Qusarın kəndində bayram əhval-ruhiyyəsi: sakinlərin su problemi həll olundu - FOTO

Azərbaycan Respublikasında həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən birini əhalinin sosial müdafiəsinin gücləndirilməsi və rifah səviyyəsinin yüksəldilməsi təşkil edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların tarazlı və dayanıqlı inkişafının təmin edilməsi məqsədilə ölkənin bütün bölgələrində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Bu siyasətin tərkib hissəsi olaraq son illərdə Qusar rayonu da daxil olmaqla respublikanın bütün bölgələrində sosial infrastrukturun yenilənməsi, kommunal xidmətlərin keyfiyyətinin artırılması və əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində genişmiqyaslı layihələr icra olunur.

Yaşayış məntəqələrinin təbii qaz və elektrik enerjisi ilə təminatı, müasir standartlara cavab verən içməli su sistemlərinin qurulması, yol-nəqliyyat infrastrukturunun yenidən qurulması bu istiqamətdə aparılan işlərin əsas tərkib hissəsidir.

Bizim.Media xəbər verir ki, iyunun 12-də Rayon İcra Hakimiyyətinin təşəbbüsü, BP şirkətinin və “İSFA” MMC-nin maliyyə dəstəyi ilə Qusar rayonunun Avaran kəndində yaradılmış müasir içməli su təchizatı infrastrukturunun ikinci mərhələsinin açılış mərasimi keçirilib. Əvvəlcə Avaran kəndində şəhidlərin xatirə lövhəsi önünə gül dəstələri düzülərək əziz xatirələri ehtiramla yad edilib.
 

Mərasimdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, RİH Başçısı Aparatının məsul şəxsləri, Regional Su Meliorasiya Xidməti Publik Hüquqi Şəxsin İdarə Heyəti sədrinin müşaviri Ramin Sadıqov, rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə və müəssisələrin rəhbərləri, “İSFA” MMC və BP şirkətinin rəhbər şəxsləri (nümayəndələri )və kənd sakinləri iştirak ediblər.


Açılış mərasimində çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov kənd sakinlərini əlamətdar gün münasibətilə təbrik edib, layihənin reallaşmasında əməyi olan bütün qurumlara və şəxslərə təşəkkürünü bildirib. İcra başçısı qeyd edib ki, ölkəmizdə vətəndaşların sosial rifahının yüksəldilməsi dövlət siyasətinin mərkəzində dayanır.

Əhalinin fasiləsiz və keyfiyyətli içməli su, təbii qaz və enerji təminatı bu siyasətin prioritet istiqamətlərindəndir. Rayon rəhbəri vurğulayıb ki, Avaran kəndinin içməli su təchizatı layihəsinin ikinci mərhələsinin açılış mərasiminin 15 İyun – Milli Qurtuluş Günü ərəfəsinə təsadüf etməsi tədbirə xüsusi rəmzi məna qazandırır.

Regional Su Meliorasiya Xidməti Publik Hüquqi Şəxsin İdarə Heyəti sədrinin müşaviri Ramin Sadıqov çıxışında ölkəmizdə su təsərrüfatı sahəsində həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərinə toxunaraq bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə respublikanın bütün regionlarında əhalinin keyfiyyətli kommunal xidmətlərlə təmin olunması istiqamətində ardıcıl işlər aparılır.

Ramin Sadıqov qeyd edib ki, Qusar rayonunun Avaran kəndində icra olunan layihə də bu siyasətin tərkib hissəsidir. Dövlət-özəl əməkdaşlığının uğurlu nümunəsi olan layihənin müasir standartlara uyğun icra edilməsi kənd sakinlərinin uzunmüddətli və dayanıqlı şəkildə təmiz içməli su ilə təminatına xidmət edir.
 

Tədbirdə çıxış edən kənd sakinləri – şəhid anası Yeganə Pirseyidova və Nazilə Kələntərova uzun illər ərzində içməli su təchizatı ilə bağlı yaşadıqları çətinliklərin aradan qaldırıldığını bildiriblər. Onlar göstərilən diqqət və qayğıya görə dövlət başçısına, layihənin həyata keçirilməsində təşəbbüsünə görə rayon rəhbərliyinə, layihənin maliyyə dəstəkçisi BP şirkətinə və icraçı təşkilat olan “İSFA”  MMC-nin rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.


Daha sonra “İSFA” MMC-nin rəhbəri Samir Xeyirbəyov layihənin icrası zamanı görülən işlər barədə ətraflı məlumat verib. Qeyd edilib ki, layihənin birinci mərhələsi çərçivəsində Cağar-Cibir su kanalından Avaran kəndinə 1,4 km uzunluğunda magistral su xətti çəkilib. 10 250 m³ həcmində su anbarı və 2000 m³ həcmində lil çökdürmə hovuzu inşa edilib, hovuzun daxili səthinə müasir membran örtük döşənib.

Həmçinin nasos stansiyası və su təmizləyici filter məntəqəsi tikilib, üçmərhələli təmizləmə sistemi quraşdırılıb. Birinci mərhələdə 18 km uzunluğunda su xətləri çəkilərək 125 abonentin su təchizatı təmin edilib. İkinci mərhələdə isə 32 km uzunluğunda yeraltı plastik su xətləri çəkilib, 259 evə su xətləri çəkilərək müasir tipli sayğaclar quraşdırılıb. Beləliklə, layihənin hər iki mərhələsinin yekununda Avaran kəndində mövcud olan 384 evin hamısı mərkəzləşdirilmiş içməli su şəbəkəsinə qoşulub.

Mərasimin sonunda layihənin rəmzi açılışını ifadə edən bulağın açılışı olub. Açılış mərasimi konsert proqramı ilə davam etdirilib.








































Aytəkin Alxaslı,Bizim.Media,Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

MEDİA-dan Fransanın qarayaxma kampaniyasına sərt BƏYANAT - FOTO

MEDİA-dan Fransanın qarayaxma kampaniyasına sərt BƏYANAT - FOTO

Britaniya SEPAH-ı terror təşkilatı kimi tanıya bilər

Britaniya SEPAH-ı terror təşkilatı kimi tanıya bilər

Göyçayda güclü zəlzələ anı kamerada - VİDEO

Göyçayda güclü zəlzələ anı kamerada - VİDEO

AZAL-ın Naxçıvana uçan təyyarələri GERİ QAYITDI

AZAL-ın Naxçıvana uçan təyyarələri GERİ QAYITDI

Sərdar Ortaçın səhhəti ağırlaşdı

Sərdar Ortaçın səhhəti ağırlaşdı

Azərbaycan millisi finala vəsiqə qazandı - FOTO

Azərbaycan millisi finala vəsiqə qazandı - FOTO

XİN: 23 Azərbaycan vətəndaşı Suriyadan ölkəyə qaytarıldı

XİN: 23 Azərbaycan vətəndaşı Suriyadan ölkəyə qaytarıldı

Makronun uğursuzluqlar ZƏNCİRİ – Nə xalqı hörmət edir, nə də arvadı

Makronun uğursuzluqlar ZƏNCİRİ – Nə xalqı hörmət edir, nə də arvadı

Qəbələ, Ağstafa və Balakən istiqamətində qatarla gedənlər üçün ŞAD XƏBƏR

Qəbələ, Ağstafa və Balakən istiqamətində qatarla gedənlər üçün ŞAD XƏBƏR

İlqar Hacıyevə yüksək vəzifə verildi

İlqar Hacıyevə yüksək vəzifə verildi

Şahbaz Şərif: "Sülh heç vaxt indiki qədər yaxın olmamışdı"

Şahbaz Şərif: "Sülh heç vaxt indiki qədər yaxın olmamışdı"

"Qızımın bloger və ya aparıcı olmasını istəyirəm"

"Qızımın bloger və ya aparıcı olmasını istəyirəm"

Bakı Dövlət Universiteti ilə vidalaşacaq məzunların sayı AÇIQLANDI

Bakı Dövlət Universiteti ilə vidalaşacaq məzunların sayı AÇIQLANDI

Həftəsonu maqnit qasırğası OLACAQ

Həftəsonu maqnit qasırğası OLACAQ

DÇ-2026: Neymar qrup mərhələsinin oyunlarını buraxa bilər

DÇ-2026: Neymar qrup mərhələsinin oyunlarını buraxa bilər

Sarayda velosiped sürən uşağa İTLƏR HÜCUM ETDİ

Sarayda velosiped sürən uşağa İTLƏR HÜCUM ETDİ

Qusarın kəndində bayram əhval-ruhiyyəsi: sakinlərin su problemi həll olundu - FOTO

Qusarın kəndində bayram əhval-ruhiyyəsi: sakinlərin su problemi həll olundu - FOTO

Əraqçi: Sülhə heç vaxt olmadığı qədər yaxınıq

Əraqçi: Sülhə heç vaxt olmadığı qədər yaxınıq

Fuat Oktay Azərbaycan Prezidentini və xalqını TƏBRİK ETDİ

Fuat Oktay Azərbaycan Prezidentini və xalqını TƏBRİK ETDİ

“Zirə” Ozobiçlə razılığa gəldi

“Zirə” Ozobiçlə razılığa gəldi

Qarayev və Axundovun “PAPAQ MÜHARİBƏSİ” – Tarixi baş geyimimiz necə SIRADAN ÇIXARILDI?

Qarayev və Axundovun “PAPAQ MÜHARİBƏSİ” – Tarixi baş geyimimiz necə SIRADAN ÇIXARILDI?

Ağdamda çayı keçməyə çalışan avtomobil seldə batdı - FOTO

Ağdamda çayı keçməyə çalışan avtomobil seldə batdı - FOTO

Tramp İranı saxta xəbərlər yaymaqda GÜNAHLANDIRDI

Tramp İranı saxta xəbərlər yaymaqda GÜNAHLANDIRDI

Bakı metrosu ilə bağlı ŞAD XƏBƏR - FOTO

Bakı metrosu ilə bağlı ŞAD XƏBƏR - FOTO

End of content

No more pages to load

RADİO