HƏMAS razılaşdırılmış atəşkəs şərtlərinə görə, Qəzza zolağında olan 2 israilli girovu ölkələrinə qaytarılmaq üçün Beynəlxalq Qızıl Xaç Komitəsinin rəsmilərinə təhvil verib.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Açıqlamada sözügedən əsirlərin İsrailə doğru getdiyi, digər israilli əsirlərin də bir neçə saat ərzində Qırmızı Xaç rəsmilərinə təhvil verilmələrinin gözləndiyi bildirilib.
Bizim.Media