Habil Əliyevin qızı: “Atam heç bir sənət dostunun evimizə gəlməsinə icazə verməyib” - VİDEO

Mərhum Xalq artisti Habil Əliyevin qızı Vəfa Əliyeva efirdə atası ilə bağlı xatirələrini bölüşüb. 

Bizim.Media xəbər verir ki, bu haqda kamança ustadının övladı qonaq olduğu “O üz” verilişində danışıb. 

Qızı mərhum sənətkarın kamançaya olan bağlığı və sevgisindən söz açıb: 

“Yadımdadır ki, biz evdə olan zamanı atamın kamançası xarab olanda və ya ustaya ehtiyacı olanda o ustanı evə dəvət edirdi. Saatlarla, sutkalarla onun otağındakı qapı bağlı olurdu. İçəridə onlar kamança ilə əlləşirdirlər və onu düzəltməyə çalışırdılar. Bu məqamların şahidi olmuşam. Habil müəllim o istədiyi səsi və ifanı ala bilməyəndə həyatı sanki sönürdü. O yeməyini də unudurdu. Günlərlə öz otağına qapılırdı. Anam rəhmətlik qapını döyüb deyirdi ki, öldün acından... Amma Habil müəllim eşitmək istəmirdi və bunu görməməzlikdən gəlirdi. Yəni o dərəcə də buna alüdə olurdu”. 

Vəfa xanım bildirib ki, illər əvvəl H.Əliyevə sağlığında brilliant daşlarla bəzədilmiş kamança hədiyyə olub: 

“Atam Habil müəllimin kamançası çox idi. Ona bahalı brilliant daşlar və qızıl işləməli kamança hədiyyə etmişdirlər. Amma ondan istifadə etmirdi. O kamança muzeydəki kimi evdə qalırdı. Onun özünün kamançası var idi və onda ifa edirdi. Əslində onun çaldığı kamança yox, “ürəyi” idi. Ona başqa kamançanı verib ifa etməsini istəyəndə o, bunu edə bilmirdi. Yalnız öz kamançasını istəyirdi. Habil müəllim çox kaprizli, çətin xasiyyətli, çox həssas insan idi...”. 

Habil Əliyevin qızı vurğulayıb ki, atası heç zaman sənət yoldaşlarını evinə dəvət etməyib: 

“Bizim evimizə heç zaman incəsənət adamları gəlməyib. Buna o, heç zaman icazə verməyib. Atamın sənət dostları olub. Amma onlarla yalnız çöldə görüşüb. Atam heç zaman evə incəsənət adamlarını dəvət etməyib. Amma tək Ehtiram Hüseynov və Babək Niftəliyevi evimizə çağırıb. Çünki onlara öz övladı kimi baxıb. Bizim gördüyümüz elə onlar olub”. 

Qeyd edək ki, Habil Əliyev 2015-ci il sentyabrın 8-də vəfat edib. Ustad sənətkar Bakıda, I Fəxri Xiyabanda dəfn olunub. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qəbələ” Yaponiya millisinə UDUZDU

“Qəbələ” Yaponiya millisinə UDUZDU

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

Nərimanovda marketləri və vətəndaşları qarət edənlər SAXLANILDI

Nərimanovda marketləri və vətəndaşları qarət edənlər SAXLANILDI

Süni intellekt “ölmək istəmir”? - Deaktiv edilməyə müqavimət göstərdi

Süni intellekt “ölmək istəmir”? - Deaktiv edilməyə müqavimət göstərdi

Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Metroda halı pisləşən kişi öldü

Metroda halı pisləşən kişi öldü

"Fənərbağça" nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

"Fənərbağça" nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

Quba-Xınalıq yolunda yenə torpaq sürüşməsi OLDU - VİDEO

Quba-Xınalıq yolunda yenə torpaq sürüşməsi OLDU - VİDEO

Zaqatalada sel təhlükəsi: Çaylara texnikalar cəlb olundu - FOTO/VİDEO

Zaqatalada sel təhlükəsi: Çaylara texnikalar cəlb olundu - FOTO/VİDEO

Bu ölkənin mediasında rus dilinin istifadəsi QADAĞAN EDİLDİ

Bu ölkənin mediasında rus dilinin istifadəsi QADAĞAN EDİLDİ

Niyə payızda daha çox kökəlirik?

Niyə payızda daha çox kökəlirik?

Sirr saxlamağı yaxşı bacaran BEŞ BÜRC

Sirr saxlamağı yaxşı bacaran BEŞ BÜRC

Bakı və Gəncədə ƏMƏLİYYAT – 8 nəfər saxlanıldı – VİDEO

Bakı və Gəncədə ƏMƏLİYYAT – 8 nəfər saxlanıldı – VİDEO

“Xalq artistlərinin tənqidinə görə bunu etməli oldum” - VİDEO

“Xalq artistlərinin tənqidinə görə bunu etməli oldum” - VİDEO

End of content

No more pages to load

RADİO