Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ – “Qiymətlər BAHALAŞACAQ"

Azərbaycanda yanvar ayından 2014 və ondan öncəki illərin istehsalı olan avtomobillərin ölkəyə idxalı məhdudlaşdırılacaq. Belə ki, avtomobillərin istehsal tarixinə görə Azərbaycana idxalının məhdudlaşdırılması Nazirlər Kabinetinin 29 mart 2023-cü il tarixli 94 saylı qərarına əsasən həyata keçirilir. Həmin qərara əsasən, istehsal ili 10 ildən çox olan avtomobillərin Azərbaycana idxalı dayandırılıb. 

Bəs, istehsal tarixi 10 ildən çox olan avtomobillərin ölkəyə buraxılmaması avtomobil bazarına və qiymətlərə necə təsir edəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev gələn ildən avtomobil qiymətlərinin 13-15 faiz bahalaşacağını deyib:
 

MÖVZU İLƏ BAĞLI:

2014-cü ildə istehsal olunan avtomobillərin idxalı qadağan ediləcək


“Bu, qiymət artımına az da olsa təsir göstərəcək. Qiymət artımının nə qədər olacağını zaman göstərəcək. Amma çox artım gözlənilmir. Çünki eyni avtomobillərə uyğun ondan daha təchizatlı Çin istehsalı olan avtomobilləri bazara gəlib. Əvvəl Çin avtomobili deyəndə bir addım geri dururduq. İndi həmin avtomobillər dünyaya meydan oxuyur. 

İnsanlar bu qərarı fərqli qiymətləndirir, amma avtomobil parkımız çox köhnəlib, 80 faiz avtomobillərin istehsal tarixi 20 ildən öncədir. Köhnə avtomobillərin həm texniki təhlükəsizlik baxımından təchizatı zəifdir, həm yanacaq sərfiyyatı çoxdur, həm də ekologiyaya zərərli maddələr tullayır. 

Bunların hamısını nəzərə alsaq, doğru qərardır. Nəyə görə inkişaf etmiş ölkələrin avtomobil zibilxanalarına dönməliyik?! Həmin ölkələr avtomobilin üstündə pul verməyə razıdılar ki, təki ölkələrindən çıxsın”.

Ekspert köhnə avtomobillərin utilizasiyasına da çox pul xərcləndiyini bildirib:

“Avtomobillər fərqli materiallardan istehsal olunur. Bunların utilizasiyası üçün müəyyən xərc tələb olunur. Biz o vəsaiti ödəyib, köhnə avtomobili gətiririk, onlar hərtərəfli qazanır, biz isə itiririk. Həm ölkəmizdən valyuta çıxır, həm ekologiyamız korlanır. Bu avtomobillər qəzaların sayına təsir edir, qəzalar olduğu zaman insan tələfatı da çox olur”.

Yasin Mustafayev hazırda ölkədə olan avtomobillərin istehsal tarixinə görə məhdudiyyətin tətbiq edilmədiyini də qeyd edib:

“Belə bir məcburiyyət yoxdur, qədimi avtomobillər də dəbdədir və bahadır. Heç bir avtomobilə ilinə görə məhdudiyyət tətbiq olunmur. Fevralın 1-dən vətəndaşlardan  texniki baxış zamanı, ölkəyə avtomobil gətirilən zaman utilizasiya pulu alınacaq və utilizasiya fonduna yığılacaq. Vətəndaş  köhnə, yaxud qəzalı avtomobilini könüllülük prinsipi ilə təqdim edəcək və həmin fonddan pul alacaq”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

"Mançester Siti" apellyasiya şikayəti verəcək

"Mançester Siti" apellyasiya şikayəti verəcək

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

Boksçularımızın rəqibləri məlum oldu

Boksçularımızın rəqibləri məlum oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Hafiz Paşayev təltif olundu

Hafiz Paşayev təltif olundu

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

End of content

No more pages to load

RADİO