Sahibə Qafarova Bozkırla görüşdü - FOTO

Aprelin 9-da Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan BMT Baş Assambleyasının prezidenti Volkan Bozkırın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, parlamentin sədri Azərbaycanın BMT ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib.

Qeyd edilib ki, ölkəmiz bu nüfuzlu beynəlxalq təşkilatın orqanları ilə sülh və təhlükəsizlik məsələlərinə dair müzakirələrdə fəal iştirak edir, qurumun xətti ilə keçirilən tədbirlərə öz layiqli töhfəsini verir.
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov BMT Baş Assambleyasının Prezidenti ilə görüşdü


Heç də təsadüfi deyildir ki,  müstəqil Azərbaycan BMT TŞ-nın qeyri-daimi üzvü olduğu dövrdə Prezident İlham Əliyevin sədrliyi ilə terrorizmlə mübarizə və BMT ilə İslam dünyası arasında tərəfdaşlıq məsələlərinə həsr olunmuş yüksək səviyyəli görüşlər keçirilib.

Ölkəmiz beynəlxalq təhlükəsizliyə dair mühüm qərarların qəbul olunmasında yaxından iştirak edib. Azərbaycan sülhməramlıları BMT-nin mandatı ilə bu gün də Əfqanıstanda və Cənubi Sudanda sülhüqoruma əməliyyatlarında fəal iştirak edirlər.

Sahibə Qafarova bildirib ki, Azərbaycan qlobal xarakterli məsələlərin həllində də səylərini əsirgəmir. Belə ki, Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Prezidentinin təklifi ilə BMT Baş Assambleyasının COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası keçirilib.

Sessiyada bu məsələdə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.  Milli Məclisin Sədri qonağın təmsil etdiyi təşkilatla ölkəmiz arasında “2021-2025-ci illər üçün BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsi sənədi”nin imzalanmasını yüksək dəyərləndirib.
 

Söhbətdə Spiker Sahibə Qafarova artıq tarixə qovuşmuş Ermənistan-Azərbaycan münaqişəsinə dair BMT Təhlükəsizlik Şurasının vaxtilə qəbul etdiyi 4 qətnaməsini xatırlayaraq, 44 günlük Vətən müharibəsi dönəmində bu sənədlərin Azərbaycanın özü tərəfindən icra edildiyini və ölkənin ərazi bütövlüyünün bərpa olunduğunu söyləyib.


Ancaq işğaldan azad olunmuş ərazilərimizdə minalanmış sahələrin xəritələrini Ermənistan dövləti hələ də təqdim etmir. Bu isə müharibə cinayətidir və təhlükəsizliklə bağlı çox böyük problemlər yaradır.

Biz bu məsələdə beynəlxalq birliyin dəstəyinə ümid edirik. Bu xəritələrin təqdim edilməsi Qarabağda bərpa işlərinin daha sürətlə aparılmasına təkan verəcək.

Volkan Bozkır BMT Baş Assambleyasının prezidenti kimi ilk səfərlərindən birini Azərbaycana etməyindən qürur duyduğunu söyləyib.

Bildirilib ki, BMT bu təşkilat üçün çox önəmli ölkə olan Azərbaycanla əlaqələri daha da dərinləşdirməkdə maraqlıdır.

Volkan Bozkır deyib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə pandemiya dövründə BMT-nin xüsusi sessiyasının keçirilməsi beynəlxalq aləmdə geniş rezonans doğurub. Biz pandemiya ilə əlaqədar Azərbaycanın digər ölkələrə və qurumlara göstərdiyi yardımları yüksək dəyərləndiririk. İndi hamılıqla birlikdə postpandemiya dövrünə - yeni çağırışlara hazır olmalıyıq.

Görüşdə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mətanət oğlunun arzusunu reallaşdıracaq

Mətanət oğlunun arzusunu reallaşdıracaq

Orta Dəhlizdən QARABAĞA - Azərbaycan–Qırğızıstan əlaqələrinin yeni XƏRİTƏSİ

Orta Dəhlizdən QARABAĞA - Azərbaycan–Qırğızıstan əlaqələrinin yeni XƏRİTƏSİ

Maaş və pensiya kartı olanların nəzərinə -Mərkəzi Bankın sədri açıqladı

Maaş və pensiya kartı olanların nəzərinə -Mərkəzi Bankın sədri açıqladı

Xəzərdə çimmək üçün ən təhlükəli ərazilər - SİYAHI

Xəzərdə çimmək üçün ən təhlükəli ərazilər - SİYAHI

“Türkiyə ilə dialoqun yeni formatı müəyyənləşdirilməlidir” - VİDEO

“Türkiyə ilə dialoqun yeni formatı müəyyənləşdirilməlidir” - VİDEO

Məktəbəqədər hazırlıq qrupları üzrə qeydiyyatdan keçən uşaqların SAYI

Məktəbəqədər hazırlıq qrupları üzrə qeydiyyatdan keçən uşaqların SAYI

Avropa İttifaqı Ukraynaya daha 8,3 milyard avro ayıracaq – ANCAQ ŞƏRTİ VAR

Avropa İttifaqı Ukraynaya daha 8,3 milyard avro ayıracaq – ANCAQ ŞƏRTİ VAR

Dünya çempionatına təyinat almış hakim Bakıya gələcək

Dünya çempionatına təyinat almış hakim Bakıya gələcək

Paşinyan: “Kiçik ölkəyik, böyük dövlətlər arasındakı qarşıdurmaya qarışa bilmərik”

Paşinyan: “Kiçik ölkəyik, böyük dövlətlər arasındakı qarşıdurmaya qarışa bilmərik”

Əfsanəvi almaz nəhəngi De Beers 1 milyard dollara satılır

Əfsanəvi almaz nəhəngi De Beers 1 milyard dollara satılır

SEPAH: ABŞ bu gün cəzalandırılacaq

SEPAH: ABŞ bu gün cəzalandırılacaq

Mərdəkanda dənizdə batan gəncin meyiti tapıldı

Mərdəkanda dənizdə batan gəncin meyiti tapıldı

Dənizkənarı Milli Parkda dava salanlar HƏBS EDİLDİ

Dənizkənarı Milli Parkda dava salanlar HƏBS EDİLDİ

Xoşqədəm Hidayətqızı yazır: "Niyə uduzduq...?"

Xoşqədəm Hidayətqızı yazır: "Niyə uduzduq...?"

Tərcüməçilərin işi TƏHLÜKƏDƏ – Süni intellekt onları sıradan ÇIXARIR?

Tərcüməçilərin işi TƏHLÜKƏDƏ – Süni intellekt onları sıradan ÇIXARIR?

Avqustda hava necə olacaq? - AYLIQ PROQNOZ

Avqustda hava necə olacaq? - AYLIQ PROQNOZ

Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə PUA HÜCUMU oldu - FOTO

Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə PUA HÜCUMU oldu - FOTO

Sumqayıtdakı yararsız dayanacaqla bağlı RƏSMİ CAVAB

Sumqayıtdakı yararsız dayanacaqla bağlı RƏSMİ CAVAB

İrana qarşı genişmiqyaslı hava əməliyyatı keçiriləcək? – Plan Trampa təqdim olunub

İrana qarşı genişmiqyaslı hava əməliyyatı keçiriləcək? – Plan Trampa təqdim olunub

Paşinyan Rusiyanı arbitraj məhkəməsi ilə HƏDƏLƏDİ - VİDEO

Paşinyan Rusiyanı arbitraj məhkəməsi ilə HƏDƏLƏDİ - VİDEO

İşğaldan azad edilmiş ərazilərdə 11 mindən çox insan məşğulluqla təmin olunub

İşğaldan azad edilmiş ərazilərdə 11 mindən çox insan məşğulluqla təmin olunub

Cəbiş müəllim KREDİT reklamında – “Rabitəbank” milli irsimizi kommersiyaya necə ÇEVİRİR? – VİDEO

Cəbiş müəllim KREDİT reklamında – “Rabitəbank” milli irsimizi kommersiyaya necə ÇEVİRİR? – VİDEO

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı layihələrə nə qədər investisiya yatırılıb?

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı layihələrə nə qədər investisiya yatırılıb?

Ləğv prosesində olan 9 bankın əmlakları HƏRRACA çıxarılır

Ləğv prosesində olan 9 bankın əmlakları HƏRRACA çıxarılır

End of content

No more pages to load

RADİO