Mütləq Döyüş Çempionatının (UFC) keçmiş çempionu Konor Makqreqor üçüncü dünya ölkələrindən immiqrasiyanın qadağan edilməsinə çağırış edib.
Bizim.Media xəbər verir ki, bu barədə Makqreqor sosial media hesabında paylaşım edib.
"Üçüncü dünya ölkələrindən immiqrasiyanı dərhal qadağan edin. Onların bura gəlməsinə daha icazə vermək olmaz. Onlara yaşadıqları yerdə kömək edin", - deyə Makqreqor yazıb.
İdmançının bu çağırışına Belfastda bir miqrantın kütləvi iğtişaşlara səbəb olan silahlı hücumu zəmin yaradıb. Hadisənin qurbanı olan Stiven Oqilvi sol gözünü itirib.
Bizim.Media