Köçəryan və Sarkisyandan Paşinyana miras qalan FƏRARİ ORDU - ŞƏRH

Ötən gün Ermənistanda ordunun yaradılmasının 32-ci ildönümü qeyd edilib. Aydındır ki, ölkədə yüksək səslə siyasi bəyanatlar vermək istəyənlər kifayət qədər çox idi. Onların arasında Ermənistanın keçmiş ombudsmanı, "Tatoyan" Fondunun direktoru Arman Tatoyan da var idi. O, Facebook səhifəsində pafosla dolu paylaşım edib.

Bizim.Media caliber.az saytına istinadən xəbər verir ki, keçmiş ombudsman yazısında tamam fərqli fikir bildirməyə çalışıb. 

O, indiki Ermənistan hakimiyyətini hədəfə alıb və eyni zamanda Paşinyanın sələflərinin də bostanına daş atıb:

“Bu gün ordudan şəxsi imtiyazlar alan, əsil hərbçilərə ləkə atan, ordu hesabına şəxsi sərvətlər toplayan, iyrənc davranışlarına görə hakimiyyətin bir hissəsi olanların hamısının indi imtina günüdür”.

Onun şərhində, dolayısı yolla Robert Köçəryan, Serj Sarkisyan və Seyran Ohanyan kimi fiqurlar da yer alır. Məhz onlar Ermənistan Respublikasında hakimiyyəti ələ keçirərək qarət ediblər. Əslində Ermənistan Respublikasının keçmiş rəhbərlərini milyarder və multimilyonerə çevirən erməni cəmiyyəti açıq-saçıq populist Nikol Paşinyanın ardınca üsyana qalxdı. 
Qarabağ klanı uzun illər erməni ordusunun “məğlubedilməzliyi” ilə bağlı yaratdığı mifi tirajladı. Tatoyanın təbirincə desək, bu, “ordu hesabına şəxsi sərvət toplayanların” hiyləsi idi. Lakin erməni ordusunun döyüş meydanında “məğlubedilməzliyi” mifini yoxlamağın vaxtı gələndə hər şey öz qaydasına düşdü. İşğal ordusu ilə Azərbaycan Silahlı Qüvvələri arasında ilk ciddi qarşıdurma isə 2016-cı ilin aprelində, dörd günlük döyüşlər zamanı baş verdi. Və sonra hər şey son dərəcə aydın oldu.

Azərbaycan ordusu daha sonra düşmənə güclü zərbə vuraraq, işğal altında olan 20 kvadrat kilometrdən artıq ərazini azad edərək, strateji əhəmiyyətli yüksəklikləri nəzarətə götürdü, xüsusən də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini mühafizə altına aldı. Qarabağ klanının bütün hakimiyyəti dövründə diqqətlə yaradılmış mifin köpüyü məhz o zaman partladı. Onun devrilməsinin əsası belə qoyuldu. Erməni xalqı başa düşdü ki, onları nəinki qarət edirlər, hətta açıq-aşkar aldadırlar. 

Və təəccüblü deyildi ki, “kabab inqilabı” Ermənistan ordusu tərəfindən dəstəklənir. Əsgər və zabitlərin İrəvandakı hərbi hissələrdən qaçaraq etirazçılara qoşulduğunu xatırlayaq. Məlum oldu ki, Qarabağ klanı artıq təhlükəsizlik qüvvələrinə belə arxalana bilməz. 

Və bütün bunları, əlbəttə ki, Arman Tatoyan yaxşı bilir. 

Köçəryan və Sarkisyanın ordusu Paşinyana miras qaldı, o da öz növbəsində bir sıra təxribat xarakterli hərəkətlər edərək 44 günlük müharibəni qaçılmaz etdi. 7-8 min ölü, 11 mindən çox fərari. Tikintisinə milyonlarla dollar xərclənən “Ohanyan xətti”nin Azərbaycan ordusu tərəfindən asanlıqla dəf edildiyi məlum olanda fərarilər öz həyatlarını xilas etdilər, dabanlarına tüpürərək qaçdılar. Deməli, həmin müharibənin nəticəsi əvvəlcədən müəyyən edilmişdi.

Tatoyan isə bütün bunları yaxşı bilir. Təbii ki, o, Ermənistanda 44 günlük müharibənin nəticələrindən sonra hökm sürən qorxu mühitindən də xəbərdardır. Yada salmaq kifayətdir ki, “Əsgər anaları” ictimai hərəkatının məlumatına görə, gənc erməni oğlanların 80 faizi orduda xidmət etməyə hazır deyil. Bütün bunlar Qarabağ klanının yaratdığı miflərin dağılmasının nəticəsidir.

Arman Tatoyan nə vaxtsa bunu etiraf edəcəkmi? Əlbəttə yox. Axı onun Ermənistanın Ombudsmanı vəzifəsinə namizədliyi vaxtilə Ermənistan Respublika Partiyası tərəfindən irəli sürülüb.
O, Serj Sarkisyanın partiyasının himayədarı olub. Ona görə də mütəmadi olaraq Ermənistanın indiki hakimiyyətini tənqid edir. Bu dəfə də bunu etməyə çalışıb. Lakin indi hər şey tamamilə fərqli səmtə yönəlib. Sadəcə hamıya xatırladıb ki, erməni xalqının tarixin zibilliyinə göndərdiyi şəxslərin - Köçəryan və Sarkisyanın qayıtmaq şansları yoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Çelsi” baş məşqçini istefaya göndərdi

“Çelsi” baş məşqçini istefaya göndərdi

Qriqoryan: Bakı ilə sülhə yaxınlaşmışıq

Qriqoryan: Bakı ilə sülhə yaxınlaşmışıq

Qurban Qurbanov mübahisəli penaltidən DANIŞDI: “Ona görə hakimin üzərinə getdilər” - VİDEO

Qurban Qurbanov mübahisəli penaltidən DANIŞDI: “Ona görə hakimin üzərinə getdilər” - VİDEO

Azərbaycanlı müğənni qəzaya düşdü

Azərbaycanlı müğənni qəzaya düşdü

Mübahisəyə səbəb olan həmin PENALTİ epizodu – VİDEO

Mübahisəyə səbəb olan həmin PENALTİ epizodu – VİDEO

Məktəblidən şok etiraf: "Bufetdəki yeməkdən zəhərlənmişik" - VİDEO

Məktəblidən şok etiraf: "Bufetdəki yeməkdən zəhərlənmişik" - VİDEO

Qurban Qurbanov da qızıl medal qazandı

Qurban Qurbanov da qızıl medal qazandı

"Sabah" "Qarabağ"ı məğlub edib

"Sabah" "Qarabağ"ı məğlub edib

İran yenə Trampı lağa qoydu: “Səsini kəs!” - VİDEO

İran yenə Trampı lağa qoydu: “Səsini kəs!” - VİDEO

Qalibafın atəşkəsin yeganə yolunu AÇIQLADI

Qalibafın atəşkəsin yeganə yolunu AÇIQLADI

Gəncədə güclü yanğın hadisəsi baş verib - VİDEO

Gəncədə güclü yanğın hadisəsi baş verib - VİDEO

"Günlərdir gecələr yatmıram"

"Günlərdir gecələr yatmıram"

Bu nazirlik də yoxlamadan “üzüağ” ÇIXMADI

Bu nazirlik də yoxlamadan “üzüağ” ÇIXMADI

İlham Əliyev: “Biz bu göstərici üzrə dünyada BİRİNCİ yerdəyik

İlham Əliyev: “Biz bu göstərici üzrə dünyada BİRİNCİ yerdəyik

Tramp 8 iranlı qadınla bağlı: "İrana və liderlərinə minnətdaram!"

Tramp 8 iranlı qadınla bağlı: "İrana və liderlərinə minnətdaram!"

Azərbaycan bir çox AVROPA ölkəsi üçün STRATEJİ tərəfdaşdır...

Azərbaycan bir çox AVROPA ölkəsi üçün STRATEJİ tərəfdaşdır...

Latviya Prezidenti Ağ Şəhər haqqında: MÖCÜZƏ yaratmısınız

Latviya Prezidenti Ağ Şəhər haqqında: MÖCÜZƏ yaratmısınız

Bu planın yerinə yetirildiyini düşünürəm - İlham Əliyev

Bu planın yerinə yetirildiyini düşünürəm - İlham Əliyev

ABŞ-ın İrana hücumunda İLK: 40 ildən sonra yenə BU SİLAHDAN istifadə etdi

ABŞ-ın İrana hücumunda İLK: 40 ildən sonra yenə BU SİLAHDAN istifadə etdi

Prezident: Azərbaycan olmadan Şərq və Qərb arasında bağlantı PROBLEMLİDİR

Prezident: Azərbaycan olmadan Şərq və Qərb arasında bağlantı PROBLEMLİDİR

Prezidentlə latviyalı həmkarının görüşündən növbəti PAYLAŞIM - VİDEO

Prezidentlə latviyalı həmkarının görüşündən növbəti PAYLAŞIM - VİDEO

Güləşçimiz Həsrət Cəfərov Avropa çempionu oldu

Güləşçimiz Həsrət Cəfərov Avropa çempionu oldu

Tanklar, helikopter və ağır silahlar... Qardaşların birgə TƏLİMİ - VİDEO

Tanklar, helikopter və ağır silahlar... Qardaşların birgə TƏLİMİ - VİDEO

Yuxarı təzyiqdən əziyyət çəkənlərin nəzərinə: dərmanlar bu səbəbdən təsir etmirmiş

Yuxarı təzyiqdən əziyyət çəkənlərin nəzərinə: dərmanlar bu səbəbdən təsir etmirmiş

End of content

No more pages to load

RADİO