“Qarabağ” futbolçusu Bədavi Hüseynovla müqavilə müddətini uzadıb.
Klubdan Bizim.Media-ya bildirilib ki, Azərbaycan millisinin müdafiəçisi ilə yeni bir illik sözləşmə imzalanıb.
Razılaşmaya əsasən, Bədavi Hüseynov 2027-ci ilin yayına qədər komandanın uğurları üçün mübarizə aparacaq.
2012-ci ildən “Qarabağ”ın formasını geyinən Hüseynov komandanın heyətində Premyer Liqada 267 oyunda 5 qol vurub.
O, Ağdam təmsilçisi ilə 11 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi olub, millidə 82 matçda 1 dəfə fərqlənib.
Bizim.Media