İlham Əliyev və Mehriban Əliyeva Mamayı məscidində - YENİLƏNİB/FOTO/VİDEO

İlham Əliyev və Mehriban Əliyeva Mamayı məscidində - YENİLƏNİB/FOTO/VİDEO
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Mamayı məscidinin bərpadan sonra açılışında iştirak ediblər.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma məsciddə görülən işlər barədə məlumat verilib.

Bildirilib ki, Heydər Əliyev Fondunun “PAŞA Holding”in dəstəyi məsciddə və məscid ərazisindəki bulaqda apardığı bərpa işlərinə 2023-cü ildə başlanılıb.
Mamayı məscidi şəhərin mərkəzi hissəsində yerləşən Mamayı məhəlləsində XIX əsrin sonlarında tikilib. Düzbucaqlı plan quruluşu olan ikimərtəbəli məscidin sütunlu interyeri var.

Məhəllə məscidləri kimi Mamayı məscidinin də damında azan vermək üçün taxtadan güldəstə quraşdırılmışdır. Mamayı məscidi sovet hakimiyyəti illərində poeziya evi kimi də fəaliyyət göstərib. Şəhərin digər məhəllələri kimi burada da məscid, bulaq, kiçik meydan və hamam olub. Bildirilib ki, işğal dövründə məscid və onun yanında yerləşən bulaq yararsız hala salınıb. Erməni işğalçıları şəhərdəki bir çox abidələr kimi ərazidəki Mamayı bulağını da erməniləşdirməyə çalışmışdılar. Bulağın üzərindəki yazılar silinib və yerinə xaç işarəsi həkk olunmuşdu.

Bundan başqa, ermənilər saxtakarlıq edərək bulağın daşlarının üzərinə erməni və rus dilində yazılmış lövhə də həkk etmişdilər. Aparılan bərpa işləri nəticəsində artıq burada erməni vandalizminin bütün izləri aradan qaldırılıb.

Qeyd edildi ki, Mamayı məscidində tarixən mehrab sərt ağac materialından istifadə olunub. Bərpa zamanı bütün işlər tarixi görkəm nəzərə alınmaqla aparılıb. Məscidin pəncərələri tarixi görünüşünə uyğun bərpa edilib, qarşı tərəfdə yararsız halda olan döşəmə yenidən qurulub.

Məlumat verilib ki, bundan əlavə Şuşada Heydər Əliyev Fondu tərəfindən Yuxarı Gövhər Ağa, Saatlı məscidləri, eləcə də Mehmandarovların malikanə kompleksi ərazisindəki məscid bərpa edilib və 2023-cü ilin may ayında istifadəyə verilib.

15:54

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şuşada Mamayı məscidinin bərpadan sonra açılışında iştirak ediblər. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. 

 



İlham Əliyev və Mehriban Əliyeva Mamayı məscidində - YENİLƏNİB/FOTO/VİDEO - foto 1
İlham Əliyev və Mehriban Əliyeva Mamayı məscidində - YENİLƏNİB/FOTO/VİDEO - foto 2
İlham Əliyev və Mehriban Əliyeva Mamayı məscidində - YENİLƏNİB/FOTO/VİDEO - foto 3
İlham Əliyev və Mehriban Əliyeva Mamayı məscidində - YENİLƏNİB/FOTO/VİDEO - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

Uzunömürlülüklə bağlı iki məşhur mif təkzib edildi – ARAŞDIRMA

Uzunömürlülüklə bağlı iki məşhur mif təkzib edildi – ARAŞDIRMA

Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişafı müzakirə edildi - FOTO

Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişafı müzakirə edildi - FOTO

Mədəkiçiltmə etdirdiyini etiraf etdi - VİDEO

Mədəkiçiltmə etdirdiyini etiraf etdi - VİDEO

Sürücülərə XƏBƏRDARLIQ – Bu yollarda təmir işləri başlayır

Sürücülərə XƏBƏRDARLIQ – Bu yollarda təmir işləri başlayır

İran: “ABŞ-ın təhdidləri dünya ölkələrinə ciddi təsir göstərmir”

İran: “ABŞ-ın təhdidləri dünya ölkələrinə ciddi təsir göstərmir”

Leyla Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olub - FOTO

Leyla Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olub - FOTO

“iPhone Duo” istifadəçiləri ŞİKAYƏT EDİR: Qatlana bilən ekranlarda nasazlıq yaranıb

“iPhone Duo” istifadəçiləri ŞİKAYƏT EDİR: Qatlana bilən ekranlarda nasazlıq yaranıb

Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - VİDEO

Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - VİDEO

Biznesin gündəmi artıq BİR ÜNVANDA — “1business.media” fəaliyyətə başladı

Biznesin gündəmi artıq BİR ÜNVANDA — “1business.media” fəaliyyətə başladı

Şamaxıda Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTO

Şamaxıda Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTO

Dünyada İLK: Britaniya Aİ laboratoriyası yaradır

Dünyada İLK: Britaniya Aİ laboratoriyası yaradır

Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış oldu - FOTO

Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış oldu - FOTO

Bakıda şadlıq sarayının qarşısında kütləvi dava olub - ANBAAN VİDEO

Bakıda şadlıq sarayının qarşısında kütləvi dava olub - ANBAAN VİDEO

Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

Ərdoğandan MESAJ: "Qardaşlığımızı pozmağa imkan verməyəcəyik"

Ərdoğandan MESAJ: "Qardaşlığımızı pozmağa imkan verməyəcəyik"

Türkiyə derbisinin start heyətləri AÇIQLANDI

Türkiyə derbisinin start heyətləri AÇIQLANDI

Zelenski hərbi vəziyyət və ümumi səfərbərliyin müddətini UZATDI

Zelenski hərbi vəziyyət və ümumi səfərbərliyin müddətini UZATDI

Laçında keçmiş məcburi köçkünlərin müraciətləri dinlənildi - FOTO

Laçında keçmiş məcburi köçkünlərin müraciətləri dinlənildi - FOTO

İran bu ölkələrlə ilk dördtərəfli görüşü keçirib regional təhlükəsizliyi müzakirə etdi

İran bu ölkələrlə ilk dördtərəfli görüşü keçirib regional təhlükəsizliyi müzakirə etdi

Üç bürcə məsləhət: Tələsməsəniz, yeni həftədə pulunuz çox olacaq

Üç bürcə məsləhət: Tələsməsəniz, yeni həftədə pulunuz çox olacaq

Sabah bir rayonun 30 kəndində QAZ OLMAYACAQ

Sabah bir rayonun 30 kəndində QAZ OLMAYACAQ

Bütün emal olunmuş qidalar zərərlidir? - Bəziləri xərçəng riskini azaldır

Bütün emal olunmuş qidalar zərərlidir? - Bəziləri xərçəng riskini azaldır

"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov

"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov

End of content

No more pages to load

RADİO