Hansı halda alınan geyimlər 14 gün ərzində QAYTARILA BİLMƏZ?

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna görə, istehlakçılar aldıqları malı 14 gün ərzində qaytara və ya dəyişdirə bilərlər. Bəzi geyim dükanlarında bu nəzərə alınsa da, mağazaların çoxunda, ümumiyyətlə, qanunazidd olaraq “alınan mallar geri qaytarılmır və dəyişdirilmir” yazılan lövhə asılır.

İstehlakçılar müxtəlif səbəblərdən malı geri qaytararkən sahibkarlar və ya satıcıların narazılığı ilə qarşılaşırlar. Bu narazılıqlar həm də sözdə istehlakçıların hüquqlarını qoruyan mağazalarda baş verir. Onlar alınan malın, xüsusilə geyimin istifadə edildiyini, korlandığını və ya kassa qəbzinin olmadığını əsas gətirərək bundan imtina edirlər. Bütün sənədlər yanında olsa belə qanuna zidd davranaraq min bir bəhanə ilə istehlakçının hüquqlarını pozmağa cəhd edirlər. Bununla bağlı dəfələrlə şikayətlərə rast gəlinib.

Bəs qanun nə deyir? Hansı halda geyimi dəyişdirib, qaytarmaq mümkündür?
 

MÖVZU İLƏ BAĞLI:

Qlobal marka - Azərbaycan öz geyim brendini yarada bilərmi?


Mövzuyla bağlı Bizim.Media-ya danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə Bizim.Media-ya bildirib ki, qanun istehlakçıların hüquqlarını tam qorumur:

“Xüsusilə, geyim mallarının qaytarılmasında problem var. Bəzən çürümüş materialdan geyim tikirlər, istehlakçı onu bir dəfə geyinən kimi, hətta etiketi, kassa qəbzi üstündə olanda, hətta yoxlayanda cırılır. Amma onu qaytarmaq mümkün olmur. Çünki qanunda yazılıb ki, mal istifadə olunmuş olmamalıdır, etiketi üstündə olmalıdır və s.”

O hesab edir ki, qanuna dəyişiklik edilməlidir:

“Məsələn, ayaqqabını adətən fərqli mövsümdə alırıq. Amma ataların misalı var, “qışın malını yayda, yayın malını qışda al”. Camaat yayda alır, qışda ilk dəfə geyinəndə ayaqqabı sıradan çıxır. Sonra da çoxdan aldığı üçün qaytara bilmir. Bir çox ölkələrdə ayaqqabılara və digər mallara da zəmanət müddəti var. Azərbaycanda bu məsələlər yox dərəcəsindədir. 

Bir sözlə, reallıq budur ki, istehlakçı malı alan zaman çox diqqətlə baxmalıdır. Mümkün olsa, elə dükanda onu geyinməli, yoxlamalıdır. Bilməlidir ki, hətta etiketi üzərindən qoparılıbsa, artıq dəyişdirmək, qaytarmaq olmur”.

Eyyub Hüseynov qeyd edib ki, malın hardan alındığını sübut edən mütləq sənəd olmalıdır:

“İstehlakçı lazım olan sənədləri saxlamalıdır. Kassa və ya əmtəə qəbzi də ola bilər. Bütün bu hallar Azərbaycanda həll olunmamış böyük istehlakçı problemləridir ki, yaşanır.

Bəzən də istehlakçılar özləri də malı alıb, bir dəfə toya geyinib, qaytarmaq istəyirlər. Bu, yolverilməzdir. Bütün hallarda istehlakçılar 14 gün müddətində dəyişmək və qaytarmaq hüquqlarından sui-istifadə etməməlidirlər”.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əhalinin NƏZƏRİNƏ - Bəzi ərazilərdə işıq olmayacaq

Əhalinin NƏZƏRİNƏ - Bəzi ərazilərdə işıq olmayacaq

İran ABŞ qırıcılarını məhv etdi – VİDEO

İran ABŞ qırıcılarını məhv etdi – VİDEO

Tanınmış aktrisa VƏFAT ETDİ

Tanınmış aktrisa VƏFAT ETDİ

"Bitcoin"in SON qiyməti

"Bitcoin"in SON qiyməti

İrandan ABŞ-ın hücumlarına CAVAB – Dörd ölkəyə zərbələr endirildi – VİDEO

İrandan ABŞ-ın hücumlarına CAVAB – Dörd ölkəyə zərbələr endirildi – VİDEO

Sel 77 xırdabuynuzlu heyvanı tələf etdi – VİDEO

Sel 77 xırdabuynuzlu heyvanı tələf etdi – VİDEO

Diqqətlər okeanın O TAYINDA - Dünya çempionatı start götürür

Diqqətlər okeanın O TAYINDA - Dünya çempionatı start götürür

İran səmasında "od yağışı" - ABŞ-ın əməliyyatları genişlənir – VİDEO

İran səmasında "od yağışı" - ABŞ-ın əməliyyatları genişlənir – VİDEO

BİZİM TƏQVİM:11 iyunda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:11 iyunda baş vermiş tarixi hadisələr

Livanda ölənlərin siyahısına daha 30 nəfər əlavə olundu

Livanda ölənlərin siyahısına daha 30 nəfər əlavə olundu

Bu 4 BÜRCÜ var-dövlət gözləyir

Bu 4 BÜRCÜ var-dövlət gözləyir

Bakıdakı bu universitetlərin diplomları xaricdə üstünlük yaradır — AÇIQLAMA

Bakıdakı bu universitetlərin diplomları xaricdə üstünlük yaradır — AÇIQLAMA

Azərbaycanda kitabxanalar bağlanır? - VİDEO

Azərbaycanda kitabxanalar bağlanır? - VİDEO

Dünyanın ən təhlükəsiz 10 ölkəsi - SİYAHI

Dünyanın ən təhlükəsiz 10 ölkəsi - SİYAHI

Bəzi ərazilərdə qaz olmayacaq

Bəzi ərazilərdə qaz olmayacaq

Vuçiç Serbiya prezidenti postundan GEDİR

Vuçiç Serbiya prezidenti postundan GEDİR

Trampdan Hörmüz boğazına nəzarətlə bağlı AÇIQLAMA

Trampdan Hörmüz boğazına nəzarətlə bağlı AÇIQLAMA

Suyu bu halda içmək mədə-bağırsağın DÜŞMƏNİDİR

Suyu bu halda içmək mədə-bağırsağın DÜŞMƏNİDİR

Konor Makqreqor: Miqrantların İrlandiyaya girişi qadağan olunsun

Konor Makqreqor: Miqrantların İrlandiyaya girişi qadağan olunsun

Avstraliyada minlərlə vəhşi at odlu silahla məhv ediləcək

Avstraliyada minlərlə vəhşi at odlu silahla məhv ediləcək

Gəncədə kütləvi DAVA: xəsarət alanlar var

Gəncədə kütləvi DAVA: xəsarət alanlar var

Azərbaycanda ən çirkli ərazilərin adı AÇIQLANDI

Azərbaycanda ən çirkli ərazilərin adı AÇIQLANDI

Gədəbəyə güclü dolu düşdü

Gədəbəyə güclü dolu düşdü

Araz Nəsirov vəzifəsindən AZAD OLUNDU

Araz Nəsirov vəzifəsindən AZAD OLUNDU

End of content

No more pages to load

RADİO