Leyla Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olub - FOTO

Leyla Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olub - FOTO
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Oktyabrın 26-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva Şamaxıdakı “Nəsimi Bağları” kompleksində olublar.

Bizim.Media xəbər verir ki, əvvəlcə Leyla Əliyeva və Alyona Əliyeva ərazidə nümayiş etdirilən incəsənət əsərlərinə baxıblar. Sonra qonaqlar kapibara konsepsiyası əsasında yaradılan “Capybara Cafe”də olublar.
 

“Capybara Cafe” ziyarətçilərə unikal və rahat atmosfer təqdim edir. Kafenin interyeri və təqdim olunan məhsullar vahid konsepsiyaya uyğun dizayn edilib. Burada hər bir detal kapibaraları xatırladır. Hətta menyudakı şirniyyatlar da kapibara formasında təqdim olunur.


Xatirə hədiyyəsi əldə etmək istəyən qonaqlar üçün isə kafenin daxilində suvenir mağazası fəaliyyət göstərir. Daha sonra Leyla Əliyeva və Alyona Əliyeva “Capybara Azerbaijan” fermasına baş çəkib, burada yaradılan şəraitlə tanış olub, kapibaraları yemləyiblər.

Ölkəmizdə ilk kapibara ferması olan “Capybara Azerbaijan” ziyarətçiləri bu unikal heyvanlarla daha yaxından tanış etmək, ekoloji turizmin inkişafına töhfə vermək, həmçinin heyvanlara qarşı məsuliyyətli və qayğıkeş münasibətin formalaşdırılmasına dəstək məqsədilə yaradılıb. Ferma qısa zamanda çoxsaylı ziyarətçilərin sevimli məkanına çevrilib.

Əsasən Mərkəzi və Cənubi Amerikada yaşayan, dünyanın ən böyük gəmiriciləri hesab olunan kapibaralar son illərdə müxtəlif ölkələrdə böyük populyarlıq qazanıblar. Belə ki, inanılmaz dərəcədə mehriban heyvanlar olan kapibaralar öz qeyri-adi görünüşləri və ünsiyyətcil xüsusiyyətləri ilə həm insanların diqqətini cəlb edir, həm də heyvanlara və ümumilikdə təbiətə qarşı daha böyük sevgi oyadırlar. Bütün bunlar nəzərə alınaraq yaradılan “Capybara Azerbaijan” ferması ən son texnologiyalar əsasında inşa edilib.
 

Fermadakı mövcud infrastruktur kapibaraların təbii yaşayış mühitinə maksimum uyğun şərait yaratmaq məqsədilə layihələndirilib. Burada kapibaralar üçün həm qapalı, həm də açıq hovuzlar, eləcə də fərdi vannalar yaradılıb. Ferma müasir su filtrasiyası sistemi, optimal rütubəti təmin edən avtomatik nəmləndirmə sistemi və təbii Günəş işığını əvəz edən xüsusi UV lampaları ilə təchiz olunub.


Həm uşaqların, həm də böyüklərin böyük marağına səbəb olan bu məkanda ekzotik təbiətin bir parçası ilə yaxından tanış olmaq, onlara toxunmaq mümkündür. Ziyarətçilər kapibaraları yemləyə və onların həyat tərzi, davranışı, təbii yaşayış mühiti haqqında maraqlı məlumatlar əldə edə bilərlər.

Qonaqlar, həmçinin buradakı maraqlı layihələrdən biri olan “Magic Village” ərazisində dünyada məşhur olan hobbit evlərdən birinə baş çəkiblər.

Leyla Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olub - FOTO - foto 1
Leyla Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olub - FOTO - foto 2
Leyla Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olub - FOTO - foto 3
Leyla Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olub - FOTO - foto 4
Leyla Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olub - FOTO - foto 5
Leyla Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olub - FOTO - foto 6
Leyla Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olub - FOTO - foto 7
Leyla Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olub - FOTO - foto 8


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Oktyabrın sonunda şanslı olacaq BÜRCLƏR

Oktyabrın sonunda şanslı olacaq BÜRCLƏR

Canni İnfantino Hövsan Yarış Kompleksində - FOTO

Canni İnfantino Hövsan Yarış Kompleksində - FOTO

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

Uzunömürlülüklə bağlı iki məşhur mif təkzib edildi – ARAŞDIRMA

Uzunömürlülüklə bağlı iki məşhur mif təkzib edildi – ARAŞDIRMA

Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişafı müzakirə edildi - FOTO

Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişafı müzakirə edildi - FOTO

Mədəkiçiltmə etdirdiyini etiraf etdi - VİDEO

Mədəkiçiltmə etdirdiyini etiraf etdi - VİDEO

Sürücülərə XƏBƏRDARLIQ – Bu yollarda təmir işləri başlayır

Sürücülərə XƏBƏRDARLIQ – Bu yollarda təmir işləri başlayır

İran: “ABŞ-ın təhdidləri dünya ölkələrinə ciddi təsir göstərmir”

İran: “ABŞ-ın təhdidləri dünya ölkələrinə ciddi təsir göstərmir”

Leyla Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olub - FOTO

Leyla Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olub - FOTO

“iPhone Duo” istifadəçiləri ŞİKAYƏT EDİR: Qatlana bilən ekranlarda nasazlıq yaranıb

“iPhone Duo” istifadəçiləri ŞİKAYƏT EDİR: Qatlana bilən ekranlarda nasazlıq yaranıb

Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - VİDEO

Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - VİDEO

Biznesin gündəmi artıq BİR ÜNVANDA — “1business.media” fəaliyyətə başladı

Biznesin gündəmi artıq BİR ÜNVANDA — “1business.media” fəaliyyətə başladı

Şamaxıda Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTO

Şamaxıda Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTO

Dünyada İLK: Britaniya Aİ laboratoriyası yaradır

Dünyada İLK: Britaniya Aİ laboratoriyası yaradır

Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış oldu - FOTO

Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış oldu - FOTO

Bakıda şadlıq sarayının qarşısında kütləvi dava olub - ANBAAN VİDEO

Bakıda şadlıq sarayının qarşısında kütləvi dava olub - ANBAAN VİDEO

Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

Ərdoğandan MESAJ: "Qardaşlığımızı pozmağa imkan verməyəcəyik"

Ərdoğandan MESAJ: "Qardaşlığımızı pozmağa imkan verməyəcəyik"

Türkiyə derbisinin start heyətləri AÇIQLANDI

Türkiyə derbisinin start heyətləri AÇIQLANDI

Zelenski hərbi vəziyyət və ümumi səfərbərliyin müddətini UZATDI

Zelenski hərbi vəziyyət və ümumi səfərbərliyin müddətini UZATDI

Laçında keçmiş məcburi köçkünlərin müraciətləri dinlənildi - FOTO

Laçında keçmiş məcburi köçkünlərin müraciətləri dinlənildi - FOTO

İran bu ölkələrlə ilk dördtərəfli görüşü keçirib regional təhlükəsizliyi müzakirə etdi

İran bu ölkələrlə ilk dördtərəfli görüşü keçirib regional təhlükəsizliyi müzakirə etdi

Üç bürcə məsləhət: Tələsməsəniz, yeni həftədə pulunuz çox olacaq

Üç bürcə məsləhət: Tələsməsəniz, yeni həftədə pulunuz çox olacaq

Sabah bir rayonun 30 kəndində QAZ OLMAYACAQ

Sabah bir rayonun 30 kəndində QAZ OLMAYACAQ

End of content

No more pages to load

RADİO