Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin sorğusunun nəticələrinə görə, Rusiya prezidenti Vladimir Putinə ölkə vətəndaşlarının 66,9 faizi etibar edir.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb.
Respondentlərdən siyasətçilər siyahısından etibar etdikləri şəxsləri seçmələri xahiş olunub.
66.9% dövlət başçısını göstərib, 28.8% ona etibar etmədiklərini deyib. Bundan əlavə, respondentlər siyasətçilərin fəaliyyətlərinə qiymət veriblər.
61.8% Putinin fəaliyyətinə müsbət, 27.5% mənfi cavab verib. Anket aprelin 19-dan 25-dək aparılıb. Mərkəzin fevral ayından bəri apardığı bu cür anketlərdə 18 yaşdan yuxarı ruslar iştirak edir.
18 iyun 2018-ci ildən bu yana gündəlik 1.6 min respondent sorğuya cəlb edilib. Sorğu 11,2 min respondentin stasionar və mobil nömrələri vasitəsi ilə alınıb.
Bizim.Media