
Azərbaycanda biznes, iqtisadiyyat və maliyyə xəbərlərini oxuculara çatdıracaq “1business.media” saytı fəaliyyətə başlayıb.
Bizim.Media xəbər verir ki, yeni platformanın məqsədi ölkənin biznes mühitini daha anlaşıqlı və əlçatan təqdim etmək, iqtisadi hadisələrin sahibkarlar və vətəndaşlar üçün nə ifadə etdiyini aydın dillə izah etməkdir.
Saytda Azərbaycan iqtisadiyyatındakı son hadisələr, sahibkarlıq, bank sektoru, investisiya, turizm və maliyyə bazarları ilə bağlı yeniliklər işıqlandırılacaq. Dünya iqtisadiyyatının gündəmi, beynəlxalq şirkətlərin qərarları və qlobal bazarlardakı dəyişikliklər də gündəlik təqdim olunacaq.
Saytın məramı iqtisadi xəbəri sadəcə çatdırmaqla kifayətlənməyərək, onun səbəblərini və mümkün təsirlərini oxucu üçün aydınlaşdırmaqdır. Platforma operativliyi, faktlara əsaslanan məlumatı və maraqlı təqdimatı fəaliyyətinin əsas istiqamətləri kimi müəyyənləşdirib.
Yeni media layihəsi sahibkarlar, investorlar və iqtisadi gündəmi izləyən hər kəs üçün faydalı informasiya mənbəyi olmağı hədəfləyir.
Oxucular xəbərləri buradan izləyə, həmçinin TikTok, Facebook və Instagram-da “1business.media” səhifələrinə qoşula bilərlər.
Biznesi izləyin, iqtisadiyyatı “1business.media” ilə anlayın.
Bizim.Media