Kriptovalyuta bazarı həftəlik enişdən sonra yüksəlməyə başlayıb.
Bizim.Media xəbər verir ki, bazar kapitallaşması 0,82% artaraq 2,14 trilyon dollara çatıb.
Dünyanın ən böyük kriptovalyutası olan “Bitcoin"in qiyməti son 24 saatda 1,34% yüksələrək 62 323 dollara çatıb. Bununla belə, aktiv son bir həftədə 3,12% dəyər itirib.
“Ethereum”un qiyməti 0,84% artaraq 1 644 dollara yüksəlsə də, həftəlik geriləmə 9,02% təşkil edib. BNB isə son sutkada 0,95% qiymət artımı göstərib, lakin son yeddi gündə 4,3% ucuzlaşıb.
Bizim.Media