Cəmiyyət
Bu gün 22:50

İran regional təhlükəsizlik məsələlərinə dair Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyənin iştirakı ilə ilk dördtərəfli görüş keçirib.
Bizim.Media xəbər verir ki, danışıqların yekununda dörd ölkə regional sülh və təhlükəsizlik naminə əməkdaşlığın davam etdirilməsi ilə bağlı razılığa gəlib.
Birgə bəyanatda bildirilib ki, tərəflər regionda sülh və təhlükəsizliyin təmin edilməsi də daxil olmaqla, dörd regional ölkə arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə dialoqu davam etdirmək barədə razılığa gəliblər.
Bəyanatda danışıqların məzmunu və növbəti görüşün tarixi ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
Bizim.Media