Fermerlərin vergilərdən azad olunmasının hansı ÜSTÜNLÜKLƏRİ OLACAQ?  

Vergi Məcəlləsinə edilən son dəyişikliyə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) resident hüquqi şəxslərin iştirakçıları olan fiziki şəxslərin dividend gəlirləri bu ilin yanvarın 1-dən 4 il müddətinə vergidən azad edilib. 

Bəs bu dəyişiklik və güzəştlər aqrar sahənin inkişafına necə təsir edəcək? 

Bizim.Media-nın mövzu ilə bağlı suallarını cavablandıran iqtisadçı-ekspert Xalid Kərimli, bu dəyişikliyin əslində 2023-cü ilin yanvarın 1-dən qəbul edildiyini diqqətə çatdırdı:
 

MÖVZU İLƏ BAĞLI:

Fermerlər niyə aqrar sığortaya maraq GÖSTƏRMİRLƏR? – SƏBƏBLƏR 


“Məqsəd isə odur ki, bu sahədə şəffaflaşma təmin olunsun, yəni sahibkar az vergi ödəyəcəyi üçün şəffaflığa daha çox meyl etsin. Qərar əvvəllər 1 il üçün nəzərdə tutulmuşdu. Hazırki dəyişikliklə birlikdə, bu müddəti 4 ilə çatdırdılar.

Amma əvvəlki müddət ərzində aqrar sahədə elə də ciddi dəyişiklik baş vermədi. Qərarın mahiyyəti isə ondan ibarətdir ki, daha çox rezident şəxslərin vergi yükü azaldılır. 4 il müddətinə dividend vergisindən azad edilmək sahibkara işləmək üçün yeni şərait yaradır. Yəni, qazancı nədirsə, sahibkar hamısını özündə saxlayır. Aqrar sahədə torpaq və işçi vergisi çıxılmaqla, artıq dəyər vergisi, mənfəət, satış və qazanc kimi bütün vergilər aradan qaldırılır”.

“Aqrar sektor yüksək gəlirli olmadığına görə...”

Aqrar sahənin elə də gəlirli olmadığını söyləyən müsahibimiz vurğulayıb ki, bu sektor ya mütəmadi risklərə məruz qalır, ya da satış zamanı problemlər yaşanır:

“Digər tərəfdən də əhali hər şeyə həddindən artıq həssaslıq göstərir. Məsələn, ət, süd, buğda və ya hansısa bir məhsul bahaşırsa, hamı narazılıq edir. Hökumət isə vergiləri maksimum dərəcədə aşağı salmaqla və digər addımlarla sahibkarları bu sahəyə cəlb etməyə çalışır. İstəyir ki, bura daha çox investisiya yatırılsın, istehsalat artsın və ölkədə bolluq yaransın”. 

“Əvvəl də belə idi”

Digər iqtisadçı-ekspert Akif Nəsirli, aqrar sahənin əvvəllər də vergilərdən azad olunduğunu xatırladıb:

“Bu il yanvarın 1-də həmin güzəştlərin müddəti bitdi. Yeni qərarla birgə isə həmin müddət 4 il uzadıldı. Bu günə qədər sahibkarlar vergini hansı qaydada ödəyirdilərsə, bundan sonra da o cür davam edəcəklər. Bir sözlə, fermerlər bütün vergilərdən azad olunmuşdu və yalnız torpaq vergisi ödəyirdi. Əgər qərar qəbul olunmasaydı, sahibkarlar həmin vergiləri ödəməli olacaqdılar. Bu baxımından da dəyişiklikdə yeni bir şey yoxdur”.


QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının - 6.3.12. azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi bəndinə uyğun olaraq hazırlanıb.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

"Mançester Siti" apellyasiya şikayəti verəcək

"Mançester Siti" apellyasiya şikayəti verəcək

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

Boksçularımızın rəqibləri məlum oldu

Boksçularımızın rəqibləri məlum oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Hafiz Paşayev təltif olundu

Hafiz Paşayev təltif olundu

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Millimizin Avropa çempionatındakı rəqibləri BİLİNDİ

Millimizin Avropa çempionatındakı rəqibləri BİLİNDİ

End of content

No more pages to load

RADİO