İsveçrədə ABŞ və İran arasında yüksək səviyyəli danışıqlar başladı - FOTO - VİDEO

Qətər Dövləti rəsmi Vaşinqton və Tehran arasında diplomatik münasibətlərin tənzimlənməsi istiqamətində yeni mərhələnin başladığını elan edib. İsveçrədə ABŞ, İran və vasitəçi ölkələrin nümayəndələrinin iştirakı ilə yüksək səviyyəli komitənin ilk rəsmi iclası keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı TASS agentliyi Qətər Xarici İşlər Nazirliyinə istinadən yayıb.

Qətər XİN-in bəyanatında bildirilir:

"Qətər Dövləti vasitəçi tərəf olaraq, Amerika Birləşmiş Ştatları, İran İslam Respublikası və iki vasitəçi ölkə — Qətər və Pakistan İslam Respublikasının nümayəndələrinin iştirakı ilə sammitin işə başladığını elan edir".

Rəsmi Doha ümidvar olduğunu bildirib ki, bu görüşlər ABŞ və İran arasında əvvəllər əldə olunmuş qarşılıqlı anlaşma memorandumunda əksini tapan bütün bəndləri əhatə edən hərtərəfli və davamlı bir sazişin imzalanması ilə nəticələnəcək.
 

Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari görüşün detalları barədə danışarkən qeyd edib ki, tərəflər yekun sazişin bəndləri üzrə danışıqlar aparmaq üçün xüsusi rəsmi texniki qruplar formalaşdırıblar.


Bundan əlavə, tərəflərin memoranduma necə əməl etdiyini yoxlamaq məqsədilə monitorinq qrupları da yaradılıb. Diplomatın sözlərinə görə, bu addım həm Vaşinqtonun, həm də Tehranın danışıqlar prosesində irəliləyiş əldə etmək üçün vicdanla çalışdığını göstərir.

Əl-Ənsari həmçinin Pakistanın tərəfdaş və vasitəçi kimi oynadığı mühüm rolu yüksək qiymətləndirib.

O, ABŞ və İranın diplomatik həll yollarına sadiqliyini alqışlamaqla yanaşı, bu çətin danışıqlar prosesinə regionun digər aparıcı dövlətlərinin — Misir, BƏƏ, Səudiyyə Ərəbistanı və Türkiyənin də güclü dəstək verdiyini vurğulayıb.
 

Xatırladaq ki, bir qədər əvvəl Qahirədə bir araya gələn Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Misir XİN rəhbərləri regiondakı gərginliyi, xüsusən Hörmüz boğazındakı dəniz böhranını müzakirə etmişdilər.


İran tərəfi isə Livan cəhbəsində tam atəşkəs əldə olunmayana qədər ABŞ ilə danışıqların növbəti mərhələsinə keçməyəcəyini bəyan etsə də, İsveçrədə qurulan texniki komitələrin işə başlaması diplomatik kanalların tamamilə qapanmadığını nümayiş etdirir.


  
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yunanıstanda helikopter qəzası: Britaniyalı cütlük və pilot həlak olub

Yunanıstanda helikopter qəzası: Britaniyalı cütlük və pilot həlak olub

Somalidə silahlı şəxslər yük gəmisini ələ keçirdi

Somalidə silahlı şəxslər yük gəmisini ələ keçirdi

Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentinin deputatları ilə görüşdü - FOTO

Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentinin deputatları ilə görüşdü - FOTO

Bakıda dəhşətli qətl: Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı – FOTO

Bakıda dəhşətli qətl: Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı – FOTO

İran Hörmüz boğazında BƏƏ-yə məxsus tankeri ƏLƏ KEÇİRDİ

İran Hörmüz boğazında BƏƏ-yə məxsus tankeri ƏLƏ KEÇİRDİ

“Tashkent Content Market” ilk dəfə keçiriləcək

“Tashkent Content Market” ilk dəfə keçiriləcək

Premyer Liqa: "Qarabağ" "Şamaxı"nı məğlub etdi

Premyer Liqa: "Qarabağ" "Şamaxı"nı məğlub etdi

Gəncədə qəza: İki azyaşlı və bir qadın xəstəxanaya yerləşdirildi

Gəncədə qəza: İki azyaşlı və bir qadın xəstəxanaya yerləşdirildi

Bakıda iki məktəb direktoru işdən çıxarıldı - Səbəb

Bakıda iki məktəb direktoru işdən çıxarıldı - Səbəb

Kamilə Babayevaya ağır itki

Kamilə Babayevaya ağır itki

Sabah çimərliyə getmək istəyənlər üçün XOŞ XƏBƏR

Sabah çimərliyə getmək istəyənlər üçün XOŞ XƏBƏR

Bərdədə üç avtomobil toqquşdu - Yaralananlar var - FOTO

Bərdədə üç avtomobil toqquşdu - Yaralananlar var - FOTO

Ermənistan Azərbaycana 17 milyon dollar ÖDƏDİ

Ermənistan Azərbaycana 17 milyon dollar ÖDƏDİ

Ceki Çana Bakıda qeyri-adi hədiyyə - VİDEO

Ceki Çana Bakıda qeyri-adi hədiyyə - VİDEO

Kabildə özəl məktəbin qarşısında partlayış: Uşaqlar yaralanıb - VİDEO

Kabildə özəl məktəbin qarşısında partlayış: Uşaqlar yaralanıb - VİDEO

Fındığın kiloqramı 7 manat BAHALAŞDI

Fındığın kiloqramı 7 manat BAHALAŞDI

Şəmkirdəki qəzada ölən və xəsarət alanların adları MƏLUM OLDU

Şəmkirdəki qəzada ölən və xəsarət alanların adları MƏLUM OLDU

Çində o qədər ağac əkdilər ki, SU QITLIĞI yarandı

Çində o qədər ağac əkdilər ki, SU QITLIĞI yarandı

Xırdalanda 8 avtobus marşrutunun yolu dəyişdirildi - SİYAHI

Xırdalanda 8 avtobus marşrutunun yolu dəyişdirildi - SİYAHI

Ceki Çanla foto çəkdirən azərbaycanlı uşağın sevinci gündəm oldu – VİDEO

Ceki Çanla foto çəkdirən azərbaycanlı uşağın sevinci gündəm oldu – VİDEO

Xalq artisti Müslüm Maqomayevin doğum günündə məzarı ziyarət edildi – FOTO/VİDEO

Xalq artisti Müslüm Maqomayevin doğum günündə məzarı ziyarət edildi – FOTO/VİDEO

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

Elçin Əmirbəyov Litva səfiri ilə GÖRÜŞDÜ

Elçin Əmirbəyov Litva səfiri ilə GÖRÜŞDÜ

Elvin Cəfərquliyev iki həftə yaşıl meydanlardan kənarda qalacaq

Elvin Cəfərquliyev iki həftə yaşıl meydanlardan kənarda qalacaq

End of content

No more pages to load

RADİO