Sosial şəbəkələrdə izlənmə rekordu qıran və izləyənlərə xoş əhval-ruhiyyə bəxş edən növbəti maraqlı video ABŞ-ın Florida ştatındakı zooparkların birində qeydə alınıb. Görüntülərdə bir qrup su qunduzunun (samurlar) səmada uçan tək bir kəpənəyi tutmaq üçün etdiyi sevimli cəhdlər əks olunub.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, kəpənəyin görünməsi qunduzlar üçün əsl "xüsusi əməliyyata" və günün əsas əyləncəsinə çevrilib.
İslanmış və olduqca həvəsli görünən sevimli heyvanlar kəpənəyin hərəkətlərini heyranlıqla izləyərək başlarını eyni anda göyə qaldırıblar.
Onlar qısa ayaqları ilə o tərəf-bu tərəfə qaçışaraq, bəzən surikatlar kimi arxa ayaqları üstə dayanıblar və ön pəncələri ilə havanı qarmaqlamağa çalışıblar.
Sosial şəbəkə istifadəçiləri tərəfindən böyük maraqla qarşılanan bu görüntülər qısa müddətdə minlərlə şərh və bəyənmə toplayıb. İzləyicilər heyvanların bu hərəkətlərini "günün ən pozitiv videosu" adlandırıblar.
Bizim.Media