BİZİM TƏQVİM:11 iyunda baş vermiş tarixi hadisələr

2007-ci ilin bu günündə Azərbaycan Respublikasının Prezidenti Qobustan Dövlət Tarixi-Bədii Qoruğu ərazisində yerləşən tarixi və mədəni sərvətlərin qorunması haqqında Sərəncam imzalayıb. Bu tarixi sənəd qoruq ərazisindəki milli sərvətlər xəzinəsinin qorunması və gələcək nəsillərə çatdırılması, eləcə də Azərbaycanın qədim mədəni irsinin geniş miqyasda təbliğ olunması məqsədi ilə imzalanıb.

Bəs, iyunun 11-də dünyada daha hansı mühüm hadisələr baş verib?

1. 11 iyun 1868-ci ildə Türkiyənin Qızıl Aypara təşkilatı – "Osmanlı yaralı və xəstə əsgərlərə yardım cəmiyyəti" adı ilə bir qrup könüllü həkimin səyi ilə döyüşdə yaralanan əsgərlərə ayrı-seçkilik etmədən kömək məqsədiylə quruldu. Sonradan Mustafa Kamal Atatürk təşkilata Türk Kızılayı adını verdi.

2. 11 iyun 1937-ci ildə Türkiyənin dövlət başçısı Atatürk Trabzonda etdiyi çıxışında bütün ferma və malların xalqa bağışlandığını elan etdi.

3. 1948-ci il 11 iyunda Amerika Birləşmiş Ştatları başqa ölkələrin işlərinə daxilolmama ilə bağlı 125 illik “Monro doktrinası"ndan imtina edərək dünya siyasətinə aktiv qoşulma qərarı aldı.
 

Amerika Konqresi "Vandenberq siyasəti" adı verilən yeni doktrina ilə ABŞ prezidentinə regional və qlobal müqavilələrə müdaxilə səlahiyyəti verdi. İkinci Dünya Müharibəsindən sonra Sovet İttifaqının yayılma siyasətinə mane olmağı hədəfə alan bu qərar NATO-nun qurulmasına gedən yolu açdı.


4. 2004-cü ilin 11 iyununda Elvan Abeylegesse “Qoldan League” yarışmasında Norveçin Bergen şəhərində qaçdığı 5000 metrlik marafonda 14:24.68 dərəcəsiylə 7 ildir dəyişməyən 5000 metrlik dünya rekordunu qıran ilk türk atleti oldu.

11 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Dünyanın ən böyük fatehlərindən biri, Şərqdə daha çox İsgəndər Zülqerneyn kimi tanınan Makedoniyalı İsgəndər eramızdan əvvəl 323-cü ilin bu günlərində 33 yaşında Babil şəhərində vəfat edib. E.ə. 336-cı ildə hakimiyyətə gələn İsgəndər 334-cü ildə Əhəmənilər sülaləsindən olan III Daraya qarşı müharibəyə başlayıb və Aralıq dənizindən – Balkanlardan, Misir və Hindistanadək böyük bir ərazini ələ keçirib. Bundan sonra vətənə qayıdarkən Babilistanda xəstəliyə tutulub və dünyadan köçüb (e.ə.356 - e.ə.323).

2. Alman bəstəkarı Rixard Ştraus 1864-cü ilin bu günü anadan olub (1864-1949).

3. 11 iyun 1896-cı ildə Azərbaycanın maarif xadimi, Əməkdar Müəllim Qəribsoltan Məlikovanın doğum günüdür (1896-1967). Həsən bəy Zərdabinin qızı olan Qəribsoltan Məlikova Tiflisdə rus gimnaziyasında təhsil alıb və uzun müddət kimsəsiz uşaqlar üçün internat məktəbində dərs deyib.

4. 11 iyun 1892-ci ildə  Xalq artisti, opera müğənnisi Aleksandr Drozdov (1892 – 15.6.1968) Omskda (Rusiya) anadan olub. 1935-ci ildən Azərbaycan Opera və Balet Teatrında çalışıb. Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib.

5. 11 iyun Cənubi Azərbaycan inqilabi hərəkatının görkəmli xadimi, Azərbaycan Demokrat Firqəsinin yaradıcısı, publisist Seyid Cəfər Pişəvərinin xatirə günüdür. 1892-ci ildə Cənubi Azərbaycanın Xalxal vilayətində dünyaya gələn Seyid Cəfər 13 yaşında (1905) ailəsi ilə Bakıya köçüb, sonralar Xırdalanda müəllimlik edib. 1920-ci ilin may ayında İrana qayıdan Pişəvəri orada Gilan Respublikası Müvəqqəti Hökumətinin xarici işlər komissarı olub.
 

İsfahanda fəhlə tətillərinə başçılıq edib, 1930-cu ildə həbsə alınaraq “Qəsri-Qacar” zindanına salınıb. 1945-ci ildə Azərbaycan Demokrat Firqəsini yaradan Seyid Cəfər onun Mərkəzi Komitəsinin sədri seçilib. Cənubi Azərbaycanda Milli Azadlıq Hərəkatının qələbəsindən sonra Təbrizdə hökuməti qurub və baş nazir təyin edilib. Hərəkatın süqutundan sonra yenidən Bakıya qayıdan Seyid Cəfər Pişəvəri 1947-ci ilin bu günü Bakıda müəmmalı şəkildə həlak olub (1892-1947).


6. Osmanlı dövründə 31 Mart Üsyanını basdıran Hərəkat Ordusunun komandiri, sədrəzəm (vəzir) və hərbi nazir Mahmud Şevket Paşa 1913-cü ilin 11 iyununda sui-qəsd nəticəsində öldürüldü.

7. Azərbaycanın görkəmli səhnə xadimi Hökumə Qurbanova 1913-cü il iyunun 11-də Bakıda dünyaya gəlib. Dram teatrının xüsusi səs tembrinə malik nəhəng aktrisası Azərbaycan və dünya dramaturqlarının səhnə əsərlərində onlarca yaddaqalan obraz yaradıb.

“Vaqif”də Xuraman, “Xoşbəxtlər”də İnci, “Səyavuş”da Südabə, “Şeyx Sənan”da Xumar, “Antonio və Kleopatra”da Kleopatra, “Qış nağılı”nda Germiona, “Hind gözəli”ndə Vasantasena obrazları onun yaradıcılığının ən gözəl nümunələridir. “Onu bağışlamaq olarmı”, “İnsan məskən salır” və digər filmlərdə də çəkilən Hökumə Qurbanova ifaçılığında lirizm və romantik vüsət səciyyəvi cəhətlər olub (1913-1988).

8. 11 iyun 1923-cü ildə Əməkdar rəssam Mahmud Tağıyev (1923–2001) Bakıda anadan olub. Sovet tikililərini təsvir edən tabloların, portret janrında (“Dədə Qorqud”, “Səməd Vurğun”) əsərlərin müəllifidir.

9. 11 iyun 2020-ci ildə Xalq artisti, xanəndə Teymur Mustafayev (10.4.1939 – 2020) vəfat edib. 1964-cü ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Aeroport şosesində dəhşətli qəza - ANBAAN GÖRÜNTÜLƏR

Aeroport şosesində dəhşətli qəza - ANBAAN GÖRÜNTÜLƏR

SEPAH: Yaxın Şərqi ABŞ üçün cəhənnəmə çevirəcəyik

SEPAH: Yaxın Şərqi ABŞ üçün cəhənnəmə çevirəcəyik

Beren Saat və Kenan Doğulu da SAXLANILDI

Beren Saat və Kenan Doğulu da SAXLANILDI

Rusiya Ermənistan balığını Türkiyə balığı ilə əvəzlədi

Rusiya Ermənistan balığını Türkiyə balığı ilə əvəzlədi

Bu qurum niyə 350 min manata siçan-siçovul alır?

Bu qurum niyə 350 min manata siçan-siçovul alır?

Bakı-Qəbələ-Bakı qatarları Ucarda da DAYANACAQ

Bakı-Qəbələ-Bakı qatarları Ucarda da DAYANACAQ

Bakıda "Qazel" motosikletlə toqquşdu – ÖLƏN VAR

Bakıda "Qazel" motosikletlə toqquşdu – ÖLƏN VAR

Özləri ilə ABŞ-a yüzlərlə kilo yemək və aşpaz heyəti apardılar

Özləri ilə ABŞ-a yüzlərlə kilo yemək və aşpaz heyəti apardılar

Xərçəngə qarşı dünyada bir ilk - Yeni peyvənd hazırlandı

Xərçəngə qarşı dünyada bir ilk - Yeni peyvənd hazırlandı

Son zamanlar geniş yayılmış qida allergiyasının səbəbləri bəlli oldu – MÜSAHİBƏ

Son zamanlar geniş yayılmış qida allergiyasının səbəbləri bəlli oldu – MÜSAHİBƏ

Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

Meksika və Braziliyadan Kuba ilə bağlı ABŞ-a ÇAĞIRIŞ

Meksika və Braziliyadan Kuba ilə bağlı ABŞ-a ÇAĞIRIŞ

Paytaxt sakinlərinin DİQQƏTİNƏ – İş qrafikləri dəyişir – FOTO

Paytaxt sakinlərinin DİQQƏTİNƏ – İş qrafikləri dəyişir – FOTO

Sərxoş kişi qonaq qaldığı evin sahibini döydü

Sərxoş kişi qonaq qaldığı evin sahibini döydü

Ronaldo və Messi internetdəki "kasıb kişi" mübahisəsinin əsas arqumentinə çevrildilər

Ronaldo və Messi internetdəki "kasıb kişi" mübahisəsinin əsas arqumentinə çevrildilər

Bu almanın yarısı qırmızı, yarısı sarı RƏNGDƏDİR – FOTO

Bu almanın yarısı qırmızı, yarısı sarı RƏNGDƏDİR – FOTO

Avro bahalaşdı, rus rublu ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rus rublu ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Zakir Həsənov Pakistana başsağlığı verdi

Zakir Həsənov Pakistana başsağlığı verdi

Qərbdə bunun yaxşı bir şey olduğunu niyə sübut etməyə çalışırlar?

Qərbdə bunun yaxşı bir şey olduğunu niyə sübut etməyə çalışırlar?

Bu ölkə adını dəyişir

Bu ölkə adını dəyişir

Dünya bazarlarında neft bahalaşır

Dünya bazarlarında neft bahalaşır

Vətəndaşlara 63 minlik dələduzluq edən şəxsə cəza verildi

Vətəndaşlara 63 minlik dələduzluq edən şəxsə cəza verildi

Restoranlarda yeni dövr başlayır: Masalarda artıq bunlar olmayacaq

Restoranlarda yeni dövr başlayır: Masalarda artıq bunlar olmayacaq

Bakıda 25 ildən artıq işləyən liftlər DƏYİŞDİRİLİR – RƏSMİ

Bakıda 25 ildən artıq işləyən liftlər DƏYİŞDİRİLİR – RƏSMİ

End of content

No more pages to load

RADİO