"Əmrah Bakıya idman geyimində gəlib, hava limanından səhnəyə çıxdı".
Bizim.Media xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə verilişində deyib. Aparıcı türkiyəli ifaçı Əmrah və Çelikin Bakıda konsert zamanı tamaşaçılara hörmətsizlik etdiyini deyib:
"Yandım, töküldüm ki, o gündə səhnəyə çıxdı. Beş qram ona hörmətim var idi, yerlə yeksan oldu. Nə ixtiyarla mənim xalqımın qarşısına küçədə geyindiyin geyimdə çıxdın? Başqa yerə kostyumda gedirsən. Hörmət etməlidir hər kəs. Hələ uşaqlıqdan sevdiyimiz Çelik bu yaxınlarda gəldi, biganə yanaşma, tərbiyəsiz yanaşma. Xanımı itələyir, hələ şərhə cavab da yazırdı". (axşam.az)
Bizim.Media