.Media-ya bildirilib ki, "Yay Fest"in keçirilməsində əsas məqsəd, dövlət gənclər siyasətinə uyğun olaraq, onlar üçün müxtəlif sahələrdə yaradılan geniş imkanların təşviqi, inkişaf və asudə vaxtın səmərəli və əyləncəli keçirilməsi, həmçinin müxtəlif bölgələrdən olan gənclərin şəbəkələşməsi və sosiallaşmasına dəstək verməkdir.

Xüsusi vurğulayaq ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən Azərbaycanda 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunmasının və COP29 kimi mötəbər tədbirə ölkəmizin ev sahibliyi etməsinin vacibliyini nəzərə alaraq, builki düşərgədə seçilən mövzular ekologiya, ətraf mühitin mühafizəsi və COP29-a həsr olunub.

Məlumat üçün bildirək ki, iyulun 15-dən etibarən başlayan "Birlikdə daha yaşıl gələcəyə!" şüarı altında keçirilən "Yay Fest"in builki ilk düşərgəsi uğurla yekunlaşıb.
Ötən həftə baş tutan bu düşərgə gənclər üçün unudulmaz, əyləncəli, yaddaqalan və öyrədici olub. Proqramda gənclərin vətənpərvər ruhda tərbiyə olunması və onların inkişafına dəstək verən fəaliyyətlər xüsusi önəm daşıyıb.

Düşərgə çərçivəsində "IDEA" İctimai Birliyi tərəfindən keçirilən təlimlər və interaktiv fəaliyyətlər gənclərin ekoloji maariflənməsini artırmaqla yanaşı, onların ətraf-mühitə məsuliyyətli yanaşmasını təşviq edib.

Eyni zamanda, COP29 Azərbaycan Əməliyyat Şirkətinin ekspertləri tərəfindən dayanıqlılıq, ətraf mühitin mühafizəsi, iqlim dəyişmələrinin təsirlərinin azaldılması kimi müxtəlif mövzularda intensiv təlimlər təşkil olunub. 

Təbiət qoynunda təşkil olunan ekoloji oyunlar, komanda işləri, hayking və əyləncəli fəaliyyətlər gənclərə həm maraqlı, həm də öyrədici təcrübə yaşadıb. Həmçinin, düşərgə iştirakçıları müxtəlif bölgələrdən olan yaşıdları ilə tanış olub, yeni dostluqlar quraraq şəbəkələşmənin və sosiallaşmanın vacibliyini bir daha anlayıblar. Gənclər üçün hazırlanmış maraqlı və dinamik proqram, onların həm asudə vaxtını səmərəli keçirməsinə, həm də şəxsi və peşəkar inkişafına töhfə verib.

Qeyd edək ki, minlərlə gəncin iştirak edəcəyi "Yay Fest", gənclər üçün enerjili və dinamik bir mühit yaratmaq üçün geniş əyləncə və öyrənmə imkanları ilə zəngindir. 2019-cu ildən bəri təşkil olunan festival, 2 ay boyunca davam edəcək və müxtəlif mövzuları əhatə edən silsilə düşərgələrdən ibarət olacaq.

Ötən illərdə olduğu kimi, bu il də tematik mövzulara uyğun 8 ardıcıl düşərgənin keçirilməsi planlaşdırılır. Bu festivalda ümumilikdə 2000-dən çox gəncin iştirakı nəzərdə tutulub və düşərgə iştirakçıları üçün bütün zəruri şərait təşkilatçılar tərəfindən yaradılıb.
"Yay Fest"in bütün yeniliklərindən xəbərdar olmaq və maraqlı, dinamik proqramlarla zəngin olan bu möhtəşəm tədbirdə iştirak şansı əldə etmək üçün festivalın instaqram səhifəsini izləyin. Festivalın unudulmaz anlarını yaşamaq və növbəti düşərgələrin bir parçası olmaq üçün “Yay Fest”ə qoşulun və əyləncəli yay təcrübəsindən yararlanın!


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əhalinin NƏZƏRİNƏ - Bəzi ərazilərdə işıq olmayacaq

Əhalinin NƏZƏRİNƏ - Bəzi ərazilərdə işıq olmayacaq

İran ABŞ qırıcılarını məhv etdi – VİDEO

İran ABŞ qırıcılarını məhv etdi – VİDEO

Tanınmış aktrisa VƏFAT ETDİ

Tanınmış aktrisa VƏFAT ETDİ

"Bitcoin"in SON qiyməti

"Bitcoin"in SON qiyməti

İrandan ABŞ-ın hücumlarına CAVAB – Dörd ölkəyə zərbələr endirildi – VİDEO

İrandan ABŞ-ın hücumlarına CAVAB – Dörd ölkəyə zərbələr endirildi – VİDEO

Sel 77 xırdabuynuzlu heyvanı tələf etdi – VİDEO

Sel 77 xırdabuynuzlu heyvanı tələf etdi – VİDEO

Diqqətlər okeanın O TAYINDA - Dünya çempionatı start götürür

Diqqətlər okeanın O TAYINDA - Dünya çempionatı start götürür

İran səmasında "od yağışı" - ABŞ-ın əməliyyatları genişlənir – VİDEO

İran səmasında "od yağışı" - ABŞ-ın əməliyyatları genişlənir – VİDEO

BİZİM TƏQVİM:11 iyunda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:11 iyunda baş vermiş tarixi hadisələr

Livanda ölənlərin siyahısına daha 30 nəfər əlavə olundu

Livanda ölənlərin siyahısına daha 30 nəfər əlavə olundu

Bu 4 BÜRCÜ var-dövlət gözləyir

Bu 4 BÜRCÜ var-dövlət gözləyir

Bakıdakı bu universitetlərin diplomları xaricdə üstünlük yaradır — AÇIQLAMA

Bakıdakı bu universitetlərin diplomları xaricdə üstünlük yaradır — AÇIQLAMA

Azərbaycanda kitabxanalar bağlanır? - VİDEO

Azərbaycanda kitabxanalar bağlanır? - VİDEO

Dünyanın ən təhlükəsiz 10 ölkəsi - SİYAHI

Dünyanın ən təhlükəsiz 10 ölkəsi - SİYAHI

Bəzi ərazilərdə qaz olmayacaq

Bəzi ərazilərdə qaz olmayacaq

Vuçiç Serbiya prezidenti postundan GEDİR

Vuçiç Serbiya prezidenti postundan GEDİR

Trampdan Hörmüz boğazına nəzarətlə bağlı AÇIQLAMA

Trampdan Hörmüz boğazına nəzarətlə bağlı AÇIQLAMA

Suyu bu halda içmək mədə-bağırsağın DÜŞMƏNİDİR

Suyu bu halda içmək mədə-bağırsağın DÜŞMƏNİDİR

Konor Makqreqor: Miqrantların İrlandiyaya girişi qadağan olunsun

Konor Makqreqor: Miqrantların İrlandiyaya girişi qadağan olunsun

Avstraliyada minlərlə vəhşi at odlu silahla məhv ediləcək

Avstraliyada minlərlə vəhşi at odlu silahla məhv ediləcək

Gəncədə kütləvi DAVA: xəsarət alanlar var

Gəncədə kütləvi DAVA: xəsarət alanlar var

Azərbaycanda ən çirkli ərazilərin adı AÇIQLANDI

Azərbaycanda ən çirkli ərazilərin adı AÇIQLANDI

Gədəbəyə güclü dolu düşdü

Gədəbəyə güclü dolu düşdü

Araz Nəsirov vəzifəsindən AZAD OLUNDU

Araz Nəsirov vəzifəsindən AZAD OLUNDU

End of content

No more pages to load

RADİO