Amerikansayağı İKİÜZLÜLÜK – Dünyanı sanksiyaya çağırır, özü Rusiyadan NEFT ALIR...

Rusiyaya qarşı sanksiya çağırışları edən ABŞ özü bu sanksiyaları pozaraq rus neftini almağa başlayıb. 

ABŞ Statistika Xidmətinin məlumatına görə, 2023-cü ilin oktyabrında ABŞ Rusiyadan 2,7 milyon dollarlıq 36,8 min barel, noyabrda isə 750 min dollara 9,9 min barel neftin alışı həyata keçirib.

Bu isə onu göstərir ki, ABŞ ilyarımlıq fasilədən sonra Rusiyadan neft idxalını bərpa edib. Özü də ABŞ üçün Rusiya neftinin bir bareli oktyabrda 74, noyabrda isə 76 dollara başa gəlib. Bu, elə ABŞ tərəfindən Rusiya neftinə qoyulan bir barel üçün 60 dollarlıq "qiymət tavanı”ndan xeyli yüksəkdir.

Buradan göründüyü kimi, başqalarından Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi tələb edən və buna görə təzyiqlərə əl atan ABŞ özünə gələndə istədiyi an həmin sanksiyaları pozur. Bu isə Vaşinqtonun ikiüzlü siyasət yürütdüyünün göstəricisidir. 

“ABŞ-ın sanksiya siyasəti özünü doğrultmur”

Bizim.Media-ya açıqlamasında politoloq Abutalıb Səmədov bildirir ki, ABŞ-ın ikiüzlü siyasət yürütməsi artıq dünyada heç kimi təəccübləndirmir:

“Rusiya neftinə qoyduğu embarqonu pozması da heç kimi təəccübləndirməməlidir. ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiya siyasəti hələ ki, özünü doğrultmur. Ukraynanın ötən il reallaşdırdığı əks-hücum kampaniyası gözləntiləri doğrultmadı. İşğal altındakı ərazilərin yalnız 0,2 faizi azad olundu. 

Son aylar isə təşəbbüs rusların əlinə keçib. ABŞ və Avropa İttifaqının Ukraynaya yardımı problemlərlə üz-üzə qalıb. NATO-nun baş katibi Ukrayna cəbhəsində bəd xəbərlərə hazır olmağı məsləhət görüb. Nümayəndələr Palatasının spikeri Vaşinqtondan Ukrayna strategiyası barədə aydın məlumat verməyi tələb edib”. 

“Ağ Evin son illər yeritdiyi siyasət arzu olunan nəticəni verməyib”.

“ABŞ xeyli müddətdir Rusiya ilə gizli danışıqlar aparır. Bu mənada neftə qoyulan embarqonun pozulması bundan sonra atılacaq addımların xəbərçisi kimi qəbul olunmalıdır. Ukraynaya 2024-cü il üçün son şans verilə bilər. Amma əks-hücum kampaniyasının uğurla nəticələnməsi ehtimalı həddən artıq azdır. 

ABŞ rəsmiləri də elan edib ki, bu il göstəriləcək yardım əvvəlki illərdən az olacaq. Əvvəlki illərdə göstərilən yardımlar isə göründüyü kimi, arzulanan nəticəni vermədi. Yardım azalırsa, deməli, ciddi uğur qazanmaq şansı da azalır. Amerika apardığı siyasətin Ukraynaya fəlakət gətirdiyini, Rusiya iqtisadiyyatını zəiflətdiyini, yüz minlərlə rus əsgərinin öldüyünü gördü. 
Görünür, bu nəticələr Vaşinqtonu qane edir. Ona görə də artıq yürüdülən siyasətdən imtina etməyin vacib olduğunu anlayırlar. Görünür, Rusiyaya münasibətdə bundan sonra digər addımlar da atılacaq. Bir şeyi yaddan çıxarmamalıyıq ki, dünyada ən az güvənməli ölkə məhz ABŞ-dır”, - deyə müsahibimiz əlavə edib.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

"Mançester Siti" apellyasiya şikayəti verəcək

"Mançester Siti" apellyasiya şikayəti verəcək

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

Boksçularımızın rəqibləri məlum oldu

Boksçularımızın rəqibləri məlum oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Hafiz Paşayev təltif olundu

Hafiz Paşayev təltif olundu

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Millimizin Avropa çempionatındakı rəqibləri BİLİNDİ

Millimizin Avropa çempionatındakı rəqibləri BİLİNDİ

End of content

No more pages to load

RADİO