SSRİ Xalq artisti, tanınmış teatr və kino aktrisası Lyudmila Çursina 84 yaşında vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə aktrisanın çalışdığı Rusiya Ordusunun Mərkəzi Akademik Teatrı məlumat yayıb.
Teatrın mətbuat xidmətindən bildirilib ki, Lyudmila Çursina iyunun 10-da dünyasını dəyişib.
“Lyudmila Çursina artıq aramızda deyil. İyulun 20-də onun yubileyini qeyd etməyə hazırlaşırdıq”, – deyə açıqlamada qeyd olunub.
Məlumata görə, aktrisa uzun sürən xəstəlikdən sonra vəfat edib. Bildirilir ki, o, xroniki obstruktiv ağciyər xəstəliyindən əziyyət çəkirdi.
Qeyd edək ki, Lyudmila Çursina sovet və rus kinosunun tanınmış simalarından biri olub. O, uzun illər teatr səhnəsində və ekranlarda uğurlu fəaliyyəti ilə seçilib.

Bizim.Media