Türkiyəli müğənni Sərdar Ortaçın uzun illərdir mübarizə apardığı MS xəstəliyi ilə bağlı vəziyyəti ağırlaşıb.
Bizim.Media “axşam.az”a istinadən xəbər verir ki, sənətçi son illərin ən ciddi xəstəlik tutmalarından birini keçirib və hazırda müalicə alır.
Sərdar Ortaçın təxminən 15 gündür intensiv müalicə prosesində olduğu qeyd olunur.
Səhhətində yaranan problemlə əlaqədar olaraq müğənninin planlaşdırılan bütün konsertləri təxirə salınıb.
Bizim.Media