COP29 Məlumat Mərkəzi ziyarətçilərin istifadəsinə verildi - FOTO

Bu il noyabrın 11-22-də Bakıda keçiriləcək COP29 qlobal iqlim konfransına hazırlığın önəmli istiqamətlərindən biri də bu sahədə əhalinin ekoloji maarifləndirilməsidir. İctimaiyyətin bu mötəbər iqlim konfransından gözləntilərinin, eləcə də iqlim dəyişmələrinin təsirləri kimi müxtəlif önəmli mövzularda məlumatların əlçatanlığının təmin edilməsi məqsədilə COP29 Məlumat Mərkəzi yaradılıb.

Bizim.Media xəbər verir ki, iyunun 27-də Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə Bakı bulvarında keçirilən açılış mərasimində COP29-un müəyyən edilmiş prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər nazirliyi Muxtar Babayev, COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri Xanlar Ağalarov, eləcə də ölkəmizdə səfərdə olan BMT Baş katibinin müavini və Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen iştirak ediblər.

Tədbirdə Mərkəzin nümayəndələri tərəfindən rəsmilərə Mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verilib, fərqli tematik zonalarda təşkil olunan müxtəlif rəqəmsal resurslar, eləcə də iqlim dəyişmələrinin təsirləri və bu təsirlərin yumşaldılmasının əhəmiyyətini göstərən interaktiv instalyasiyalar nümayiş etdirilib.
Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində COP29 Sədrliyi tərəfindən təşkil olunan Məlumat Mərkəzi vətəndaşlar arasında dayanıqlı vərdişlərin və nümunəvi davranışların inkişafına xidmət edəcək. Belə ki, Mərkəz konfransın məqsəd və hədəfləri, iqlim dəyişmələri ilə qlobal mübarizədə kollektiv fəaliyyətin əhəmiyyəti haqqında məlumatların əlçatanlığını və ekoloji biliklərin artırılmasını təmin edəcək. İnnovativ yanaşması ilə seçilən Mərkəzin məqsədi gündəlik dayanıqlı davranışları və həyat tərzini fəal şəkildə təşviq etməkdir.

Qeyd edək ki, Məlumat Mərkəzinin müxtəlif tematik zonaları ziyarətçilərə iqlim dəyişmələri və COP29 konfransı haqqında interaktiv və maraqlı təcrübə keçmək üçün yaradılıb. Belə ki, COP tarixi zonasında qonaqlar həmin mühüm konfransın xronoloji və coğrafi tarixçəsi ilə tanış ola, virtual səyahət zonasında VR eynəkləri vasitəsilə nadir immersiv iqlim səyahətinə çıxaraq dünyanın istənilən nöqtəsində landşaft və iqlim şəraitini izləyə bilərlər.

Ziyarətçilər xüsusi elektron platforma vasitəsilə elə buradaca ianə edərək ağac əkmək imkanından yararlana, karbon kalkulyatoru vasitəsilə isə gündəlik həyat tərzi nəticəsində əmələ gələn karbon ayaq izlərini ölçə və həmin nəticələrin minimallaşdırılması üçün atılmalı addımlara dair tövsiyələr əldə edə bilərlər.

Bununla yanaşı, növbəti aylarda həftəsonu günlərində Məlumat Mərkəzində müxtəlif idman, incəsənət və maarifləndirmə tədbirləri, həmçinin digər fəaliyyətlər təşkil ediləcək.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Acun Ilıcalı Rəcəb Tayyib Ərdoğana hədiyyə verdi - FOTO

Acun Ilıcalı Rəcəb Tayyib Ərdoğana hədiyyə verdi - FOTO

“Son zəng”lə bağlı MARAQLI AÇIQLAMA - “Qaqa” mahnıları, kriminal, bayağı...”

“Son zəng”lə bağlı MARAQLI AÇIQLAMA - “Qaqa” mahnıları, kriminal, bayağı...”

BDU-nu maksimal nəticə ilə bitirən MƏZUNLARIN ADI

BDU-nu maksimal nəticə ilə bitirən MƏZUNLARIN ADI

Aparıcı Çinarə ana oldu - VİDEO

Aparıcı Çinarə ana oldu - VİDEO

Bakı və Bratislava arasında çoxşaxəli strateji tərəfdaşlıq genişlənir — Rəsmi görüşdən detallar

Bakı və Bratislava arasında çoxşaxəli strateji tərəfdaşlıq genişlənir — Rəsmi görüşdən detallar

Bu əlaməti görsəniz, çiyələk almayın - RİSKLƏR

Bu əlaməti görsəniz, çiyələk almayın - RİSKLƏR

"Hansı ixtiyarla xalqımın qarşısına bu geyimdə çıxırsan?"

"Hansı ixtiyarla xalqımın qarşısına bu geyimdə çıxırsan?"

MEDİA-dan Fransanın qarayaxma kampaniyasına sərt BƏYANAT - FOTO

MEDİA-dan Fransanın qarayaxma kampaniyasına sərt BƏYANAT - FOTO

Britaniya SEPAH-ı terror təşkilatı kimi tanıya bilər

Britaniya SEPAH-ı terror təşkilatı kimi tanıya bilər

Göyçayda güclü zəlzələ anı kamerada - VİDEO

Göyçayda güclü zəlzələ anı kamerada - VİDEO

AZAL-ın Naxçıvana uçan təyyarələri GERİ QAYITDI

AZAL-ın Naxçıvana uçan təyyarələri GERİ QAYITDI

Sərdar Ortaçın səhhəti ağırlaşdı

Sərdar Ortaçın səhhəti ağırlaşdı

Azərbaycan millisi finala vəsiqə qazandı - FOTO

Azərbaycan millisi finala vəsiqə qazandı - FOTO

XİN: 23 Azərbaycan vətəndaşı Suriyadan ölkəyə qaytarıldı

XİN: 23 Azərbaycan vətəndaşı Suriyadan ölkəyə qaytarıldı

Makronun uğursuzluqlar ZƏNCİRİ – Nə xalqı hörmət edir, nə də arvadı

Makronun uğursuzluqlar ZƏNCİRİ – Nə xalqı hörmət edir, nə də arvadı

Qəbələ, Ağstafa və Balakən istiqamətində qatarla gedənlər üçün ŞAD XƏBƏR

Qəbələ, Ağstafa və Balakən istiqamətində qatarla gedənlər üçün ŞAD XƏBƏR

İlqar Hacıyevə yüksək vəzifə verildi

İlqar Hacıyevə yüksək vəzifə verildi

Şahbaz Şərif: "Sülh heç vaxt indiki qədər yaxın olmamışdı"

Şahbaz Şərif: "Sülh heç vaxt indiki qədər yaxın olmamışdı"

"Qızımın bloger və ya aparıcı olmasını istəyirəm"

"Qızımın bloger və ya aparıcı olmasını istəyirəm"

Bakı Dövlət Universiteti ilə vidalaşacaq məzunların sayı AÇIQLANDI

Bakı Dövlət Universiteti ilə vidalaşacaq məzunların sayı AÇIQLANDI

Həftəsonu maqnit qasırğası OLACAQ

Həftəsonu maqnit qasırğası OLACAQ

DÇ-2026: Neymar qrup mərhələsinin oyunlarını buraxa bilər

DÇ-2026: Neymar qrup mərhələsinin oyunlarını buraxa bilər

Sarayda velosiped sürən uşağa İTLƏR HÜCUM ETDİ

Sarayda velosiped sürən uşağa İTLƏR HÜCUM ETDİ

Qusarın kəndində bayram əhval-ruhiyyəsi: sakinlərin su problemi həll olundu - FOTO

Qusarın kəndində bayram əhval-ruhiyyəsi: sakinlərin su problemi həll olundu - FOTO

End of content

No more pages to load

RADİO