II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək – BU TARİXDƏ

Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 7-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək. 

Bu barədə Bizim.Media-ya DİM-dən məlumat verilib. 

Bildirilib ki, həmin gün I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə imtahan da keçiriləcək. 

İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq. 

İştirakçılar iyunun 30-dan etibarən Dövlət İmtahan Mərkəzinin saytından "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilirlər. 

“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub. 

Abituriyentlərin bir daha nəzərinə çatdırırıq ki, imtahan saat 10:00-da başlanır. 

İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar. 

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur. 

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: 

- İmtahana buraxılış vərəqəsi; 

- Şəxsiyyəti təsdiq edən sənədin əsli. 

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini; 

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; 

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). 

İmtahan keçirilən şəhər və rayonlarda, ümumilikdə 195 imtahan binası, 3559 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 195 ümumi imtahan rəhbəri, 587 imtahan rəhbəri, 4454 nəzarətçi, 639 buraxılış rejimi əməkdaşı, 195 bina nümayəndəsi cəlb olunub. 

İmtahanda II ixtisas qrupu üzrə 17431 ,III ixtisas qrupu üzrə 21193, I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə imtahanda isə 8896 nəfər olmaqla, ümumilikdə 47520 abituriyentin iştirakı nəzərdə tutulur. 

İmtahanda 85 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyentlər də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib. 

Hazırda qeyd olunan şəhər və rayonlarda imtahanlarda iştirak edəcək digər nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilir, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə iyulun 6-da təkrar baxış keçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək. 

İmtahanların gedişini işıqlandırmaq üçün 30 KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp Ukrayna ilə dron sazişi bağlayacaq?

Tramp Ukrayna ilə dron sazişi bağlayacaq?

DÇ-2026: Almaniya - Kurasao oyunu start götürdü

DÇ-2026: Almaniya - Kurasao oyunu start götürdü

Ukrayna Aİ-yə üzvlük üçün zəruri olan islahatların cəmi 15%-ni icra edib

Ukrayna Aİ-yə üzvlük üçün zəruri olan islahatların cəmi 15%-ni icra edib

Tramp Netanyahunu kəskin tənqid etdi: "Niyə bu addımı atırsan?" - VİDEO

Tramp Netanyahunu kəskin tənqid etdi: "Niyə bu addımı atırsan?" - VİDEO

Uşakov Putinin Trampla danışığının təfərrüatlarını açıqladı

Uşakov Putinin Trampla danışığının təfərrüatlarını açıqladı

Avropa Parlamenti nüfuzunu itirir - Ömər Çelik

Avropa Parlamenti nüfuzunu itirir - Ömər Çelik

Putin də Trampa zəng etdi

Putin də Trampa zəng etdi

Xankəndi Mədəniyyət Mərkəzində ilk konsert oldu - FOTO

Xankəndi Mədəniyyət Mərkəzində ilk konsert oldu - FOTO

Zooparkda maraqlı anlar: Qunduzlar kəpənək ovuna çıxdılar - VİDEO

Zooparkda maraqlı anlar: Qunduzlar kəpənək ovuna çıxdılar - VİDEO

Hemilton "Ferrari" ilə "Formula-1"də ilk Qran-prisini qazandı

Hemilton "Ferrari" ilə "Formula-1"də ilk Qran-prisini qazandı

İranda təqaüdçülər etiraza qalxdılar

İranda təqaüdçülər etiraza qalxdılar

Ukrayna və İran ətrafındakı müharibələr ABŞ və Rusiyanın nüfuzunu sarsıdır

Ukrayna və İran ətrafındakı müharibələr ABŞ və Rusiyanın nüfuzunu sarsıdır

Yaroslavlda PUA hücumunun fəsadları: Su hövzələrini neft təbəqəsi bürüdü - VİDEO

Yaroslavlda PUA hücumunun fəsadları: Su hövzələrini neft təbəqəsi bürüdü - VİDEO

Binə qəsəbəsində yanğın oldu

Binə qəsəbəsində yanğın oldu

Zelenskidən Trampa AD GÜNÜ TƏBRİKİ

Zelenskidən Trampa AD GÜNÜ TƏBRİKİ

Tramp İsrailin Beyruta zərbəsini pislədi: "Razılaşmanın əldə olunma ərəfəsində bu, yolverilməzdir"

Tramp İsrailin Beyruta zərbəsini pislədi: "Razılaşmanın əldə olunma ərəfəsində bu, yolverilməzdir"

Prezidentin köməkçisi Dilicanda - VİDEO

Prezidentin köməkçisi Dilicanda - VİDEO

Ağ Evin Cənub qazonunda şou: Tramp 80 illik yubileyini UFC döyüşləri ilə qeyd edir - VİDEO

Ağ Evin Cənub qazonunda şou: Tramp 80 illik yubileyini UFC döyüşləri ilə qeyd edir - VİDEO

Rusiya Qara Dəniz Donanmasının komandanlığı Krımı tərk etməyə hazırlaşır

Rusiya Qara Dəniz Donanmasının komandanlığı Krımı tərk etməyə hazırlaşır

Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarıldı - FOTO

Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarıldı - FOTO

İrəvanda gərginlik: MSK rəsmi nəticələri elan etdi, müxalifət binanın qarşısına toplandı - VİDEO

İrəvanda gərginlik: MSK rəsmi nəticələri elan etdi, müxalifət binanın qarşısına toplandı - VİDEO

Polşada dəhşətli hadisə: Həkimin həyətyanı sahəsindən 32 uşaq qalığı tapıldı - FOTO

Polşada dəhşətli hadisə: Həkimin həyətyanı sahəsindən 32 uşaq qalığı tapıldı - FOTO

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəldi

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəldi

İsrail Xarici İşlər Nazirliyi: "Qalibaf yalan danışır"

İsrail Xarici İşlər Nazirliyi: "Qalibaf yalan danışır"

End of content

No more pages to load

RADİO