Füzulidə festival keçirildi - FOTO

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Elm və Təhsil nazirliyinin birgə təşkilatçılığı ilə Füzuli şəhəri Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində 15 iyun Milli Qurtuluş Gününə həsr olunan “Milli Qurtuluşdan Zəfərə” məktəblilərin yaradıcılıq festivalı keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, şəhid və qazi ailə üzvləri, müəllimlər və məktəblilər iştirak edib. 

Tədbir Dövlət Himni səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsinin sükutla anılması ilə başlayıb. Festivalın keçirilməsində məqsəd təhsilalanların yaradıcılıq qabiliyyətlərinin inkişafı, onların estetik zövqünün formalaşdırılması və incəsənətə marağın artırılması, vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, həmçinin asudə vaxtlarının səmərəli təşkilindən ibarət olub. 

Tədbirdə çıxış edən Mədəniyyət nazirinin müavini Murad Hüseynov, Elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin baş məsləhətçisi Eldar Seyidov, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan gənclərinin inkişafındakı müstəsna rolundan, müstəqil dövlətimizin quruculuğu üçün gördüyü işlərdən söz açıblar.
Ümummilli Liderin ideyalarına sadiq qalan gənclərimizin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azad edilməsindəki xüsusi rolu şərəf hissi ilə qeyd edildi. Həmçinin natiqlər qazax xalqının hədiyyəsi olaraq Füzulidə inşa edilmiş Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi haqqında məlumat verərək bu müəssisənin Qazaxıstan və Azərbaycan dövlətləri, xalqları arasında dostluğun, qardaşlığın, qarşılıqlı dəstəyin daha bir simvoluna çevriləcəyini bildiriblər. 

Daha sonra Mədəniyyət və Elm və Təhsil nazirliklərinin tabeliyində fəaliyyət göstərən incəsənət yönümlü təhsil müəssisələrinin şagirdlərinin ifasında rəngarəng musiqi, rəqs və bədii qiraət nömrələri təqdim olunub.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əhaliyə XƏBƏRDARLIQ edildi - İyul və avqust aylarında...

Əhaliyə XƏBƏRDARLIQ edildi - İyul və avqust aylarında...

Uşaqlar arasında təhlükəli virus yayılıb? — AÇIQLAMA

Uşaqlar arasında təhlükəli virus yayılıb? — AÇIQLAMA

Bu yay ən böyük dəyişimi yaşayacaq 3 BÜRC

Bu yay ən böyük dəyişimi yaşayacaq 3 BÜRC

Ağ Ev İranla razılaşmasının 14 maddəsini açıqladı - TAM MƏTN

Ağ Ev İranla razılaşmasının 14 maddəsini açıqladı - TAM MƏTN

İsrail HAMAS-ın daha bir komandirini öldürdüyünü açıqladı

İsrail HAMAS-ın daha bir komandirini öldürdüyünü açıqladı

Azərbaycanda "Roblox" bloklana bilər - Dövlət Komitəsindən xəbərdarlıq

Azərbaycanda "Roblox" bloklana bilər - Dövlət Komitəsindən xəbərdarlıq

Portuqaliya millisinin DÇ-2026-dan kənarlaşdırılması tələb olundu

Portuqaliya millisinin DÇ-2026-dan kənarlaşdırılması tələb olundu

Məhərrəmlikdə musiqi dinləyən günah qazanır? - İlahiyyatçıdan cavab

Məhərrəmlikdə musiqi dinləyən günah qazanır? - İlahiyyatçıdan cavab

Atəşkəsə baxmayaraq, Qəzzada 8 ayda mindən çox fələstinli həlak olub

Atəşkəsə baxmayaraq, Qəzzada 8 ayda mindən çox fələstinli həlak olub

"Yazırlar ki, gül kimi qız idin, niyə estetik edirsən?"

"Yazırlar ki, gül kimi qız idin, niyə estetik edirsən?"

Qəbulda 400 balı toplayan tələbə qızlarımız - FOTO

Qəbulda 400 balı toplayan tələbə qızlarımız - FOTO

JEK də pul istəyir, bələdiyyə də - Hansına ödəyək?

JEK də pul istəyir, bələdiyyə də - Hansına ödəyək?

Bakıda binanın damında qanunsuz tikinti aparılır? - Qurumlardan açıqlama - VİDEO

Bakıda binanın damında qanunsuz tikinti aparılır? - Qurumlardan açıqlama - VİDEO

Əlaqələndirmə Qərargahının Qarabağda monitorinqindən GÖRÜNTÜLƏR - VİDEO

Əlaqələndirmə Qərargahının Qarabağda monitorinqindən GÖRÜNTÜLƏR - VİDEO

DÇ-2026: Portuqaliya Konqo ilə heç-heçə edib

DÇ-2026: Portuqaliya Konqo ilə heç-heçə edib

Tramp İrana vurulan ziyandan danışdı: “15-20 il vaxt lazım olacaq”

Tramp İrana vurulan ziyandan danışdı: “15-20 il vaxt lazım olacaq”

Corcia Melonidən Ukrayna məsələsi ilə bağlı TƏKLİF

Corcia Melonidən Ukrayna məsələsi ilə bağlı TƏKLİF

Ölkə birincisi: “IX sinifdən hazırlığa getmişəm”

Ölkə birincisi: “IX sinifdən hazırlığa getmişəm”

Bəqai: “Sazişi Pezeşkianla Tramp imzalaya bilər”

Bəqai: “Sazişi Pezeşkianla Tramp imzalaya bilər”

Putin Kazanda Hakan Fidanla görüşdü - VİDEO

Putin Kazanda Hakan Fidanla görüşdü - VİDEO

“Real” “Barselona” ilə bağlı UEFA-ya müraciət etdi

“Real” “Barselona” ilə bağlı UEFA-ya müraciət etdi

Bu gün avtobuslarda ödəniş zamanı yaranan problemlə bağlı RƏSMİ AÇIQLAMA

Bu gün avtobuslarda ödəniş zamanı yaranan problemlə bağlı RƏSMİ AÇIQLAMA

Bəzi ərazilərdə qaz olmayacaq

Bəzi ərazilərdə qaz olmayacaq

Gəncədə su üstündə DAVA: Qonşular bir-birini xəstəxanalıq etdi

Gəncədə su üstündə DAVA: Qonşular bir-birini xəstəxanalıq etdi

End of content

No more pages to load

RADİO