“Son zəng”lə bağlı MARAQLI AÇIQLAMA - “Qaqa” mahnıları, kriminal, bayağı...”

“Son dövrlərdə şagirdlər müxtəlif sosial platformalardan istifadə edirlər və həmin platformalarda müxtəlif videogörüntülər paylaşırlar. Kriminal və bayağı musiqilər qoşaraq təhsil müəssisələrində istədikləri kimi hərəkətlər nümayiş etdirirlər. İkinci tərəfdən bəzi abituriyentlər etik olmayan geyimlərdən istifadə edirlər. Məzun olan şəxs özündən sonrakı nəslə nümunə olmalıdır. Mənim düşüncəmə görə, doğru yanaşma tərzi də məhz budur. Biz göstərdiyimiz hər bir davranışda etik kodekslərə uyğun olmalıyıq”.

Bizim.Media xəbər verir ki, bunu “yenisabah.az”a təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi deyib.

O bildirib ki, əvvəlki dövrlərdə yol hərəkəti məsələləri ilə bağlı problemlər yaşanıb:

“Bəziləri atasının, dayısının maşınlarını götürüb şəhərdə yol hərəkəti qaydalarını pozur. Bu da asayişin pozulmasına səbəb olur. Beləliklə, xoşagəlməz mənzərə yaranır. Dövlət qurumları da bütün bu halları nəzərə alaraq əhalini məlumatlandırır və baş verə biləcək proseslərin qarşısını almağa çalışır. Bütün bunlar ümumi təlimatdır. Öncədən xəbərdarlıq edilir ki, bəzi qaydalara riayət olunsun. Həmin gün məzunların özəl günüdür və şagirdlərin böyük əksəriyyəti ali məktəblərə imtahan verir. Ona görə də xoşagəlməz hansısa halın baş verməsi cəmiyyətdə də narahatlıq yaradır”. 

Ekspert qeyd edib ki, burada əsas səlahiyyətlərdən biri məktəb rəhbərliyinin üzərinə düşür:

“Bu cür tədbirlər 2 hissədən ibarət olur: rəsmi və bədii hissə. Rəsmi hissədə məktəb rəhbərləri, müəllimlər, şagirdlər və s. çıxış edir. Bədii hissədə isə daha yaxşı görüntü yaratmaq üçün yazıçılarımızın əsərləri əsasında tamaşalar hazırlaya bilərlər. Müxtəlif ifalar və videoroliklər təqdim edilə bilər. Bütün bunlar hansısa dırnaqarası müğənnilərin çıxışlarından daha yaxşı görünür. ‘Qaqa’ təfəkkürünü təbliğ edən musiqilərə şagirdlərin qol qaldırıb oynamasına yol vermək olmaz. Bütün bu məqamlara diqqət etmək lazımdır. Burada əsas səlahiyyətlərdən biri də məktəb rəhbərliyinin üzərinə düşür. Hər şeyin qarşısını vaxtında almaq lazımdır ki, sonra şagirdləri nədəsə günahlandırmayaq”.

Qeyd edək ki, sabah ölkə üzrə “Son zəng” tədbirləri keçiriləcək. Bununla əlaqədar olaraq, həm Fövqəladə Hallar Nazirliyi, həm də Baş Dövlət Yol Polisi İdarəsi valideynlərə, şagirdlərə və məktəb rəhbərliklərinə müraciət edərək təhlükəsizlik qaydalarına ciddi əməl olunmasının vacibliyini xatırladıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Keyn 78 illik rekordu TƏKRARLADI

Keyn 78 illik rekordu TƏKRARLADI

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

“Fənərbağça” hesabı açdı - VİDEO

“Fənərbağça” hesabı açdı - VİDEO

End of content

No more pages to load

RADİO