Prezident və Birinci xanım Çöl Qala məscidində görülən işlər barədə MƏLUMATLANDIRILIB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.

Bildirilib ki, Heydər Əliyev Fondu Şuşada daha bir tarixi abidənin - Çöl Qala məscidinin bərpası layihəsini həyata keçirir. “PAŞA Holdinq”in dəstəyi ilə aparılan bərpa işlərinə 2023-cü ildən başlanılıb.
Çöl Qala məscidi XIX əsrdə Şuşa şəhərində fəaliyyət göstərən 17 məsciddən biri olub. Məscid Şuşa şəhərinin yuxarı məhəllələrinə daxil olan Çöl Qala məhəlləsinin Qasım bəy Zakir küçəsində yerləşir. Bu tarixi abidə XIX əsrdə Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa olunub. Məscid minarəsiz formada tikilib, Şuşa şəhərinin əksər məscidləri kimi düzbucaqlı, ümumi girişi isə asimmetrik şəkildə düzülmüş əsas fasaddan ibarət olub.

Çöl Qala məscidinin interyeri tamamilə İslam memarlığına uyğundur. Məscidin daxili hissəsi səkkizguşəli dörd daş sütunla bəzədilib. Bu sütunlar ümumi ibadət zalını üç hissəyə ayırır.

Məscidin mehrabı ilə üzbəüz ümumi ibadət zalının içərisində qadınlar üçün açıq ibadət zalı tikilib.

Məscid Şuşa şəhərinin işğalından sonra ermənilər tərəfindən dağıdılıb və talan edilib.

Çöl Qala məscidinin yaxınlığında isə XIX əsrə aid Çöl Qala bulağı yerləşir. Bulağın divarları dördbucaq formasında olub və yaxınlığında yerləşən məscidlərin üslubunda tikilib. İşğal dövründə bulaq da dağıdılıb, daş kitabələri məhv edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sürücüsüz idarə olunan avtomobillər üçün yeni qaydalar hazırlanır - VİDEO

Sürücüsüz idarə olunan avtomobillər üçün yeni qaydalar hazırlanır - VİDEO

Əhaliyə XƏBƏRDARLIQ edildi - İyul və avqust aylarında...

Əhaliyə XƏBƏRDARLIQ edildi - İyul və avqust aylarında...

Uşaqlar arasında təhlükəli virus yayılıb? — AÇIQLAMA

Uşaqlar arasında təhlükəli virus yayılıb? — AÇIQLAMA

Bu yay ən böyük dəyişimi yaşayacaq 3 BÜRC

Bu yay ən böyük dəyişimi yaşayacaq 3 BÜRC

Ağ Ev İranla razılaşmasının 14 maddəsini açıqladı - TAM MƏTN

Ağ Ev İranla razılaşmasının 14 maddəsini açıqladı - TAM MƏTN

İsrail HAMAS-ın daha bir komandirini öldürdüyünü açıqladı

İsrail HAMAS-ın daha bir komandirini öldürdüyünü açıqladı

Azərbaycanda "Roblox" bloklana bilər - Dövlət Komitəsindən xəbərdarlıq

Azərbaycanda "Roblox" bloklana bilər - Dövlət Komitəsindən xəbərdarlıq

Portuqaliya millisinin DÇ-2026-dan kənarlaşdırılması tələb olundu

Portuqaliya millisinin DÇ-2026-dan kənarlaşdırılması tələb olundu

Məhərrəmlikdə musiqi dinləyən günah qazanır? - İlahiyyatçıdan cavab

Məhərrəmlikdə musiqi dinləyən günah qazanır? - İlahiyyatçıdan cavab

Atəşkəsə baxmayaraq, Qəzzada 8 ayda mindən çox fələstinli həlak olub

Atəşkəsə baxmayaraq, Qəzzada 8 ayda mindən çox fələstinli həlak olub

"Yazırlar ki, gül kimi qız idin, niyə estetik edirsən?"

"Yazırlar ki, gül kimi qız idin, niyə estetik edirsən?"

Qəbulda 400 balı toplayan tələbə qızlarımız - FOTO

Qəbulda 400 balı toplayan tələbə qızlarımız - FOTO

JEK də pul istəyir, bələdiyyə də - Hansına ödəyək?

JEK də pul istəyir, bələdiyyə də - Hansına ödəyək?

Bakıda binanın damında qanunsuz tikinti aparılır? - Qurumlardan açıqlama - VİDEO

Bakıda binanın damında qanunsuz tikinti aparılır? - Qurumlardan açıqlama - VİDEO

Əlaqələndirmə Qərargahının Qarabağda monitorinqindən GÖRÜNTÜLƏR - VİDEO

Əlaqələndirmə Qərargahının Qarabağda monitorinqindən GÖRÜNTÜLƏR - VİDEO

DÇ-2026: Portuqaliya Konqo ilə heç-heçə edib

DÇ-2026: Portuqaliya Konqo ilə heç-heçə edib

Tramp İrana vurulan ziyandan danışdı: “15-20 il vaxt lazım olacaq”

Tramp İrana vurulan ziyandan danışdı: “15-20 il vaxt lazım olacaq”

Corcia Melonidən Ukrayna məsələsi ilə bağlı TƏKLİF

Corcia Melonidən Ukrayna məsələsi ilə bağlı TƏKLİF

Ölkə birincisi: “IX sinifdən hazırlığa getmişəm”

Ölkə birincisi: “IX sinifdən hazırlığa getmişəm”

Bəqai: “Sazişi Pezeşkianla Tramp imzalaya bilər”

Bəqai: “Sazişi Pezeşkianla Tramp imzalaya bilər”

Putin Kazanda Hakan Fidanla görüşdü - VİDEO

Putin Kazanda Hakan Fidanla görüşdü - VİDEO

“Real” “Barselona” ilə bağlı UEFA-ya müraciət etdi

“Real” “Barselona” ilə bağlı UEFA-ya müraciət etdi

Bu gün avtobuslarda ödəniş zamanı yaranan problemlə bağlı RƏSMİ AÇIQLAMA

Bu gün avtobuslarda ödəniş zamanı yaranan problemlə bağlı RƏSMİ AÇIQLAMA

Bəzi ərazilərdə qaz olmayacaq

Bəzi ərazilərdə qaz olmayacaq

End of content

No more pages to load

RADİO