Hansı dinlərdə oruc tutmaq adəti var? – ARAŞDIRMA 

Bu gün müqəddəs Ramazan ayının - orucluğun ilk günüdür. Orucluq Allahın insanlara lütf etdiyi vacib əməllərdən biridir. İnsan oruc tutmaqla ilk növbədə iradəsini ortaya qoyur, daha sonra nəfsinə sahib çıxır. Bunlarsa insan üçün çox vacib əməllərdir. 
 

MÖVZU İLƏ BAĞLI:

Ramazan bayramında ardıcıl 5 gün İŞ OLMAYACAQ 


Hələ onu demirik ki, orucluq paylaşım, sevgi və inanc ayıdır. Bu ayda hər bir şəxs qazandığının və hər gün israf etdiyinin bir qismini imkansızlarla bölüşür. Maddi bölüşmə isə mənəvi bağlılıq yaradır. Beləcə, Orucluq ayı insanları bir-birinə yaxınlaşdırır. Bundan əlavə oruc tutmağın insan orqanizmi üçün müstəsna əhəmiyyəti var. Bir ay müddətində orqanizm bir çox ziyanlı maddələrdən azad olur.

Oruc nədir?

Oruc, müəyyən müddət ərzində yemək və ya su istehlak etməkdən könüllü olaraq imtina etməkdir. Oruc tam və ya qismən ola bilər, müəyyən fasilələrlə təkrarlanır və müəyyən müddətə qədər davam edə bilər. Oruc min illər boyu dünyanın əsas dinlərinin mühüm elementi olaraq qalır. Möminlər üçün oruc tutmaq həm ritualdır, həm də xüsusi ruh halı tapmaq üçün bir fürsətdir.

Bəs, oruc tutmaq daha hansı dinlərdə vacib sayılır?

Bəri başdan deyək ki, orucluq bütün dinlərdə var və bütün səmavi kitablarda bundan söhbət açılır. Orucun dinə necə daxil olması dəqiq məlum deyil. Mövcud sübutlara görə, oruc tutmaq aşağıdakıların dini əməllərinin bir hissəsi idi:

- qədim misirlilər

- babillilər

- qədim yunanlar

- qədim romalılar

- Vedizm və Hinduizmin davamçıları.

Tarixçilər dini orucun bir fenomen kimi təxminən eramızdan əvvəl II minilliyin ortalarında yarandığı qənaətindədirlər. Məqsədi bu idi:

- asketizm (özünü məhdudlaşdırma) vasitəsilə Allaha və ya tanrılara yaxınlaşmaq;

- heyvanlara və bitkilərə dəyən zərərin azaldılması.

Məsələn, İncildə qeyd olunur ki, “Davud körpə üçün Allaha dua etdi. Oruc tuturdu...” İncildə yazılır ki, Musa hər il 40 gün oruc tutub. Bunun üçün o, Sinay dağına qalxar və 40 gün 40 gecə oruc tutarmış. İsa da Musa kimi Allah rızası üçün səhrada 40 gün oruc tutarmış. Əhdi-Cədiddə deyilir ki, “40 günlük orucdan sonra İsa onu hər cür sınağa çəkən Şeytanla qarşılaşdı, lakin başqa şeylərlə yanaşı, onu Allaha yaxınlaşdıran orucun sayəsində Məsih İblisə qalib gələ bildi”.

Buddanın orucu

Eramızdan əvvəl 6-5-ci əsrlərdə yaşamış və buddizmin banisi Budda Şakyamuni öz bədəninə tam nəzarət etmək üçün Bodh Qayada (Hindistan) maarifləndikdən sonra 49 gün oruc tutub. Sonradan Budda şagirdlərinə xəstələnməmək və güclü olmaq üçün səhər yeməyindən sonra qidadan çəkinməyi tövsiyə edib.

Nəzərə alaq ki, xristian dininin pravoslavlar cərəyanının daşıyıcıları hər il mart ayının 18-dən  mayın 4-dək - Pasxa bayramına qədər oruc tuturlar. Digər dinin və təriqətin daşıyıcıları da mart-aprel aylarında oruc tuturlar.

Oruc tutmaq fikri kimdən gəldi?

Demək olmaz ki, kimsə orucu yeməkdən çəkinmək kimi icad edib. Kənd təsərrüfatı sivilizasiyalarının formalaşmasından çox əvvəl, yəni eramızdan əvvəl 10 min il əvvəl insan icmalarının fəaliyyətinin bir hissəsi idi. O zamanlar oruc tutmaq məcburi oruc idi, çünki yemək tapmaq o qədər də asan deyildi. Nəticədə qədim insanlar qidasız uzun müddət yaşamağa uyğunlaşdılar. Elmi araşdırmalara görə isə qida istehlakı-orucluq dövrlərinin müşahidə edildiyi cəmiyyətlər müəyyən şəraitdə həyata daha yaxşı uyğunlaşmağı bacarıblar.

Tibbdə oruc tutmaq

Oruc tibbdə ən azı eramızdan əvvəl V əsrdən məlumdur. Hindistandakı Budda kimi, qədim yunan həkimi Hippokrat da müəyyən xəstəlikləri olan xəstələrə yeməkdən çəkinməyi tövsiyə edirdi. Məlumdur ki, onlar başqa şeylərlə yanaşı, yeməkdən çəkinərək infeksiya və allergiyaya qarşı mübarizə aparırdılar. Qədim Yunanıstanda Asklepius (tibb tanrısı) kultunun davamçıları oruc tutmağı həm müalicə vasitəsi, həm də tanrıların yuxu və görüntülər vasitəsilə onlara öz təlim və biliklərini açdıqları bir proses kimi tətbiq edirdilər.

Oruc tutan nə qazanır?

Oruc tutmaq, ən qədim insan əməli olaraq, min illər ərzində zərurətdən könüllü təcrübəyə çevrilib, bunun sayəsində insan Allaha yaxınlaşır, düşüncələrini, istəklərini və hərəkətlərini idarə etməyi öyrənir. Bu yolla insanlar sivilizasiyanın üstünlüklərindən istifadə etmək baxımından nə qədər şanslı olduğunu dərk edir, mənən rahatlanır və özünü cəmiyyətin bir hissəsi kimi hiss edir.

Təbii ki, hər kəs öz dini və ya mənəvi inancına, eləcə də sağlamlıq vəziyyətinə görə oruc tutub-tutmamağa özü qərar verir. Unutmayaq ki, oruc tutmaq həm də insana özünü daha dərindən tanımaq imkanı verir. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İstanbulda qaydanı pozan taksi sürücüləri dronlarla İZLƏNƏCƏK

İstanbulda qaydanı pozan taksi sürücüləri dronlarla İZLƏNƏCƏK

Masazırda motosiklet sürücülərinə qarşı reyd - 45 nəfər SAXLANILDI

Masazırda motosiklet sürücülərinə qarşı reyd - 45 nəfər SAXLANILDI

İsveçrədə ABŞ və İran arasında yüksək səviyyəli danışıqlar başladı - FOTO - VİDEO

İsveçrədə ABŞ və İran arasında yüksək səviyyəli danışıqlar başladı - FOTO - VİDEO

Uşakov: "Rusiya razılaşmaların icrasını yox, qələbə gözləyir"

Uşakov: "Rusiya razılaşmaların icrasını yox, qələbə gözləyir"

Kerç bərə keçidinin fəaliyyəti tamamilə dayandırıldı - Ukrayrna PUA-sının FƏSADLARI

Kerç bərə keçidinin fəaliyyəti tamamilə dayandırıldı - Ukrayrna PUA-sının FƏSADLARI

Dəhşətli hadisə: Sərxoş oğlan uşaq düşərgəsinə hücum edərək 13 məktəblini yaraladı

Dəhşətli hadisə: Sərxoş oğlan uşaq düşərgəsinə hücum edərək 13 məktəblini yaraladı

Futbolçuların məşhur xanımları: Corcina Rodriqes

Futbolçuların məşhur xanımları: Corcina Rodriqes

ABŞ blokadasının ləğvindən sonra ilk nəhəng konteyner gəmisi İrana daxil oldu

ABŞ blokadasının ləğvindən sonra ilk nəhəng konteyner gəmisi İrana daxil oldu

Rusiyada helikopter radarlardan itdi

Rusiyada helikopter radarlardan itdi

Böyük Vətən Müharibəsinin başlamasından 85 il ötür: milyonların yaddaşında yaşayan səssiz tarix

Böyük Vətən Müharibəsinin başlamasından 85 il ötür: milyonların yaddaşında yaşayan səssiz tarix

İranın İsfahan əyalətində iğtişaşlarla bağlı 4 mindən çox cinayət işi açılıb

İranın İsfahan əyalətində iğtişaşlarla bağlı 4 mindən çox cinayət işi açılıb

Krım sakinlərinə çağırış: "Kondisionerləri və artıq elektrik cihazlarını söndürün"

Krım sakinlərinə çağırış: "Kondisionerləri və artıq elektrik cihazlarını söndürün"

Livanda sülh olmadan İran ABŞ ilə növbəti mərhələyə keçməyəcək

Livanda sülh olmadan İran ABŞ ilə növbəti mərhələyə keçməyəcək

Qırğızıstanda sel fəlakəti: "Beş-Taş" milli parkından 50 nəfər təxliyə edildi - VİDEO

Qırğızıstanda sel fəlakəti: "Beş-Taş" milli parkından 50 nəfər təxliyə edildi - VİDEO

“Qarabağ” Bədavi Hüseynovla yeni müqavilə imzaladı

“Qarabağ” Bədavi Hüseynovla yeni müqavilə imzaladı

İsrail ordusu HƏMAS şəbəkəsini ifşa etdi - VİDEO

İsrail ordusu HƏMAS şəbəkəsini ifşa etdi - VİDEO

Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi AÇIQLANDI

Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi AÇIQLANDI

Braziliyada milyonlarla sakinə "yadplanetlilərin hücumu" barədə saxta xəbərdarlıq göndərildi

Braziliyada milyonlarla sakinə "yadplanetlilərin hücumu" barədə saxta xəbərdarlıq göndərildi

Los-Ancelesdə anbar yanır: Şəhərdə fövqəladə vəziyyət elan olundu - VİDEO

Los-Ancelesdə anbar yanır: Şəhərdə fövqəladə vəziyyət elan olundu - VİDEO

Qahirədə Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Misir XİN rəhbərləri bir arada - FOTO

Qahirədə Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Misir XİN rəhbərləri bir arada - FOTO

Cənubi Koreya dünyanın ən böyük silah ixracatçıları sırasına daxil oldu

Cənubi Koreya dünyanın ən böyük silah ixracatçıları sırasına daxil oldu

"Al Jazeera"nın fotoqrafı HƏMAS döyüşçüsü çıxdı: İsrail ordusu snayperi məhv etdi

"Al Jazeera"nın fotoqrafı HƏMAS döyüşçüsü çıxdı: İsrail ordusu snayperi məhv etdi

Şahbaz Şərif İsveçrədə Venslə görüşdü - VİDEO

Şahbaz Şərif İsveçrədə Venslə görüşdü - VİDEO

İran millisi DÇ-2026-nın oyununa cəmi bir sutka qalmış ABŞ-a gəldi

İran millisi DÇ-2026-nın oyununa cəmi bir sutka qalmış ABŞ-a gəldi

End of content

No more pages to load

RADİO