Bakının Xəzər rayonu, Binə qəsəbəsində açıq ərazidə yanğın baş verib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində qamışlıq sahədə baş verən alovun genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində açıq ərazidə 700 kvadratmetr sahədə qamışlıq və kol-kos yanıb. Ətraf ərazilər və kommunikasiya xətləri yanğından mühafizə olunub.
Bizim.Media