Bir sıra vergi güzəştlərinin müddətləri ARTIRILDI

Vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi məqsədilə hazırlanan “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun layihəsi və onunla əlaqəli olan digər normativ hüquqi akt layihələri Milli Məclis tərəfindən 3-cü oxunuşda qəbul edilib.

Bu barədə Bizim.Media-ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində mühüm dəyişikliklərdən biri 2024-cü ildə müddəti bitən vergi güzəştlərinin vaxtının uzadılması ilə bağlıdır.

Belə ki, Vergi Məcəlləsində nəzərdə tutulan bir sıra vergi güzəştlərinin tətbiqi müddəti 2024-cü il yanvarın 1-də başa çatır. 

Kənd təsərrüfatı məhsullarının istehsalçılarına münasibətdə tətbiq olunan güzəştlərin də bu siyahıya daxil olduğunu, aqrar sektorun ərzaq təhlükəsizliyi və məşğulluğun təmin edilməsində mühüm rolunu nəzərə alaraq, bu sahə üzrə güzəştlər daha 3 il müddətinə uzadılır.

Bununla yanaşı, Vergi Məcəlləsində heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə olunan, siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr 2020-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad edilib. 

Belə ki, qanunvericiliyin tələbinə görə siyahı üzrə təsdiq edilən yem və yem əlavələrinin birbaşa heyvandarlıq və quşçuluq təsərrüfatlarına satışı zamanı ƏDV-dən azadolma tətbiq edilirdi. 
Vergi qanunvericiliyində yeni dəyişikliyə əsasən, həmin məhsulların idxalçıları və ya istehsalçıları tərəfindən belə məhsulların topdansatış qaydasında istənilən mərhələsində satışı ƏDV-dən azad olunur. Beləliklə, güzəşt üzrə ƏDV azadolmasının tətbiqi dairəsinin genişləndirilməsi nəzərdə tutulur.

Bundan başqa, bir sıra digər istiqamətlər üzrə müddəti bitən güzəştlər daha 3 il uzadılıb. Belə ki, Bakı Şəhər Halqası ilə "Formula 1" Şirkətlər Qrupu arasında Azərbaycan Qran-prisinin keçirilmə müddətinin artırılmasına dair yeni müqavilənin imzalanması ilə əlaqədar bu sahə üzrə mənfəət və ƏDV güzəştlərinin müddəti artırılıb. 

Həmçinin təsdiq edilən siyahı üzrə dövlət adından yaradılan publik hüquqi şəxslər tərəfindən onlara həvalə edilən vəzifələrin yerinə yetirilməsi üçün dövlət büdcəsindən ayrılmış vəsait hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumla bağlanılmış müqavilə əsasında işlərin və xidmətlərin göstərilməsinin ƏDV-dən azad edilməsi müddəti uzadılıb. 

Eləcə də, “Tibbi sığorta haqqında” Qanuna uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsinin ƏDV-dən azad edilməsi müddətləri də artırılıb. 
Əlavə olaraq bu güzəştin təsdiq edilən siyahı üzrə ictimai və sosial məqsədlər üçün yaradılmış fondların, o cümlədən “Qarabağ Dirçəliş Fondu”, “Yaşat Fondu”, “Heydər Əliyev Fondu”nun vəsaitləri hesabına tibbi xidmətlərin göstərilməsinə də şamil edilməsi nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

"Mançester Siti" apellyasiya şikayəti verəcək

"Mançester Siti" apellyasiya şikayəti verəcək

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

Boksçularımızın rəqibləri məlum oldu

Boksçularımızın rəqibləri məlum oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Hafiz Paşayev təltif olundu

Hafiz Paşayev təltif olundu

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

End of content

No more pages to load

RADİO