Cəmiyyət
Bu gün 22:17

Sabah Şəkinin bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Qeyd edilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar saat 10:00-dan işlər başa çatanadək Şəki şəhərinin, iki qəsəbənin və 30 kəndin qaz təchizatı dayandırılacaq.
Bizim.Media