İsrail Xarici İşlər Nazirliyi İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın bəyanatına cavab olaraq "X" hesabında yazıb: "İslam Respublikası "həmişəki kimi yalan danışır".
Bizim.Media xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyi bu paylaşımda İsrailin öz ərazisinə atəş açılmasına dözməyəcəyini xatırladaraq qeyd edib ki, Hizbullah bazar günü səhər saatlarında "heç bir ilkin təxribat olmadan" növbəti dəfə İsrailə hücum edib.
Bildirilir ki, Hizbullah mütəmadi olaraq İsrail mülki şəxslərini hədəf alır və hətta atəşkəs əldə olunduqdan sonra belə İsrailə qarşı hücumlarını dayandırmayıb.
Bundan öncə Qalibaf "X" platformasında yazıb:
"İsrailin Dahiyaya hücumu "bir daha göstərdi ki, ABŞ-nin öz öhdəliklərini yerinə yetirməyə ya iradəsi yoxdur, ya da gücü.
Rejimə yaşıl işıq yandırmaqla imtiyaz qazana bilməzsiniz. “Pis polis və yaxşı polis” oyunu artıq köhnəlib. Əgər öhdəliklərinizi yerinə yetirmək iradəniz və gücünüz yoxdursa, yolu davam etdirməkdən danışmaq mümkün deyil".
Bizim.Media